​"SƏMƏD BAXŞƏLİYEV SAHƏMİN SULANMASI ÜÇÜN SU VERMİR" - Qarabağ veteranı ölkə rəhbərliyindən kömək istəyir / FOTOLAR

Baxış sayı:
2455

"Goranboy rayonunda Qarabağ veteranlarının problemləri həll olunmaq əvəzinə, onlar "şəxsi məqsədlərin, imtiyazların üçün veteran olmusan" ifadələri ilə rayonun bir qrup vəzifəli şəxsləri tərəfindən məyus edilir. Goranboyda veteranlarıın vətəndaş hüquqları pozulur, onlara qarşı süründürməçilik edilir".
Muxalifet.az xəbər verir ki, bu haqda Goranboydan daxil olan şikayət məktubunda bildirilir. 
Goranboyda hüquqları pozulan, süründürməçiliyə məruz qalan, ədalətsizliklə üzləşən Qarabağ veteranlarından biri də Qızılhacılı qəsəbə sakini Adıgözəlov İsrayıl İsmayıl oğludur. Saytımız vasitəsilə Prezidentİlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ombudsman Səbinə Əliyevaya, eləcə də Qarabağ Veteranlar Şurasının və Azərbaycan Melarosiya və Su Təsərrüfatı ASC-nin  rəhbərliyinə müraciət edən şikayətçi bildirir:
"Möhtərəm Prezident!
Çox hörmətli Mehriban xanım!

Qarabağ veteranı olaraq hüquqlarım pozulur, mənə qarşı süründürməçilik edilir, problemlərim həll olunmur. 
Belə ki, sahəmi sulaya bilmirəm. Artezian suvarma idarəsinin yaşadığım Qızılhacılı qəsəbəsindəki nümayəndəsi Səməd Baxşəliyev qulluq mövqeyindən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənim sahəmin sulanması üçün su vermir, müəyyən bəhanələr edir.
Sizdən xahiş edirəm ki, mənə köməklik göstərəsiniz".


Muxalifet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.