Rusiyanın kəşfiyyat gəmisi Sudana yan alıb - Ərazidə HDD bazası tikilir

Baxış sayı:
764

Rusiyanın «İvan Xurs» kəşfiyyat gəmisi Port-Sudandakı (Qırmızı dəniz) buxtaya gəlib və orada lövbər salb. Asian OSİNT resursu «Tvitter»də uyğun foto da yerləşdirib.

Qeyd edək ki, Sudanda Rusiya Federasiyası hərbi-dəniz donanması (RF HDD) bazasının yaradılması üzrə işlər gedir. Xəbər verildiyi kimi, fevralın 28-də Qara dəniz donanmasının «Admiral Qriqoroviç» adına 11356R layihəli baş freqatı Port-Sudana gəlib. Bu gəmi «Kalibr-NK» raket kompleksi ilə təchiz edilib.

Ötən ilin dekabrında Rusiya və Sudan bu ölkədə Rusiya HDD üçün material-texniki təminat məntəqəsinin yaradılması barədə saziş imzalayıb. Qara dəniz donanması mətbuat xidmətinin məlumatına görə, Sudan ərazisində belə məntəqənin yaradılması bölgədə sülhün və sabitliyin saxlanması məqsədlərinə cavab verir və digər dövlətlərə qarşı yönəlməyib.