“Qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildi

Baxış sayı:
3710

ABŞ-ın Oklahoma ştatının hakimiyyət orqanları “qar adam”ın tutulması üçün mükafatın məbləğini bir neçə dəfə artırıb.

Bu barədə “The Sun” yazıb.

İndiyə qədər “qar adam”ın müvəffəqiyyətli ovu üçün mükafat fondu 25 min ABŞ dolları təşkil edirdi. İndi "insanabənzər varlığ"ı tutmağa müvəffəq olacaq şəxs 2,1 milyon ABŞ dollar alacaq

Nəşr qeyd edib ki, yenilik turist axınının artırılmasına yönəlib.

"Bu, insanların diyarımızdan zövq alması və əylənmələri üçün əla fürsət olacaq", - ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü və qanunvericilik təşəbbüsünün müəllifi Castin Xamfri hesab edir./report