UEFA Fransa klubunu cəzalandırdı
19-06-2020 20:54
Baxış sayı:
7318
UEFA Fransanın "Marsel" klubunu cəzalandırıb.
Buna Liqa 1 təmsilçisinin maliyyə feyr-pley qaydaları ilə bağlı anlaşmanı pozması səbəb olub.
Klubu 3 milyon avro məbləğində cərimələyən qitə futbol qurumu 2020/2021 və 2021/2022 mövsümlərində avrokuboklardan gələn gəlirlərin 15 faizini müsadirə edəcək.
Bundan əlavə, "Marsel" qarşıdakı 3 mövsümdə UEFA-nın bayrağı altında keçiriləcək oyunlarda maksimum 23 futbolçu sifariş edə biləcək.
Qeyd edək ki, klubun UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verəcəyi gözlənilir.