Tofiq Yaqublunun işi üzrə bu gün təcili məhkəmə olacaq - APELLYASİYA BAXIŞI ÖNƏ ÇƏKİLDİ / YENİLƏNİB

Baxış sayı:
2986

Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Bu barədə onun vəkili  Elçin Sadıqov məlumat yayıb. Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib:"İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq".

Həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də bu gün Nizami Rayon Məhkəməsində baxılacaq.

T.Yaqublu 17 gündür aclıq aksiyası keçirir, hazırda o, "City Hospital"da həkim Adil Qeybullanın nəzarətindədir. Həkimin bildirdiyi kimi, T.Yaqublu sudan və orqanizmin daxili sabitliyini təmin etmək üçün qida olmayan, tibbi preparatların, lazım olan maddələrin yeridilməsindən də imtina edib. Nəticədə onun vəziyyəti daha da ağırlaşıb.

***12:58

Həbsdə olan və məhkəmənin hökmünə etiraz olaraq iki həftədən çoxdur aclıq aksiyası keçirən Tofiq Yaqublunun azadlığa buraxılması üçün məhkəməyə müraciət olunub.

Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O bildirib ki, Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq, onun hökmü qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verib.

Onun barəsindəki hökmdən verilən apellasiya şikayətinə sentyabrın 28-də baxılacaq.