2040-cı ildə Rusiyanın üçdəbiri Türkiyənin ərazisi olacaq və… - BAXÇALININ DÜNYAYA “XƏRİTƏLİ MESAJI”

Baxış sayı:
1342

Ötən həftənin sonunda İstanbul sammitində “Türk dünyasına 2040-cı il baxışı” bəyannaməsinin qəbul edilməsinin ertəsi günü Türkiyədə “Türk dünyasının xəritəsi” açıqlandı. Qafqaz.media xəbər verir ki, bu xəritə ilə rəsmi olan isə prezident Ərdoğan yox, MHP başqanı Dövlət Baxçalı idi.

Xəritədə Şimal Buzlu okeanından Bolqarıstana qədər, o cümlədən Rusiyanın üçdəbiri - Dağıstan və Orenburq bölgəsindən Altaya, Yakutiyaya qədər təxmini iyirmi federal subyekti əhatə edən ərazi təsvir edilirdi.

MHP Türkiyədə sağçı millətçi partiya sayılsa da, dövlət xəttini dəstəkləyən siyasi təşkilatdır və nəzərə alsaq ki, ənənvi olaraq çox zaman iqtidar tərəfindən ifadə olunmayanlar iqtidara yaxın partiyalar, yaxud mərkəzçi siyasi qurumlar tərəfindən dilə gətirilir, o zaman bu mesajın üzərində düşünməyə dəyər.

Ötən həftə ona da şahid olduq ki, İstanbulda Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrildi. Güman edə bilərik ki, bu, gələcək böyük Turanın, həm də Rusiyanın da daxil olması ilə reallığa çevrilə biləcək nəhəng Avrasiya Türk Birliyinin təməlidir.

“Türk dünyasına baxış-2040” platformasının məqsədləri arasında ticarət maneələrinin aradan qaldırılmasından tutmuş mədəniyyət, gənclər və təhsil siyasətlərinin uyğunlaşdırılmasına, Çindən Avropaya yeni qitələrarası dəhlizlərin və ümumi informasiya məkanının yaradılmasından tutmuş milli maraqların əks etdirən həyati məsələlərdə, eləcə də regional və qlobal məsələlərdə siyasi həmrəyliyin və qarşılıqlı dəstəyin artırılmasına qədər fikirlər nəzərdə tutulur. Ən əsası isə ortaq türk kimliyinin təbliğidir. Hələ ki, “Türk dünyasına baxış-2040” “mədəni zənginlik mənbəyi” kimi ortaq kimlikdən bəhs edir, amma hər şey vahid orduda bitə bilərmi? Prezident Ərdoğan bildirdi ki, "Türk Dövlətləri Təşkilatı heç kimi narahat etməməlidir. Əksinə, biz tarixi birliyə əsaslanan bu yüksələn strukturun bir hissəsi olmağa çalışmalıyıq. Bu təşkilat dövlətlərarası münasibətlərin inkişafı üçün platformadır".

Bəs bu təşkilat nə qədər genişlənə bilər? Uzun müdətdir ki, bu qurumda müşahidəçi olmaq istəyən Ukraynanın tamhüquqlu üzvlüyündən söhbət gedə bilərmi? Bir çox türk xalqlarının vətəni Rusiya necə? Rusiya rəsmi türk dövləti deyil, amma türklər əsrlər boyu Rusiyanın ən mühüm komponenti olub. Əhali komponenti tatarlardan başlayıb, yakutlarla bitir. Yəni əhalisinin böyük hissəsi türk olan, amma rəsmi türk dövləti olmayan Rusiyadan söhbət gedir. Çoxsaylı türk xalqları Rusiyada "öz tarixi torpaqlarında yaşayır", üstəlik azərbaycanlılar da daxil olmaqla tük kontingenti sayıla bilən türkdillilər Rusiya vətəndaşıdır, milyonlarcası da işləməyə gəlir.

İçi çoxluq olaraq türklərdən təşkil olunan "Rus dünyası" kimi, Türkiyə də əsas dünya sivilizasiyalarına aiddir. Yüz il əvvəl Osmanlı xilafətinə sahib olan Türkiyə qohum xalqlarla birgə dünyada təsirini artırır. SSRİ-nin dağılması da Türkiyəyə unikal şans verdi. Avrasiya İttifaqı ideyası ilkin olaraq Qazaxıstan prezidenti Nazarbayevdən gəldi və postsovet məkanının reinteqrasiyası Mərkəzi Asiya respublikalarının əksəriyyəti tərəfindən müsbət qarşılandı.

Doqrudur, rusları və türkləri çoxəsrlik münasibətlər birləşdirir. Bununla yanaşı, Rusiyanın Turana münasibəti necə olacaq? Böyük ehtimalla Rusiya öz maraqlarını qoruyacaq. Rusiyada yaşayan türklərin "Türkiyə mərkəzli Turan" platformasına meyllənməməsi üçün türk xalqlarının yalnız Rusiya vətəndaşları deyil, həm də rus xalqının bir hissəsi olduğunu qabardacaq və bu türk xalqlarının siyasi, iqtisadi, mədəni və dini həyatının "rus mərkəzli" xəttə inteqrasiyasına çalışacaq. Yəni "kiçik türk" vətənlərinin Rusiya ilə bağlantısının qopmamasının qayğısına qalacaq.

Rusiya bu platformaya isti yanaşmazsa, anqlosaks, yaxud hazırda ABŞ-ın Rusiyanı rəqbət müstəvisində Türkiyənin qarşısına sürməsi fürsətindən yararlanmaq istəyəcək. Bu halda da türk xalqlarının "milli kimliyini özünüdərk" məsələsi Türkiyə tərəfindən işlənsə, Rusiyaya fayda verməyəcək. Bu məsələnin işlənməsi öz sözünü deyəcək.

Amma Rusiya Türkiyənin güclənməsinə hikkə ilə deyil, ağılla yanaşsa, bu, Rusiya üçün birbaşa təhlükə deyil, hətta türk dünyasını gücləndirmək planları da Rusiyanın maraqları ilə uzlaşa bilər. Moskva buna iki şərtlə razılaşar: Rusiyanın öz sivilizasiya suverenliyinin, o cümlədən daxili milli respublikalardakı türk elitaları tərəfindən müdafiəsi və postsovet məkanının türk hissəsindəki maraqlarının təminatı ilə. Burada da əsas məsələ Rusiyanın bu gözləntisinin Türkiyəyə nə verə biləcəyidir. Nəzərə alaq ki, qarşıdan gələn transhumanizm dünyasında türklər və rusların adət-ənənə, vətənpərvərlik, ağıllı mühafizəkarlıq, əsl ailə dəyərləri baxımından ortaq tərəfləri var.

Rusiya hakim elitasının ab-havasından bəlli olur ki, onlar  Türkiyənin gələcəkdə Rusiya ilə birlikdə getməyə hazır olması gözləntisindədirlər və ölkələrinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində dəvət edilməsinə qarşı olmaya bilərlər. Hətta özləri prezident Avrasiya İttifaqına ərizə verməyə hazırlaşmağa qarşı deyillər. Amma əsas məsələ "kimin qarşıdakını öz içində əritməyə gücü yetəcəyidir".