“UĞRUNDA ŞƏHİD OLDUĞUNUZ BU YURD MÜTLƏQ BÜTÜNLƏŞƏCƏK!” - Dövlətimizi dövlət, millətimizi millət edən ŞƏHİDLƏRİMİZƏ!

Baxış sayı:
760

Azərbaycan əsgəri, siz kürəsəl terrorizmə, erməni-rus-fars hərb maşınına, şovinizminə qalib gəldiniz!
Şuşa şəhərinin azadlığı uğrunda savaşınız 21-ci əsrin hərb tarixinə oxşarı olmayan bir qəhrəmanlıq dastanı olaraq keçdi. Şəhidlərimizin, qazilərimizin qanı ilə yoğruldu qutsal topraqlarımız. Şəhidlərimiz bizlərə millət olmamızın qururunu yaşatdı, dövlətimizi əbədiyyətə qovuşdurdu.
Sizlər min illərlə vətən, millət uğrunda şəhid olanlarımıza can verdiniz, unudulan yaddaşımızı özünə qaytardınız. Millət olaraq bizlərə şəhidliyin qutsal zirvə olduğunu və o zirvəyə yüksəlmənin qutlu insanlara aid olduğunu anlatdınız. Dövlətimizin, millətimizin, vətənimizin bütünlüyü üçün şəhid olmağa milyonlarla qəhrəmanlar yetişdirdiniz.
Allah bizə şəhidlik zirvəsini çox görməsin. Şəhidlərimiz var olduqça biz varıq, güclüyük. Sizə bir ömür borcluyuq, sevgili şəhidlər! Ruhunuz şad olsun. Əmanətiniz bayrağımızdı! Uğrunda şəhid olduğunuz bu yurd mütləq bütünləcək! 60 milyonluq Azərbaycanımız, Türkiyəmizlə birlikdə Turana yürüyəcək.
Sonsuza qədər borçlu olduğumuz əziz ŞƏHİDLƏR, qarşınızda baş əyirik.
Cahandar Bayoğlu
Turan Partiyası Başqanı