Axtarış

The search found 105844 results in 0.154 seconds.

Search results

  1. ​Ərdoğan 100 gündə nələr edəcəyini açıqlayacaq

    Prezidenti Rəcəb Tayyib Ərdoğan 100 günlük fəaliyyət proqramını vətəndaşlara təqdim edəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Adminitrasiyasının sözçüsü İbrahim Kalın deyib.
    “2019-2023-cu illərin strateji planı ilin sonuna qədər hazırlanmış olacaq. Suriyadan gələn terror təhdidinə qarşı mübarizəmiz eynilə davam edəcək”, - deyə Kalın bildirib.
    Bundan əlavə, hökumət rəsmisi ABŞ-ın müəyyən mövzuları əsas gətirərək, təhdid dilindən istifadə etməsini qəbuedilməz adlandırıb.
     

    Muxalifet3 - 31-07-2018

  2. ​BNA-dan yeni tariflərlə bağlı açıqlama

    Tarif Şurasının iyulun 30-da təsdiqlədiyi yeni tariflər ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə artan xərclərin qarşılanmasına, avtobus parkının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə isə bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Muxalifet3 - 31-07-2018

  3. “Qarabağ Azərbaycanındır, işğal etmişik” - Erməni politoloqdan İrəvanın mərkəzində jurnalistlərə şillə kimi CAVAB

    “Erməni Milli Konqresi” partiyasının üzvü Zoya Tadevosyan İrəvanda keçirilən mətbuat konfransında Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyindən danışıb.
    Fikirləri ilə erməni ictimaiyyətində qalmaqala səbəb olan Tadevosyan “bu auditoriyada oturanların hamısı yaxşı anlayır ki, bu ərazilər işğal edilib” deyə bildirib.
    “Qarabağ müharibəsi zamanı ələ keçirilən bu əraziləri biz azad edilmiş ərazilər adlandırırıq, lakin bu ərazilərin tutulduğunu hamımız bilirik”, - deyə o bildirib.

    Muxalifet - 31-07-2018

  4. ​Afrikada 3 rusiyalı jurnalist öldürüldü - Müəmmalı olay

    Mərkəzi Afrika Respublikasında (MAR) 3 rusiyalı jurnalistin öldürüldüyü barədə məlumat yayılıb.
    Muxalifet.az “Assoşeyted Press”ə istinadən xəbər verir ki, Sibut şəhərində naməlum şəxslər tərəfindən öldürülən jurnalistlərin üzərində “İzvestiya” qəzetinin vəsiqələri olub.
    Rusiyanın MAR-dakı səfirliyi xəbəri təsdiqləyib, lakin öldürülən şəxslərin 2-də vəsiqələrin aşkarlandığını bildirib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 31-07-2018

  5. ​Hacıqabulda ağır qəza: Bir ailənin 3 üzvü öldü

    Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az-ın verdiyi xəbərə görə, Bakı-Qazax avtomobil yolunun, rayonun Qaraçı kəndi ərazisindən keçən hissəsində 90-MH-552 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili 20-CR-905 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobilinə arxadan çırpılıb.
    Qəza nəticəsində minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Qəza zamanı xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

    Muxalifet3 - 31-07-2018

  6. ​Prezident səhvini etiraf etdi: İqtisadi böhran...

    Venesuela Prezidenti Nikolas Maduro ölkədi iqtisadi böhrana görə məsuliyyət daşıdığını etiraf edib.
    Muxalifet.az xəbər verir ki, dövlət başçısı ölkənin bütün iqtisadi gücünün ortaya qoyulmasının vacib olduğunu bəyan edib.
    “Bu günə kimi sınadığımız istehsal modelləri uğursuz oldu və bu bizim, mənim məsuliyyətimdir”, - deyə Maduro bildirib.
    Qeyd edək ki, ölkədə kəskin inflasiya səbəbindən ciddi iqtisadi böhran yaşanır.
     

    Muxalifet3 - 31-07-2018

  7. Azərbaycan əsilli jurnalist Afrikada öldürüldü - Yeniləndi

    Rusiya mediasının məlumatına görə, öldürülənlər arasında Azərbaycan əsilli məşhur filosof Heydər Camalın oğlu Orxan Camal da var.
    O, digər iki jurnalistlə sənədli filmin çəkilişlərində iştirak edirmiş.
     

    Muxalifet3 - 31-07-2018

  8. ​Qarabağ bizim deyil, işğal etmişik - İrəvanda etiraf

    Erməni Milli Konqresi Partiyasının üzvü Zoya Tadevosyan İrəvanda keçirilən mətbuat konfransında Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyindən danışıb.
    Muxalifet.az xəbər verir ki, fikirləri ilə erməni ictimaiyyətində qalmaqala səbəb olan Tadevosyan “bu auditoriyada oturanların hamısı yaxşı anlayır ki, bu ərazilər işğal edilib” deyə bildirib.
    “Qarabağ müharibəsi zamanı ələ keçirilən bu əraziləri biz azad edilmiş ərazilər adlandırırıq, lakin bu ərazilərin tutulduğunu hamımız bilirik”, - deyə o bildirib.

    Muxalifet3 - 31-07-2018

  9. ​Sabah çox vacib oyuna çıxırıq - Qurbanov

    Avqustun 1-də çox vacib oyuna çıxacağıq. Baxmayaraq ki, səfər oyununda qolsuz bərabərlik olub. Mən həmişə demişəm ki, ev komandası üçün öz meydanında 0:0 hesabı pis nəticə deyil. Belə turnirlərdə hər vurulan və buraxılan qol nəticəyə təsir edəcək. Oyunda diqqətli və ehtiyatlı olmalıyıq. Qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hər şeyə diqqət yetirməliyik. Oyunun gedişatında hər epizoddan düzgün istifadə etməyə çalışacağıq.

    Muxalifet3 - 31-07-2018

  10. ​Qızıl-gümüş bazarında bahalaşma

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, iyulun 31-də qızılın qiyməti iyulun 30-u ilə müqayisədə 3,672 manat artaraq 1 troy unsiyası üçün 2078,0545 manat təşkil edib.
    Gümüş 0,117 manat bahalaşaraq 1 unsiya üçün 26,3296 manata bərabər olub.
    Platinin qiyməti 12,1075 manat artaraq 1411,8075, palladiumun qiyməti isə 4,5475 manat artaraq 1582,9125 manat təşkil edib.
     

    Muxalifet3 - 31-07-2018

  11. Şəkidə 500 hektar taxıl sahəsi yanıb

    Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, bu gün saat 11:40 radələrində Şəki rayonu Cumakənd kəndinin inzibati ərazisində və bir neçə qonşu kəndlərin bələdiyyələrinə məxsus biçilmiş taxıl sahələrində yanğın baş verib. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası,  şəxsi heyətləri və yerli sakinlər cəlb edilib. Yanğın axşam saat 18 radələrində tam söndürülüb.

    Muxalifet3 - 31-07-2018

  12. ​“Şah”dan superturnirdə nadir rast gəlinən QƏLƏBƏ

    Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov Biel Superturnirində dünya çempionu Maqnus Karlsenə qalib gəlib.
    Muxalifet.az xəbər verir ki, qrossmeyeterimiz son tur öncəsi ən yaxın rəqibini 2 xal qabaqlayaraq turnirdəki qalibiyyətini rəsmiləşdirib. 
    Bununla da o, 8 oyunda 5 qələbə qazanıb. Bu nəticə isə superturnirlərdə nadirən rast gəlinən hallardandır.
     

    Muxalifet3 - 31-07-2018

  13. ​Qardaş ölkədə elektrik enerjisi bahalaşdı

    Türkiyədə elektrik enerjisi tarifləri bahalaşıb.
    Muxalifet.az xəbər verir ki, bahalaşma fərdi evlər üçün 9, iaşə obyektləri üçün isə 14 faiz həcmində müəyyən edilib.
    Yeni qərar sabahdan etibarən qüvvəyə minəcək
     

    Muxalifet3 - 31-07-2018

  14. ​Hökumət onlara psixoloji təzyiq edir...

    Suriya ordusu İdlibdə çıxılmaz vəziyyətə düşən silahlı qruplaşmalara psixoloji təzyiq edir.
    Muxalifet.az xəbər verir ki, bu barədə sputnik məlumat yayıb. Sosial şəbəkələrdə bununla bağlı ciddi iş aparıldığı deyilib. Bildrilir ki, ağır itkilər verən döyüşlərçülər tez-tez qərargahları dəyişdirir.
    Bundan əlavə, Təhrir-əş-Şam təşkilatının rəhbərliyi sosial mediada basqı təşkil edənlərin tapılması üçün təlimat verib. Bu səbəbdən minlərlə vətəndaş hökumətlə əməkdaşlıq etdiyi iddiası ilə girov götürülüb.
     

    Muxalifet3 - 31-07-2018

  15. ​ “Bizə desəydilər, kasıb vaxtımızda dilənib Tarif Şurasına verərdik ki, qiymətləri qaldırmazdılar” – Hafiz Hacıyev

    Tarif Şurasının nəqliyyatda qiymətləri qaldırması cəmiyyətdə narazılıqla qarşılandı. İnsanların sosial durumlarının elə də yüksək olmadığı bir vaxtda metro və marşrut avtobuslarında gediş haqlarının qaldırılması təbii ki, arzuolunan deyil. 
     Bəs nəqliyyatda gediş haqlarının  birdən-birə 50 faiz artırılması nəyə xidmət edir?
     Moderator.az-ın sualını cavablandıran Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, belə bir həssas məqamda gediş haqlarının qaldırılması mənfi haldır:

    Muxalifet3 - 31-07-2018

  16. ​Putinin adamı açıqladı: Bu aylarda Tehranda...

    Astana formatı üzrə görüşlər sentyabr-oktyabr aylarında Tehranda keçiriləcək
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
    “Görüş İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə keçiriləcək. Dəqiq vaxt müəyyən edilməyib”, - deyə diplomat bildirib.
     

    Muxalifet3 - 31-07-2018

  17. ​Fransa və İspaniyadan nəhəng layihə: Sualtı elekrik xətti...

    İspaniya, Fransa və Portuqaliya Biskay körfəzində dənizin dibindən elektrik xəttinin çəkilməsinə dair razılaşma əldə ediblər. Pireney yarımadası ölkələri bu irimiqyaslı layihənin köməyi ilə energetika sisteminin təcridinə son qoymaq istəyirlər.

    Muxalifet3 - 31-07-2018

  18. ​“Qiymət artımından xəbərim yoxdur” - İqtisadçı-deputatdan biabırçı AÇIQLAMA

    Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq. Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq. Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
     

    Muxalifet3 - 31-07-2018

  19. ​Avropa isti qarşısında çarəsizdir

    İsveçdə qızmar istilər yeni-yeni problemlər yaradır.
    Muxalifet.az xəbər verir ki, 2018-ci ilin iyul ayı meteomüşahidələrin aparıldığı 260 ildən çox müddətdə İsveçdə ən isti iyul ayı olub. Bu ay bütün ölkə ərazisində orta temperatur normadan 2-3 dərəcə yüksək olub.

    Muxalifet3 - 31-07-2018

  20. Trampın “İran” təşəbbüsü havada qaldı

    İtaliyanın baş naziri Giuseppe Conte ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında İran prezidenti Həsən Ruhani ilə "ön şərtsiz" görüşəcəyini bildirən ABŞ prezidenti Donald Tramp, Tehran rəhbərliyi tərəfindən müsbət qarşılanmayıb. Belə ki, Tehran tərəfi, bu çağırışı ciddiyə almadığını qeyd edərək, ilk növbədə ABŞ-ın nüvə müqaviləsinə yenidən geri qayıtması lazım olduğunu bildirib.
     

    Muxalifet3 - 1-08-2018

Pages