Axtarış
The search found 105844 results in 0.147 seconds.
Search results
ABŞ daha iki ərəb dövlətini silahlandırır
ABŞ Dövlət Departamenti Küveytə aviasiya raketləri, Bəhreynə isə tank əleyhinə komplekslərin satışına izn verib.Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Nazirlik hər iki ölkəyə satılacaq hərbi sursatın dəyərinin 110 milyon dollar olduğunu bildirib. Küveytə Vaşinqtonun AGM-115 Hellfire raketlərinin, Bəhreynə isə TOW komplekslərinin verilməsi planlaşdırılıb. Hər iki ölkəyə silah satışını “Lokhid Martin” və “Raytheon” şirkətlərinin həyata keçirəcəyi bildirilib.Muxalifet - 1-08-2018
Yasamalda güzəştli mənzillərin satışı başlayır - QİYMƏTLƏR
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı 5 sentyabr 2018-ci il tarixində saat 11:00-da başlayacaq və 5 dekabr 2018-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Muxalifet - 1-08-2018
“Bu rayonlar zəbt edilib və Azərbaycan ərazisidir...”
Yerevanda “Erməni Milli Konqresi” partiyasını təmsil edən Zoya Tadevosyan iyulun 31-də keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar “zəbt olunub” və “Dağlıq Qarabağın ərazisi” deyil.
“Biz bu əraziləri “azad olunmuş” kimi xarakterizə edirik, lakin siz yaxşı bilirsiniz ki, o zəbt edilmiş ərazilərdir”-Tadevosyan bildirib.Muxalifet - 1-08-2018
Ağstafada faciə: ildırım vurub öldürdü
Ağstafa sakinini ildırım vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köçəsgər kənd sakini, 1964-cü il təvəllüdlü Yusubov Yusif Səfər oğlunu ildırım vurub və o, hadisə yerində ölüb.
Ağstafa rayon Prokurorluğundan APA–ya bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.Muxalifet - 1-08-2018
PREZİDENTLİYƏ KEÇMİŞ NAMİZƏDDƏN ŞOK AÇIQLAMA: “Qiymətlərin qaldırılması Azərbaycan xalqına qarşı genosid siyasətidir”
Sərdar Cəlaloğlu: “İndiki sosial vəziyyətdə cavanlar evlənə bilmir, ailələr dağılır, gənc ailələr uşaq dünyaya gətriməkdən imtina edir”
Nazim Bəydəmirli: ““Bakı Bus”un yaradılmasının özü “Antiinhisar haqqında” qanuna ziddir”
Muxalifet - 1-08-2018
Mərkəzi Bank faiz dərəcəsi ilə bağlı QƏRAR VERDİ
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 10% səviyəsində, faiz dəhlizinin yuxarı və aşağı həddi buna simmetrik diapazonda +/-2% səviyyəsində (yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılıb.
Muxalifet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.Muxalifet - 1-08-2018
AZƏRBAYCANDA XAOSA SÜRÜKLƏNƏN SOSİAL-İQTİSADİ DURUM – Təhlil
Ölkədə minimum güzəran həddi 650 manat olduğu halda, hökumət 130 manat elan edib
Muxalifet - 1-08-2018
Türkiyə ABŞ casusunu belə izləyir – Təfərrüat
Türkiyə ilə Amerika arasında qalmaqala səbəb olan casus keşiş Endryü Bransonla bağlı yeni xəbər ortaya çıxıb.
Teleqraf.com xatırladır ki, FETÖ/PYD və PKK ilə əlaqəsi olan, casusluq iddiası ilə barəsində 35 il həbs istənilən keşiş Branson haqqında həbs qətimkan qərarı onun sağlamlıq problemləri səbəbindən ev dustaqlığı ilə əvəz edilib.
Bundan sonra keşişin bədəninə elektron cihaz quraşdırılıb. Ankara polisi FETÖ ilə əlaqələri olan Bransonu bütün sutka boyu izləyir.Muxalifet - 1-08-2018
Sahibkarlığa Kömək Milli Fondu ləğv edildi – SƏBƏB
Azərbaycan prezidenti İlham Əliyev sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Muxalifet.az-ın məlumatına görə, fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis ediləcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis ediləcək.Muxalifet4 - 1-08-2018
Polisin arvadını öldürməsi ilə bağlı yeni xəbər - XALASI QIZI AÇIQLADI
Beyləqanda polisin həyat yoldaşını boğub öldürməsi hadisəsi ilə bağlı yeni məqamlar ortaya çıxıb. Qətlə yetirilən Səidə Ağayevanın xalası qızı Fəridə Qasımova Muxalifet.az-a bildrib ki, xalası qızı həyat yoldaşına xəyanət etməyib: "Xalam qızı ilə bağlı yazılanlar həqiqətə uyğun deyil. O, ailəsinə xəyanət etməyib. 11 ildir evli idilər və hər zaman əri Mübariz ona xəyanət edib. Qonşuluqdakı qadınla yaşayıb, hər gün Səidəni döyüb incidib. Uşaqlara görə ərindən boşana da bilmirdi. Onun nə telefonu olub, nə də çəkilən şəkilləri. Sadəcə şəkilləri montaj ediblər.
Muxalifet - 1-08-2018
Zidan "Mançester Yunayted"in diqqət mərkəzində
İspaniyanın "Real Madrid" futbol komandasının sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Muxalifet.az "The Sun"a istinadən verdiyi məlumata görə, fransalı mütəxəssisin xidmətlərində "Mançester Yunayted" klubu maraqlıdır. Bildirilir ki, "qırmızı şeytanlar" Joze Mourinyo ilə vidalaşacaqları təqdirdə, Zidana müraciət edəcəklər.
Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"də 2016 - 2018-ci illərdə çalışıb. 46 yaşlı baş məşqçinin rəhbərliyi altında "kral klubu" digər titullarla yanaşı, 3 dəfə Çempionlar Liqasını qazanıb.Muxalifet - 1-08-2018
Erməniləri susduran jurnalistin evi əlindən alınır - MƏHKƏMƏ QƏRAR VERDİ
Moskvada yaşayan, Azərbaycanla yanaşı qardaş Türkiyənin maraqlarını Rusiya kanallarında müdafiə edən jurnalist Fuad Abbasov ermənilərin ciddi təzyiqlərinə məruz qalmaqdadır.
Hazırda Fuad Abbasov yaşadığı mənzili itirmək təhlükəsi ilə üz-üzə qalıb. İşsiz qalan jurnalist götürdüyü ipoteka kreditini ödəyə bilmədiyi üçün Moskva məhkəməsi onun mənzilini boşaltması barədə qərar çıxarıb. Fuad Abbasovun anti-erməni çıxışlarının da əlehinə işlədiyi açıq-aşkar müşahidə edilir.
Muxalifet4 - 1-08-2018
ABŞ-ın təhdidinə Türkiyədən SƏRT CAVAB - "Noyabr ayının sonuna qədər..."
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın dünənki çıxışında ABŞ ilə Türkiyə arasında son günlərdə yaranmış gərgin vəziyyət barəsində danışıb: “Bildiyiniz kimi, son günlərdə ABŞ ilə aramızda bir gərginik mövcuddur. Burada davam edən ədliyyə prosesi ilə bağlı Amerikan rəsmiləri təhdid dolu açıqlamalar verirlər... Türkiyə əsla heç bir təhdidə görə geri çəkilməz. Təhdid ifadələrinin qəbul edilməsi mümkün deyil. Xüsusilə də ABŞ-ın Türkiyədə davam edən istintaq prosesini bəhanə edərək Türkiyəyə qarşı təhdidkar dillə danışması əsla qəbuledilməzdir.
Muxalifet4 - 1-08-2018
TÜRK NAZİR HƏDƏLƏDİ: “Dünyanı onlara dar edəcəyik”
Uşaq qatilləri bunun bədəlini çox ağır şəkildə ödəyəcəklər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.
“Dünyanı onlara dar edəcəyik. Yuvalarını başlarına yıxacağıq”, - nazir bildirib.
Qeyd edək ki, ötən gün Türkiyənin Hakkari vilayətində Nurcan Karakaya adlı vətəndaş maşını ilə keçərkən yola quraşdırılan bombanın partlaması nəticəsində özü və 11 aylıq övladı həlak olub. Hadisənin Karakayanın xidmətdə olan həyat yoldaşını ziyarətdən qayıdarkən baş verdiyi bildirilir.Muxalifet4 - 1-08-2018
KREMLİN MƏKRLİ NİYYƏTİ: Azərbaycan əleyhinə yazan saytı Rusiya maliyyələşdirir
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Ermənistanın məşhur saytlarından birini maliyyələşdirib.
Bu barədə məlumat Zorakn Fondunun hesabatında yer alıb. Fonda məxsus olan məşhur “Razm.info” saytına 2016-cı ildə baza tərəfindən 100.000 rubl verilib. Bu pul sayta bir sıra qonşu ölkələrin elektron KİV-lərində yayımlanan materiallar haqqında həftəlik məlumatlar almaq üçün verilib.
“Forrights.am” saytı isə rus bazası ilə əlaqələrin mənfi nəticələrə gətirib çıxaracağı iddiası ilə çıxış edib:Muxalifet4 - 1-08-2018
CƏLİLABADDA ƏMƏLİYYAT: Silah və narkotik alverçiləri həbs edildi
Cəlilabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Əliyevdən və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tələt Əliyevdən metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə Sadiq Əliyevin evindən narkotik vasitə olan heroin və marixuana da aşkar edilərək götürülüb.Muxalifet4 - 1-08-2018
Yol polisindən XƏBƏRDARLIQ – “Artıq sürücü və polis əməkdaşı arasında...”
İyulun 31-də 2013 və ondan əvvəlki illərin buraxılışı olan minik avtomobillərinin texniki baxışdan keçməsi müddəti bitib.
Muxalifet.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kamera vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək.Muxalifet4 - 1-08-2018
Azərbaycanda bu nazirin səlahiyyətləri artırıldı
Kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb.
Muxalifet.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişikliklərdə əksini tapıb.Muxalifet4 - 1-08-2018
“Biz bu cür təhdid dilinə icazə vermərik” - ƏRDOĞAN
“Heç kim Türkiyə ilə təhdid dilində danışa bilməz”.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ABŞ-ın sanksiya tətbiq edəcəyinə dair xəbərdarlığını şərh edərkən deyib.Muxalifet4 - 1-08-2018
“Mənə Albaniyada belə təzyiq olmamışdı” - BAŞ MƏŞQÇİ
“Kukesi”nin baş məşqçisi Armando Kunqu Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin qarşısına çıxan kapitanı Yuli Şameti ilə çıxan 45 yaşlı albaniyalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda düşüncələrini bölüşüb.
Muxalifet4 - 1-08-2018