Ukrayna ərazisinə xarici hərbi qüvvələrin daxil olmasına icazə verildi

Baxış sayı:
2053

Ukrayna Ali Radası ölkə ərazisinə xarici ordu hissələrinin daxil olmasına icazə verən 4499 saylı qanun layihəsini təsdiqləyib.

Layihənin lehinə parlamentin 325 deputatı səs verib. Bu qanun Ukrayna ərazisində NATO ölkələrinin hərbi qüvvələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsinə imkan verəcək.

Cari ildə səkkiz belə təlim nəzərdə tutulub.

Qeyd edək ki, Ukrayna 2021-ci ildə ABŞ, Britaniya, Rumıniya və Polşa ilə birgə hərbi təlimlər keçirməyi planlaşdırır.