Siyavuş Novruzov YAP-ın qərargahını tərk etdi

Baxış sayı:
1661

Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, S.Novruzov partiyanın qərargahına gəlmir.

Onun kabineti də boşaldılıb.

Məlumatda o da qeyd olunub ki, mətbuatda hakim partiyanın növbəti qurultayının keçiriləcəyi ilə bağlı müzakirələr aparılsa da, YAP-ın bu barədə yekdil qərarı yoxdur.

 
Qeyd: S.Novruzov hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədridir.