Xırdalanın bir hissəsi işıqsız qalıb – “Soyuqdan donuruq, bilmirik nə edək..."

Baxış sayı:
2827

Dünən gecədən etibarən Xırdalan şəhərinin bir hissəsi elektriksiz qalıb.

Bu barədə “AzPolitika.info”-ya şəhər sakinləri məlumat veriblər. 

“Güclü külək əsəndə, havalar soyuyanda elektrikin kəsilməsi adı haldır. Dünən də belə oldu. Hələ də işıqlarımız yanmır, evlər kombi ilə qızdırıldığına görə, soyuqdan donuruq” - deyə, məlumatda qeyd olunur.