ŞOK XƏBƏR: Rusiyanın “GeoProMining Gold” şirkəti Kəlbəcərə qaçaq yolla silah və muzdlu daşıyır

Baxış sayı:
2347

Rusiyanın “GeoProMining Gold” şirkəti Kəlbəcərə qaçaq yolla silah və muzdlu daşıyır.

Dağlıq Qarabağın işğal altındakı Kəlbəcər şəhərində, Rusiyanın “GeoProMining Gold” şirkətinin də qeyri-qanuni payçı olduğu, Azərbaycana məxsus Zod qızıl yataqları illərdir istismar olunurdu.

Sentyabrın 27-dən, Dağlıü Qarabağ savaşı başlayandan, şirkət yataqlarda istismarın dayandırıldığını açıqladı. Səbəb kimi guya işçilərin təhlükəsizliyinin təmin edilməsi göstərildi.

Etibarlı mənbədən əldə etdiyim məlumata görə şirkət fəaliyyətini kağız üzərinda dayandırıb. Əslində Kəlbəcərin tam olaraq azad edilməməsi üçün əlindən gələni edir. Məsələn, Kəlbəcərin işğaldan daha gec azad olunmasını və ya ümumiyyətlə, azad olunmamasını təmin etmək üçün mədənin əsas payçısı olan Rusiya şirkəti əraziyə qaçaqçılıq yolu ilə böyük həcmdə silah və muzdlu daşıyır.

Niyə?

Otuz ilə yaxındın Rusiya və adıgedən şirkət Azərbaycana məxsus yataqdan təbii ki, havayı işlətdiyi mədəndən milyardlarla pul qazanıb. Bu fantastik məbləğdən birdən-birə imtina etmək mümkün deyil. Üstəlik bu dünyaca ünlü qızıl şirkətinin iflası deməkdir. Eyni zamanda Kəlbəcər tamamən azad edildikdən sonra mədənlərin istismarı ilə bağlı yüzlərlə cinayət faktı ortaya çıxacaq. Eyni zamanda Azərbaycan məsələ ilə bağlı yaranan beynəlxalq hüququndan istifadə edə bilər. Məsələn, şirkəti beynəlxalq məhkəməyə verib, təzminat tələb etməmiz mümkündür.

Xatırladım ki, şirkətin başında formal olaraq milliyyətcə erməni Ruzanna Qrigoryan dayanır.

Yaddaş üçün, xatırladım ki, Zod yatağı 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunub. Yataqda stismara 1976-cı ildən başlanıb. Yeri gəlmişkən, y atağın Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən əsas hissəsi Söyüdlü – Zod qızıl yatağı adlanır. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.

Yataqlarda Azərbaycanın 112,5 ton qızıl ehtiyatı olub.

Jalə MÜTƏLLİMOVA

19.10.2020