Türkiyə Azərbaycanda hərbi baza qurur - ŞOK İDDİA

Baxış sayı:
26565

Türkiyə Azərbaycanda hərbi aviasiya bazası quracaq.

Bu iddia ABŞ-ın “Vaşinqton Post” qəzetində yayımlanıb.

Türk ordusunun Aralıq dənizi və Suriyadakı fəaliyyətlərinin qələmə alındığı məqalədə bildirilib ki, paytaxt Bakıda baza qurulması həmləsi gündəmdədir və Türk ordusunun Azərbaycandakı hərəkətliliyi təsadüfi deyil.

Qəzet bildirir ki, Türkiyə Osmanlı İmperiyasından sonra ilk dəfə regional təsir bölgəsini bu qədər irəli səviyyəyə daşıyıb və genişləndirib.

Qeyd edilib ki, Türk ordusunun Suriyada həyata keçirdiyi əməliyyata I Dünya Müharibəsindən sonra ən böyük hərbi əməliyyat kimi tarixə düşüb./Publika.az