Rektor 1 milyona ev, 440 min manata cip aldı – FOTO

Baxış sayı:
604

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb.

Rektor Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir.

Bununla yanaşı, F. Hacıyev 440 min manata (259 min dollar) son model “Range Rover” markalı avtomobil alıb. “10 CN 394” dövlət nömrə nişanlı “Range Rover” İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirilib.

Fuad Hacıyev isə sözügedən avtomobili etibarnamə ilə idarə edir. \\Unikal.org