Tibbi maskaların ölkə ərazisindən çıxarılmasına icazə verildi - ƏLİ ƏSƏDOVDAN QƏRAR

Baxış sayı:
1645

Baş nazir Əli Əsədov “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib. 

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 

Dəyişiklikdən öncə, qərar 2020-ci il sentyabrın 1-dək qüvvədə idi. Əli Əsədovun bugünkü dəyişikliyindən sonra qərarın qüvvədə olma müddəti noyabrın 1-dək uzadılıb. 

Bundan başqa, dəyişikliyə əsasən, tibbi maskaların ölkə ərazisindən çıxarılmasına qoyulan məhdudiyyət ləğv edilib.