Axtarış

The search found 105844 results in 0.08 seconds.

Search results

  1. Hücum hazırlığında olan PKK-lılara şok əməliyyat!

    Türkiyənin təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Güneyçam baza bölgəsidə insansız hava vasitəsi (İHA) ilə aparılan kəşfiyyat uçuşlarında, hücum hazırlığında olan PKK terrorçuları müəyyən edilib.
     
    Bölgəyə təşkil olunan hava hərəkatında 5 terrorçunun silahları ilə birgə zərərsizləşdirildiyi müəyyən olunub.
    Regionda təhlükəsizlik qüvvələri tərəfindən başlanılan əməliyyat davam edir.
    Müxalifət.az

    Muxalifet3 - 1-08-2018

  2. Kraliçanın tacını oğurladılar

    İsveç Dövlət televiziyasının xəbərinə görə, paytaxt Stokholma 120 kilometr məsafədə yerləşən Strangas şəhərinin mərkəzində yerləşən Srangas Kilsəsində olan muzeydən çox qiymətli kral tacı oğurlanıb.
     
    Soyğunçular oğurladıqları tac və əsalarla kilsənin dəniz tərəfindən sürət qayığı ilə qaçıblar. Dərhal hərəkətə keçən polis qurudan, havadan və dənizdən soyğunçuları axtarmağa başlayıb.

    Muxalifet3 - 1-08-2018

  3. ​İsrail ordusunda SOK istefalar: etnik azlıqlar ayrılır...

    İsrail ordusunda gərginlik yaşanır.
    Muxalifet.az xəbər verir ki, İsrail dövlətinə sədaqətlə xidmət edən və orduda azsaylı azlıqlardan olan druzilər hərbi xidmətdən boyun qaçırmağa başlayıblar. Hətta orduda daimi xidmət edənlər istefaya çıxır. Onlar İsrail parlamentinin bu yaxınlarda qəbul etdiyi "Yəhudi milli dövlət qanunu"na etirazlarını bildirmək üçün sözügedən addımı atıblar.
    Druzilərdən başqa, bədəvi və digər azlıqların da analoji addım atacağı istisna edilmir.

    Muxalifet - 1-08-2018

  4. Dəhşətli etiraf: “8 MİN NƏFƏRİ QƏTL ETMİŞİK”

    Astana prosesi çərçivəsində danışıqlar davam edərkən, Suriyadakı Əsəd rejimi zindanındakı 8032 müxalifətçinin qətlə yetirdiklərini etiraf edib.
     
    Türkiyə, Rusiya və İranın razılığı ilə əsirlərin mübadilə məsələsi gündəmə gələndə Əsəd rejimi Hasəkə, Hələb, Xüms, Dəraa, Tartus, İdlib, Lazkiyə, Deyrizor, Rakkada qeydiyyatda olan 80 32 nəfəri qeydiyyatdan çıxararaq "ölü" kimi göstərib. Siyahıda jurnalistlər, alimlər, hərbçilər və dövlət vəzifəliləri var.

    Muxalifet3 - 1-08-2018

  5. Əsəd rejimi Türkiyəni hədələdi

    Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri, Suriya hökumətinin İdlib, o cümlədən Türkiyənin "işğalındakı" bütün torpaqları geri almaq hüququna malik olduğunu iddia edib. Cəfəri, “Bu məsələdə heç bir güzəşt ola bilməz. “Gərginliyi azaltma” regionları ilə bağlı qərarın qüvvədə qalma dövrünün sərhədi var. Suriya hökuməti olmadan bu müddət uzadıla bilməz. Türkiyənin işğal etdiyi bütün torpaqları geri almaq Suriya xalqının qanuni haqqıdır" deyib. Müxalifət.az

    Muxalifet3 - 1-08-2018

  6. ​Lüks maşınlar məhv edildi - Fotolar

    Filippin dövlət başçısı Rodrigo Duterte narkobaronlara və rüşvətxorlara qarşı amansız mübarizəsini davam etdirir. Duterte əməliyyatlar zamanı ələ keçirilən təxminən 6 milyon dollar dəyəri olan 68 avtomobili məhv etdirib. Prezident mübarizənin davam etməsinə baxmayaraq, ölkədə rüşvətxorluğun olduğunu bldirib. O, bunun bir gecədə bitəcək şey olmadığını qeyd edib. (Teleqraf)

    Muxalifet - 1-08-2018

  7. İran İnqilab Qvardiyasına soyuq duş

    İran Məclisinin sədr müavini Əli Mütəhhəri, İnqilab Mühafizəçiləri Ordusu tərəfindən həyata keçirilən balistik raket sınaqlarının nüvə müqaviləsinin həyata keçirilməsinə mane olduğunu deyib.
     
    Məclisdə jurnalistlərə açıqlama verən Mütəhhəri, ölkədəki mövcud iqtisadi vəziyyətin səbəbkarının nüvə müqaviləsinə müxalif olan təbəqələr olduğunu qeyd edib.

    Muxalifet3 - 1-08-2018

  8. ​İrəvan ABŞ-ın əli ilə Kremlə kompromat savaşı açır – Paşinyan tarana gedir?

    Köçəryanı Amerikanın həbs etdirdiyi barədə sensasion iddia ortaya çıxıb; eks-prezident zindanda öldürülə bilər...
    Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsi işğalçı ölkədə 8 may hakimiyyət çevrilişindən sonra başlayan qalmaqalı həbslərin zirvəsi sayıla bilər. Bir çox gözləntilərin əksinə olaraq, Köçəryanın toxunulmazlığı qısa zamanda ləğv edildi və o, Nikol Paşinyanın baş nazirliyinin 80-cı günündə zindana salındı, 1 mart 2008-ci il hadisəsi ilə bağlı barəsində iki aylıq həb-qətimkan tədbiri seçildi.

    Muxalifet - 1-08-2018

  9. Türkiyənin müdafiə naziri “qisasa” and içdi

    Terror təşkilatı PKK, Hakkaridə yola partlayıcı yerləşdirməklə terror törədib. Partlayış nəticəsində Tütkiyə hərbçisinin həyat yoldaşı Nurcan Karakaya və 11 aylıq körpə şəhid olub. Məsələ ilə bağlı açıqlama verən Hulusi Akar, qanlarının yerdə qalmayacağını, qisas alınacağını söyləyib.
     
    “SÖZÜMÜ TUTMADAN ALLAH CANIMI ALMASIN”
     
    Yüksekovadakı bu terror aktı Türkiyəni yaralayarkən, müdafiə naziri Hulusi Akar da Twitter hesabından açıqlama verib.

    Muxalifet3 - 1-08-2018

  10. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

    III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Lent.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər bu gün saat 23:59-dək  http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

    Muxalifet - 1-08-2018

  11. Suriyalılardan “Türkiyəyə birləşmək” tələbi

    Suriyalılar əllərində Türk bayraqları küçələrə çıxıb. Əslində bu adətkar olduğumuz bir vəziyyətdir. Ancaq bu dəfəki mesaj daha fərqlidir. Çünki əvvəlki kimi "Türk əsgəri bizi qorusun" deməklə kifayətlənmirlər, "Türkiyənin himayəsinə girmək istəyirik" deyirlər.
     
    Taha Dağlı / Haber7
     
    Suriyada 3 kritik bölgə var. Lazkiye, İdlib və Xama.
    Bu üçbucağın müəyyən məqamları içərisində Türkməndağı da var, son dövrlərdə bir çox nümayişlərə səhnə olur.

    Muxalifet3 - 1-08-2018

  12. ​Göygöldə YANĞIN

    Göygöldə 25 ha taxıl sahəsi yanıb.
    Publika.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Göygöl rayonunun Əlimədədli kəndində 25 ha biçilmiş taxıl sahəsi yanıb.
    Digər əkin sahələri yanğından mühafizə olunub.
    Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 1-08-2018

  13. ​Zakir Həsənov düşmənlə ÜZ-ÜZƏ - FOTO/VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar.
    Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet - 1-08-2018

  14. ​Rus ordusu “İsgəndər”ləri döyüş vəziyyətinə gətirdi

    Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi Şimali Qafqazda hərbi təlimlərə start verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı dairənin Mətbuat Xidməti yayıb. Təlimə İsgəndər-M raketləri ilə təchiz edilmiş bölmələrin cəlb edildiyi vurğulanıb.
    Mətbuat xidməti təlimə 500 hərbçi və 40 texnikanın cəlb edildiyini açıqlayıb.

    Muxalifet - 1-08-2018

  15. Məşhurlarımızın çəkildiyi film təqdim olunacaq

    Azərbaycanlı məşhurların rol aldığı, Türkiyə istehsalı olan “Milyonluk kuş” filminin təqdimat günü bəlli olub.
    Musavat.com xəbər verir ki, “Artlemma” film şirkətinin istehsalı olan ekran işinin Türkiyədə təqdimat mərasimi avqustun 17-də baş tutacaq. Ekran işində baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev rol alıb.

    Muxalifet - 1-08-2018

  16. KREMLDƏN SƏRT MESAJ: "Ermənistanda baş verənlər yeni rəhbərliyin vədlərinə ziddir"

    Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib edilməyəcəyinə dair vədlərinə ziddir.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

    Muxalifet - 1-08-2018

  17. ​Gürcüstanda NATO təlimləri başlayır

    Bu gün Gürcüstanda NATO və alyansın tərəfdaşlarının çoxmillətli hərbi təlimləri – “Noble Partner 2018″ başlayır.
    “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, təlimlərdə 13 ölkədən (Gürcüstan, Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və Ermənistan) 3 minə yaxın hərbçi iştirak edəcək.
    Avqustun 15-dək davam edəcək təlimlərdə ümumilikdə, təqribən, 140 ədəd hərbi texnikadan istifadə olunması planlaşdırılır.

    Muxalifet - 1-08-2018

  18. ​Erməni deputat Ərdoğana səsləndi: “Girovlar üzərindən…”

    Rahib Kreyq Bransonun girov saxlanılması Türkiyəyə zərər verə bilər.
    Muxalifet.com xəbər verir ki, bunu Türkiyə parlamentinin (TBMM) erməniəsilli deputatı Karo Paylan deyib.
    O, bu barədə Tvitter hesabında yazıb:
    “Kreyq Branson Türkiyədə dövlət çevrilişinə cəhd edən qüvvələrə dəstək verməkdə ittiham edilib və həbs olunub. Buna görə də, Türkiyə ABŞ-ın sanksiyaları ilə üz-üzə qalıb. Ərdoğan girovlar üzərindən ticarətlə məşğul olmaqdan imtina etməlidir”.

    Muxalifet - 1-08-2018

  19. Azərbaycanlı jurnalisti kimlər və necə öldürdü? – Təfərrüatlar MƏLUM OLDU

    Dünən Azərbaycan əsilli məşhur ilahiyyatçı-filosof, yazıçı və politoloq, mərhum Heydər Camalın oğlu, müstəqil jurnalist Orxan Camal, operator Kiril Radçenko və rejissor Aleksandr Rastorquyev Cənubi Afrika Respublikasında qətlə yetirildilər. Onların bu ölkəyə Mixail Xodorovskinin “Araşdırmaların İdarə olunması Mərkəzi” tərəfindən göndərildiyi bildirilir.

    Muxalifet.az Publika.az istinadən xəbər verir ki, “The Associated Press” agentliyi hadisənin bəzi təfərrüatlarını öyrənə bilib.

    Muxalifet - 1-08-2018

  20. DEPUTATIN VƏ OĞLUNUN VARİDATININ ŞOK SİYAHISI YAYILDI – 10 milyonlarla manatlıq əmlak

    Fərman Məmmədov: “Evindəki məclisdə Elmira Axundova söylədi ki, oğlum tenderlərdə iştirak edir….”

    (I hissə yazının sonunda)

    İllərdir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür.Dünən mediada Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir…

    Muxalifet - 1-08-2018

Pages