Vüsal Orucov İstanbulda 18 yaşlı arvadının boğazını kəsib öldürdü QANI İLƏ DİVARA “XƏYANƏTİN CƏZASI ÖLÜMDÜR” YAZDI / FOTO

Baxış sayı:
1453

İstanbulda Azərbaycan vətəndaşı Vüsal Orucov Türkiyə vətəndaşı olan və dini nigahla evləndiyi 18 yaşlı arvadı Sevilay Kayanı xüsusi amansızlıqla qətlə yetirib. Qatil daha sonra gənc qızın qanı ilə divara “xəyanətin cəzası ölümdür” sözlərini yazıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün sentyabrın 5-də İstanbulun Qaziosmanpaşa rayonunda baş verib. Sevilay Kayanın yaşadığı evə gələn təcili yardım briqadası onun keçindiyini təsbit edib. Anası da qızının qətlə yetirildiyini eşidərək  evə gəlib və fəryad edib, “qızımı mənə verin” deyərək huşunu itirib. Yaxınları onu xəstəxanaya aparıb.

Qatil hadisə yerindən qaçsa da daha sonra polisə təslim olub. Onun dindirilməsi davam edir, ilkin versiyaya görə Orucov yeni evləndiyi arvadını qısqanclıq səbəbindən öldürüb. Cinayətin baş verdiyi küçədəki atelyedə çalışan Mesut Demirel deyib ki, V.Orucov qızın boğazını kəsib. “Sonra polisə zəng vurub. Polis gəldi, prokuror gəldi. Hadisə belə oldu. Bildiyimizə görə hələ rəsmən evlənməmişdilər, dost həyatı yaşayırdılar. Evdən səs, qışqırıq-filan eşitmədik. Kəsib, qaçıb...”,-o deyib.

Məhəllədə yaşayan Salih Baykal adlı sakin isə deyib ki, hadisə haqda məlumatı azdır. Amma qətlə yetirilən qız həmin küçədə şirniyyat dükanında işləyirmiş. “Ara-sıra görürdük, yazıq, gənc qız idi. Ərini tanımıram, onsuz da yeni evlənmişdilər. Buraya da yeni köçmüşdülər. Təxminən iki ay əvvəl olar”,-o deyib.

 

Qətlə yetirilən qızın işlədiyi şirniyyat dükanında çalışan Mehmet Örek isə deyib ki, o da hadisənin səbəbini bilmir: “Burada çalışdı, 2 həftə sonra dedi ərim icazə vermir, işdən çıxdı. Ondan sonra bir-iki dəfə gördüm. Deyəsən əri azərbaycanlı idi. Çox gördüyümüz insan deyildi. Evləndikdən sonra çölə də çıxmırdı. Sonra yuxarı mərtəbədəki ayaqqabıçıların yanında işləməyə başlayıb. Ayaqqabıçılardan birinin dediyinə görə, kimsə yuxarı (Sevilayın yaşadığı evə tərəf) çıxıb, orada çalışanlar şübhələniblər. Sonra orada çalışanlardan birini göndəriblər. Qapı bağlı imiş. Zəngi basıblar, heç kim açmayıb. Bunlar da şübhələniblər. Sonra kimsə qapını qırıb içəri girəndə qızı yerdə qan içində görüblər. Əri qapını içəridən bağlayıb, boğazını kəsib, sonra pəncərədən qaçıb. Biz hadisə haqda eşidəndə polis artıq gəlmişdi...”