"Türkiyənin dünyada təsiri artıb"- Qazaxıstan prezidenti

Baxış sayı:
1955

Dünya səhnəsində Türkiyənin təsiri artıb. 

Bu fikri yanvarın 1-də Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı səsləndirib.

«Dövlət başçısı qeyd edib ki, son illər beynəxlalq səhnədə Türkiyənin təsiri artıb, Dağlıq Qarabağ münaqişəsinin tənzilənməsi bunun göstəricisidir. Rəcəb Tayyib Ərdoğan isə belə qiymətə görə, öz minnətdarlığını bildirib» - Tokayevin mətbut xidməti xəbər verir.

Qazaxıstan prezidenti qeyd edib ki, koronavirus pandemiyasına baxmayaraq, iki ölkə arasında əməkdaşlıq uğurla inkişaf edir, ötən il qarşılıqlı ticarətin həcmi 2,6 milyard dollar təşkil edb. Onun həmsöhbəti isə öz növbəsində, qeyd edib ki, əmtəə dövriyyəsini üçqat artırmaq olar.

Əroğan yanvarın 10-da Qazaxıstanda parlament seçkilərinin uğurla keçirilməsini arzulayıb və bildirib ki, seçkiləri Türkiyə nümayəndələri də izləyəcək

Söhbətin sonunda dövlət başçıları Türkiyə prezidentinin Qazaxıstana səfər etmək imkanlarına baxmaq barədə razılığa gəliblər.