“Qəzzada əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam edəcək” - NETANYAHU

Baxış sayı:
739

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı əməliyyatlarla bağlı danışıb. Bu barədə “Donia Al-Watan” nəşri yazıb. Baş nazir Qəzza sektorunda əməliyyatların “nə qədər lazımdırsa, o qədər” davam edəcəyini bildirib.

“Son söz hələ deyilməyib və bu proses İsraildə sakitlik və təhlükəsizliyi bərpa etmək üçün nə qədər lazımdırsa, o qədər də davam edəcək”, - B.Netanyahu bildirib.

Eyni zamanda, B.Netanyahu HƏMAS-ın etdiklərinə görə çox böyük əvəz ödəyəcəyini qeyd edib.