Ukrayna NATO-ya daxil olur? - ZELENSKİDƏN AÇIQLAMA

Baxış sayı:
1630

“Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələri qarşısında məsələni qəti qoyub: “Ukraynanı NATO-ya üzv qəbul edin!” Zelenskinin fikrincə, NATO Ukraynanın arxasında deyil, yanında olmalıdır. O, haqlıdır! Ukraynanı illərdir NATO-nun qapısında gözlətdirirlər. Rusiya da bundan istifadə edərək Ukraynaya hərbi təzyiqi artırır”.

Bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında qeyd edib. Politoloq bildirib ki, V.Zelenskinin qətiyyətli mövqeyi ilk bəhrəsini verib:

“ABŞ növbəti dəfə Ukraynaya NATO üzvlüyü tədbirlər planının verilməsinə dəstək göstərib. Bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andriy Yermak Kiyevdə ölkə rəhbəri Vladimir Zelenski ilə ABŞ dövlət katibi Entoni Blinken arasındakı görüşdən sonra bildirib. İndi qalır Fransa və Almaniyanı inandırmaq. Paris və Berlin ikili oynayırlar, sözdə Ukraynaya dəstək ifadə edirlər. Əməldə isə bu ölkənin NATO-ya üzvlüyünü illərdir əngəlləyir və bununla Rusiyanın aqressiv siyasətinə imkan yaradırlar. Odur ki, Amerikadan Paris və Berlini yola gətirmək tələb olunur”.