"Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girdi” - TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİNDƏN PAYLAŞIM

Baxış sayı:
1261

Türkiyənin Milli Müdafiə Nazirliyi işğal altında olan Laçın rayonuna Azərbaycan Ordusunun daxil olması ilə bağlı paylaşım edib.

Nazirliyin “Twitter” səhifəsində qeyd olunur:

“Qardaş Azərbaycan Qarabağda əldə edilən böyük qələbədən sonra işğal altındakı torpaqlarını qaytarmağa davam edir. Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girdi”.

Paylaşımda #QarabağAzərbaycandır həştəqi də qoyulub.