Söyüş söymək, söydürmək və ya... - Əlizadə NƏHMƏDAĞAOĞLU YAZIR

Baxış sayı:
2734

Əvvəla “söyüş söymək eyibdir”, - deyib hayqıranda bu işlə mənəvi cəhətdən şikəst olan beş-on adam məşğul olurdu. Amma indi çoxları klaviatura qarşısına keçərək, nifrin yağdırır. Nalayıq sözləri havada uçuşur, sosial şəbəkələr, xaricidən yayımlanan internet tv-ləri kin qusur, ifunət qoxur. İnsanların çoxu məsuliyyət hissini itirib, kimin kimdən xoşu gəlmirsə, onun adından üç-dörd cümlə yazıb, cəmiyyətə ötürür. Adam özünü müdafiyə etməyə macal tapmamış, təkcə dirisinə deyil, ölüsünə də dil uzadırlar.
Söyüş söyənlərlə bağlı məsələ aydındır. Amma bu söyənlərə rəvac verən, acıq desək, özlərini söydürənlər də az deyil. Onların bəziləri məmur, bəziləri də deputatdır. Məmur başa düşməlidir ki, ona xalqa xidmət etmək üçün vəzifə verilib, var-dövlət yığmaq, sərvət toplamaq, arvad-uşağı “yağlı” vəzifədə yerləşdirmək üçün təyin olunmayıb. Bu öz yerində...
Sadəcə, fikirlərimi faktlarla əsaslandırmaq daha da inandırıcı olar.
Biləsuvar rayon DSMF-da çox ciddi noqsanların baş verməsi, əmək pensiyaların təyinatının düzgün hesablanmaması, dünyasını dəyişənlərin pensiyalarının mənimsənilməsi, nazirliyin audit yoxlamalarının nəticələrinin saxtalaşdırılması və bir cox korrupsiya əməlləri  barədə inzibatı orqanlara şikayətlərim tədbir görülmək ücün Əmək və Əhalinin Sosial Müdafiyə Nazirliyinə göndərilir. Nazirlik əməkdaşlarının havadarlıqları ilə şikayət məktubları Biləsuvar rayon DSMF-nun müdiri Əliyev Fərasimə verilir, tapşırıq  alır ki, “get ver məhkəməyə, başları qarışsın, gözlərdə qorxu yarat, səndən şikayət olunmasın”. Necə deyirlər, “dəyirman öz işində, çak-çuku baş ağrıdır”.
Fərasim Əliyev fürsəti fövtə vermir. 28 sentyabr 2018-cu il tarixində, iddiaçı Əliyev Fərasim Fədayı oğlunun mənə qarşı guya ki, yazdıqlarım “həqiqətə uyğun olmayan məlumatların” təkzib edilməsi və ona vurduğum mənəvi zərərə gorə məndən alınıb ona verilməsi üçün 20 000 manat  və “bilə-bilə yalan xəbər yayıldığı və əməldə cinayət tərkibi olduğu üçün” prakurora xəbər verməsi tələbi barədə mülki icrata götürülür. 14 ay sərasər məhkəmə prosesi davam etdi, bir dəfə də olsun iddiacı Əliyev Fərasim məhkəmə prosesində iştirak etmədi, bu işləri vəkili idarə edirdi. Necə deyirlər,"varlıqğa nə darlıq”.
28 noyabr 2019-cu il tarixində Biləsuvar rayon Məhkəməsi tərəfindən iddiaçı Əliyev Fərasim Fədayi oğlunun mənə qarşı iddiası rədd edildi və s. Oyunun baş tutmadığını görən Əliyev Fərasim, Mirzə Cəlinin hekayəsində deyildiyi kimi, “bəlkədə qaytardılar” anlamında olmaqla, Biləsuvar rayon Məhkəməsinin qətnaməsindən, Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdi. 11mart 2020-cu il tarixində işə baxılması nəzərdə tutulsa da, şikayətci məhkəməyə gəlmədiyindən proses təxirə salındı. Beləcə, 3 dəfə şikayətci prosesə gəlməsə də, nəhayət 16 iyul 2020-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsində şikayətci Əliyev Fərasimin iştirakı ilə məhkəmə prosesi baş tutdu.
Şikayətci, Biləsuvar rayon DSMF müdiri məhkəmə prosesində rəhbər olduğu idarənin işində çox ciddi noqsanları ört-basdır etməyə calışsa da, mənim tutarlı arqumetlərim qarşısında aciz qaldığını hiss etdikdə, postuna layiq olmayan söyüş ritorikası ilə məni təhqir etməklə, mənəviyyətsızlıqda suçladı. Soz yox ki, məhkəmə kollegiyası Əliyevin Fərasimin nalayiq danışıqlarına əhəmiyyət vermədi. Bizdə təəccüb yaradır, görəsən Əmək və Əhalinin Sosial Müdafiyə Nazirliyinin 105 min əhalisi olan Biləsuvar rayonunda Əliyev Fərasim kimi kadrları işlətməkdə marağı nədir? Guman ki, maraqları var...
Beləliklə, 16 iyul 2020-ci ildə Şirvan Apellyasiya Məhkəməsi qət etdi: “İddiaçı Əliyev Fərasim Fədayi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(022)-292/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın”. Gec də olsa, bəzən ədalət qalib gəlir...
Bu və ya digər hallarda söyüş söyənlərlə bağlı məsələ aydındır. Amma bu söyüşlərə rəvac verən, onlara havadarlıq edənlər, acıq desək, özlərini söydürənlər də az deyil. Bu kimi məmurlar, nazirlər, onların əlaltıları, bəzi deputatlar da...
Məmurlar anlamalıdırlar ki, onları var-dövlət yığmaq, sərvət toplamaq, arvad-uşağı “yağlı” vəzifələrə yerləşdirmək ücün təyin etməyiblər və ya seçilməyiblər. Amma indiyə kimi yüz dəfə günah eləyib, yalana ayaq, yamana dayaq olublar. Alqışı da, qarğışı da insan əməli ilə qazanıb. Elə işlə, elə danış ki, insanların səbr kasası dolmasın və heç kimin səni söyməyə bəhanəsi olmasın...
Və həbs olunan icra başcılarının qaranlıq yollarını da unutmayın...

Əlizadə NƏHMƏDAĞAOĞLU