“SİZİN SAYƏNİZDƏ ADAM OLMUŞUQ..." - Ramiz Mehdiyevə tost dedilər / VİDEO

Baxış sayı:
3848

Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayılıb. Bu dəfə də Ramiz Mehdiyevin şəninə təriflər deyilib. Xatırladırıq ki, sabiq millət vəkili, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib.

Nəticədə sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Toyda iştirak edən qonaqlar isə cərimələnib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən, Azərbaycanda toy və kütləvi tədbirlərin keçirilməsi qadağan edilib

Meydan.Tv-nin toydan yaydığı yeni görüntüləri təqdim edirik: