Ronaldunun hakimə etiraz olaraq yerə çırpdığı kapitanlıq sarğısı hərraca çıxarıldı

Baxış sayı:
4839

Kriştianu Ronaldunun Serbiya millisi ilə DÇ-2022-nin seçmə oyununda yerə çırpdığı kapitanlıq sarğısı xeyriyyə auksionuna hərraca çıxarılıb.

Bu barədə tuttomercatoweb.com portalı məlumat yayıb.

Qeyd olunur ki, yerdə qalan kapitanlıq sarğısını stadionun əməkdaşlarından biri götürüb və onu hərraca çıxarmağa qərar verib.

Bildirilir ki, satışdan əldə olunan vəsait altı aylıq körpənin müalicəsinə sərf olunacaq. Körpənin bel əzələlərinin atrofiyasından əziyyət çəkdiyi qeyd olunur.

Sarğı auksiona çıxarılan kimi onun qiyməti artıq üç min avronu (təxminən altı min manat) keçib.

Xatırladaq ki, Portuqaliya-Serbiya (2:2) qarşılaşmanın 90+3-cü dəqiqəsində hakim Ronaldunun onun təmiz qolunu qeydə alınmadığı üçün ulduz oyunçu referiyə sərt şəkildə etirazını bildirib.