Tixanovskaya özünü Belorusun yeganə lideri elan edib - “Lukaşenkonun inauqurasiyası məzhəkədir”

Baxış sayı:
1369

Prezident Aleksandr Lukaşenkonun inauqurasiyası məzhəkədir. Bu barədə sentyabrın 23-də Belorus prezidentliyinə eks-namizəd Svetlana Tixanovskaya bəyan edib.

“Mən, Svetlana Tixanvskaya Belorus xalqı tərəfindən seçilmiş yeganə liderəm…İnauqurasya adlandırılan tədbir isə əlbəttə, məzhəkədir. Əslində, bu gün Lukaşenko sadəcə, təqaüdə gedib” - deyə, Tixnovskaya bəyanatında bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri zorakılığın dayandırılması, syasi məhbusların azad edilməsi və yeni ədalətli seçkilərin keçirilməsi tələbini dəstəkləyirlər, həm də Belorusa real kömək etməyə hazırdırlar.