TANINMIŞ CƏRRAHDAN PREZİDENTƏ NÖVBƏTİ MÜRACİƏT – “Ali Məhkəmənin cıxardığı qərarın yerinə yetirilməsi və mənə dəymiş ziyanın tam ödənilməsi üçün Sizin siyasi iradənizə inanıram”

Baxış sayı:
2080

"Hazırda sirkətin təsisçiləri Milli Məclisin keçmiş üzvü Əsabil Qasımov, Valeh və Yusif Ağayevlər Rusiyanın Yesentuki şəhərində otel biznesi ilə məşğuldurlar. Mən öncədən bu sirkətlər qrupunun Azərbaycanın pullarını xaricə daşımaları barədə məlumat vermişdim"

Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərovun evinin “Regal” MTK tikinti şirkəti tərəfindən söküldüyü haqda məlumat vermişdik. Qeyd etmişdik ki, evinin qanunsuz olaraq uçurulmasına rəğmən, qarşılığında kompensasiya ala bilməyən Q.İskəndərov uzun müddətdir haqqının bərpa olunması istiqamətində mübarizə aparır.
Xatırladaq ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da sözügedən tikinti şirkətinin rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan darmadağın edilib. Bununla bağlı Muxalifet.az saytı vasitəsilə dəfələrlə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara, hətta Səudiyyə Ərəbistanının Kralına və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Rusiya prezidenti Vladimir Putinə müraciət etsə də, Q.İskəndərovun şikayətinə hələ də baxan yoxdur.
Q.İskəndərov Muxalifet.az vasitəsilə ölkə başçısına növbəti müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Mənim evimin “Regal” MTK tərəfindən qanunsuz sökülməsi barədə Sizə və hüquq mühafizə orqanlarına  dəfələrlə müraciət etmişəm.
Nəhayət, 2017-ci ildə başlayan məhkəmə prosesi 4 ildən sonra başa catmışdır. Məhkəmə siyahılarını təqdim etmək yerinə düşərdi:

1Nəsimi rayon məhkəməsi                   08 may 2018
2Apellyasiya məhkəməsi                     05 noyabr 2018
3Ali məhkəmə                                       18 aprel 2019
4Ali məhkəmə plenuma imtina              10 iyul 2019
5AR konstitusiya məhkəməsi imtina      18  uyun 2019
6Apellyasiya məhkəməsi                      10 avqust 2019
7Ali məhkəmə                                        17 fevral 2020
8Appelyasiya məhkəməsi                      10 noyabr 2020
9Ali məhkəmə                                         05 may 2021
10Nəsimi RM cinayət işi ilə əlagədar                      17 may 2017
11Apellyasiya məhkəməsi cinayət işi ilə əlaqədar 20 iyun 2018
12Nəsimi RM cinayət işi ilə əlaqədar                       16 sentyabr 2020
13Apellyasiya məhkəməsi cinayət işi ilə əlaqədar  30 sentyabr 2020

Təəssüflər olsun ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Ramiz Rzayevin rəhbərliyi ilə “iki eşşeyin arpasını bölə bilməyən” hakimlər komandası korporativ maraqlar zəminində zərərçəkmişin, dövlətin mənafeyinə deyil ( qanunları pozaraq, konstitusiyanı ayaqlar altına ataraq) şirkətin mənafeyinə qərarlar çıxarmışdır: həmin qərarda mənə dəyən ziyanın 10-dan 0.9 hissəsinin ödənilməsi nəzərdə tutulur.  Bununla yanaşı, sonuncu məhkəmə qərarı 06 may 2021-ci il tarixdə verilsə də, bu günə qədər iş icraata göndərilməmişdir.

Mən şəxsən qərarı “Regal” MTK sirkətinə təqdim etmişəm. Şirkətdən mənə bildirildi ki, bu 4 il ərzində məhkəmələrə, polis və prokurorluq orqanlarına külli miqdarda rüşvət verdiklərinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin cıxardığı qərarı yerinə yetirmək niyyətində deyillər. Bildirdilər ki, onların hakimiyyət strukturlarında güclü himayədarları var. Sirkətin təsisçilərindən olan Valeh Ağayevə telefonla zəng edərək görüşmək niyyətimi bildirsəm də, o, görüşdən imtina etdi. Hazırda sirkətin təsisçiləri Milli Məclisin keçmiş üzvü Əsabil Qasımov, Valeh və Yusif Ağayevlər Rusiyanın Yesentuki şəhərində otel biznesi ilə məşğuldurlar. Mən öncədən bu sirkətlər qrupunun Azərbaycanın pullarını xaricə daşımaları barədə məlumat vermişdim.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun, Polis məmurlarının, prokurorların və məhkəmə hakimlərinin mənə Avropa Məhkəməsinə müraciət etməyimi məsləhət bildikləri kimi, sirkət də ironiya ilə eyni məsləhəti verdi.
Görəsən, Ali Məhkəmənin sədrinin  və Apellyasiya Məhkəməsinin sədrinin işin icra məmurlarına göndərilməsini 1.5 ay gecikdirməsi nə ilə izah olunur?

Möhtərəm Prezident!
Azərbaycan Respublikası Ali Məhkəməsinin cıxardığı qərarın (mənə dəymiş ziyanı əks etdirməsə də)  yerinə yetirilməsi və mənə dəymiş ziyanın tam ödənilməsi üçün Sizin siyasi iradənizə inanır və güvənirəm”.
Muxalifet.az
Redaksiydan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.