Trampa impiçment elan etdilər - YENİLƏNİB

Baxış sayı:
610

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampın impiçmentinə səs verib.

TASS bildirir ki, səsvermə hələ davam edir, lakin təşəbbüs artıq təsdiqlənməsi üçün lazımi sayda səs qazanıb.

İmpiçment bir maddə üzrə elan edilib - qiyama təhriketmə. Qətnamədə deyilir ki, Trampın hərəkətləri Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən "ağır cinayətlər və səhv hərəkətlər" ifadəsinə uyğundur.

İndi ittiham aktı prosedurun məhkəməyə çevriləcəyi Senata təqdim edilməlidir. Lakin qanunverici orqanın yuxarı palatasının qrafikinə görə, Senat Trampın impiçment məsələsini səlahiyyətlərinin müddəti bitdikdən sonra həll edə bilər: Senat yanvarın 19-na qədər səsvermə tələb edən hər hansı ciddi mövzunu müzakirə etmək üçün toplaşmayacaq.

**01:18

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə səsverməyə başlayıb.

“RİA Novosti” xatırladır ki, Konqres üzvlərinin müzakirəsinə bir maddə çıxarılıb – "qiyama təhriketmə". Sənəd Prezidentə impiçment elan etməyi və onun gələcəkdə istənilən seçkili vəzifəni tutmasının qadağan olunmasını tələb edir. Maddədə həmçinin "ağır cinayətlər və hərəkətlər" törədilməsinə dair ittiham ifadəsi də yer alıb.

Məsələ bundan sonra Senatın müzakirəsinə çıxarılacaq. Ancaq, artıq xəbər verdiyimiz kimi, Senat yeni prezident Co Baydenin inaqurasiyasından bir gün əvvəl tətilə çıxacaq. Buna görə də proses Trampın səlahiyyətlərinin başa çatmasıma qədər tam yekunlaşmayacaq.