Qırğızıstan-Tacikistan sərhədində yeni silahlı insident - ÖLƏN VƏ YARALANAN VAR

Baxış sayı:
1237

Qırğızıstan Dövlət Sərhəd Mühafizə Xidmətinin hərbçisi Tacikistan tərəfdən açılan atəş nəticəsində yaralanıb.

Bu barədə Qırğızıstan Sərhəd Xidmətinə istinadən "İnterfaks" məlumat yayıb.

Bildirilir ki, naməlum şəxs tərəfindən sərhəd gözətçisinə ov tufəngindən atəş açılıb. Xdmətdən verilən məlumata görə, hərbçi əlindən yaralanıb, ona tibbi yardım göstərilib, zərərçəkmiş şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Tacikistanın Asiya-Plus agentliyi isə ölkə Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının Mətbuat mərkəzinə istinadən məlumat yayıb ki, naməlum şəxslər tərəfindən ov tüfəngindən açılan atəşdən Qırğızıstanın Sərhəd Qoşunları "Kuktoş" zastavasının rəisi baş leytenant Şer Kabirov yaralanıb.

Daha sonra insidentin baş verdiyi ərazinin yaxınlığında aldığı güllə yarasından 65 yaşlı Tacikistan vətəndaşı Vorid Vahhobov həlak olub.

Məlumatda o da deyilir ki, hadisə yerində iki dövlətin nümayəndələrinin daxil olduğu müştərək komissiya işləyir./Virtualaz.org