Vətən müharibəsində şəhid olan hərbçi dəfn edildi - FOTOLAR

Baxış sayı:
1185

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Təbriz Cəfərov dəfn edilib.

Şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu T.Cəfərov 44 günlük müharibə zamanı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

***

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Cəfərov Təbriz İlqar oğlunun nəşi tapılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Cəfərov Təbriz İlqar oğlu 1995-ci ilin iyulun 14-də anadan olub. O, 2014-2016-cı illərdə həqiqi hərbi xidmət keçib. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayan zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. O, müharibənin şiddətli vaxtı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

Allah rəhmət eləsin!