Axtarış
The search found 105844 results in 0.141 seconds.
Search results
İSLAM ÖLKƏSİNDƏ ŞOK: Evli olmadan sevişən cütlük belə cəzalandırıldı - VİDEO
İndoneziyada evli olmadığı halda cinsi əlaqədə olan cütlük qəribə formada cəzalandırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin islam-əxlaq polisi olan, şəriət qaydaları ilə idarə olunan yeganə əyaləti Açexidə yaşanıb. Gənc kişi və qadını cəzalandırmaq üçün hər kəsin gözü qarşısında üzərlərinə kanalizasiya suyu töküblər.Muxalifet4 - 1-08-2018
“Üzən məzənnəyə keçə bilərik” – MƏRKƏZİ BANKIN RƏHBƏRİ
Bu gün Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, iclasdan sonra mətbuat konfransı keçirən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, uçot dərəcəsi 10% səviyəsində, faiz dəhlizinin yuxarı və aşağı həddi buna simmetrik diapazonda +/-2% səviyyəsində (yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılıb.
O bildirib ki, inflyasiya səviyyəsi hədəf dəhlizindən aşağı olub. Tədiyyə balansı müsbət profisitlə qeydə alınıb.Muxalifet4 - 1-08-2018
Bulvarda itkin düşdülər, axtarışlara helikopterlər qoşuldu
31.07.2018-ci il tarixində axşam saatlarında Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Dənizkənarı Milli Park yaxınlığında içərisində 2 nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb.
FHN-dən verilən xəbərə görə, məlumat alınan kimi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 ədəd gəmisi axtarışlara cəlb olunub, yaxınlıqda üzən gəmilərə məlumat verilib.Muxalifet4 - 1-08-2018
Bakıda avtobuslarda GEDİŞ HAQQI QİYMƏTİ - CƏDVƏL
Bakı Nəqliyyat Agentliyi (BNA) şəhərətrafı və qəsəbələrarası marşrutlarda yeni tarifləri açıqlayıb. Muxalifet.az xəbər verir ki, BNA-dan verilən məlumata görə, şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir. 125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.
Muxalifet4 - 1-08-2018
ŞOK: “HİCAB QADAĞASI” QÜVVƏYƏ MİNDİ – Etiraz edənlər 2680 AZN cərimələnəck
Danimarkada niqab və çadra satışının qadağan edilməsi ilə bağlı gedən müzakirələr haqqında yekun qərar qəbul edilib. Yeni qaydalara əsasən ictimai yerlərdə niqab və çadrada gəzmək qadağan edilib.
Muxalifet.az xəbər verir ki, Danimarka Parlamentində səsverməyə qoyulan məsələnin əleyhinə 30, lehinə isə 75 deputat səs verib.
Qanunu pozan şəxslər min kron (266 AZN) pul cəzasına məhkum ediləcək. Dörd dəfədən artıq qanunu pozan şəxslərə isə hər yeni qayda pozuntusunda 10 min kron (2680 AZN) cərimə kəsiləcək.Muxalifet4 - 1-08-2018
AZƏRBAYCANLI FƏAL AZADLIQDA - 29 günlük işgəncədən sonra
İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılmış Güney Azərbaycandan olan milli-mədəni fəal Cəfər Rüstəmirad Evin zindanından sərbəst buraxılıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, fəal Tehran həbsxanasında 29 gün qalıb.
“Milli təhlükəsizliyi pozmağa cəhd etmək”də ittiham edilən fəala qarşı irəli sürülmüş bu ittiham “hakimiyyət əleyhinə təbliğat aparmaq” olaraq dəyişdirilşib.Muxalifet4 - 1-08-2018
"Tariflər qaldırılırsa, mütləq əmək haqqları da artırılmalıdır” - DEPUTAT
“Əhalinin aztəmnatlı təbəqəsinin güzəranının ağırlaşdığı bir zamanda metro və avtobuslarda gediş haqqının artırılması, həmin nəqliyyat növlərindən daha çox istifadə edənlərin ailə büdcəsinə mənfi təsir göstərəcək”.
Muxalifet.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli metro və avtobuslarda gediş haqqının artırılması fonunda maaş artımı gözləntilərinə münasibət bildirərkən deyib.
Muxalifet4 - 1-08-2018
“Rusiya agenturası hər şeyi etdi” - SAAKAŞVİLİ
Gürcüstan hökuməti payızda keçiriləcək prezident seçkisinin nəticələrini saxtalaşdırmaq niyyətindədir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Rustavi 2” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, total saxtakarlığa hazırlıq indidən başlayıb:
“Onların koordinatorlar sistemi var. Bu koordinatorlar 10 nəfərə nəzarət edirlər. Koordinatorlara pul verilir ki, onlar 10 nəfəri seçkiyə gətirsinlər. Üstəlik, bu şəxslərlə bağlı siyahı tutulur və onların nə etdikləri yazılır”.Muxalifet4 - 1-08-2018
Alla Puqaçova Rusiyadan qaçdı – HƏYAT YOLDAŞI İLƏ BİRLİKDƏ
Məşhur rusiyalı müğənni Alla Puqaçova həyat yoldaşı Maksim Qalkinlə birgə Avropaya gedib.
Kult.az xəbər verir ki, bu barədə məlumatı “Dni.ru” saytı yayıb. Sayt cütlüyün Avropaya burada daimi yaşayış statusu almaq üçün getdiyini yazıb. Cütlüyün Avropaya gedən zaman özləri ilə övladlarını da götürdüyü vurğulanıb.
Saytın başqa bir iddiasına görə isə Puqaçova öz sərvətini ofşor zonalar və Avropa banklarında saxlayır:Muxalifet4 - 1-08-2018
Hava limanında həbs edilən vəzifəli şəxlərin İFADƏSİ
Vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilən Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi, baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Daha sonra onlar sərbəst ifadə veriblər.Muxalifet4 - 1-08-2018
ÖTƏN HƏFTƏ DAHA ÇOX HANSI MƏMURLAR HƏDƏFDƏ OLUB? – Həftə ərzində məmurlar haqda ən çox yazan saytların STATİSTİKASI
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 1-08-2018
Yaşlı dilənçinin aylıq qazancı dəhşətə gətirdi - VİDEO
Türkiyənin paytaxtı Ankarada bir dilənçinin etirafları şok effekti yaradıb.
Türkiyə mediası xəbər verir ki, Ankaranın Qızılay meydanında dilənçiliklə məşğul olan qadını bir vətəndaş söhbətə tutub. Və o, bunu gizlicə kameranın yaddaşına köçürüb. Dilənçi qadın günortaya qədər işlədiyini və ən azı 500 TL (təxminən 175 manat) qazandığını etiraf edib. Onun aylıq qazancı isə azı 15 min TL civarında olur.
Həmin görüntüləri təqdim edirik(publika.az):
Muxalifet4 - 1-08-2018
“Şəhidlərimizə olan sözümü tutmadan Allah canımı almasın” - Türk general 11 aylıq Mustafaya görə İNTİQAM ANDI İÇDİ
PKK terror təşkilatının Hakkaridə hərbi xidmət keçən zabitin 11 aylıq övladını və anasını qətlə yetirməsindən sonra Türkiyə Baş qərargah rəisi Hulisi Akar intiqam andı içib.
Muxalifet.az xəbər verir ki, Akar Tvitter hesabında belə yazıb: “O məsum körpənin, o ananın intiqamını almadan, şəhitlərimizə olan sözümü tutmadan Allah canımı almasın. Hinlərinə girəcəyik, hinlərinə! Həyatını itirən körpəmizə və anasına Allahdan rəhmət diləyirəm”.Muxalifet4 - 1-08-2018
ŞOK! Azərbaycanlı xanəndələr qəzada öldülər - FOTOLAR
2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşüblər.
Milli.Az-ın əldə etdiyi məlumata görə, hər iki gənc xanəndə dəhşətli qəza zamanı həlak olublar.
Muxalifet4 - 1-08-2018
Havay adalarında istirahət edən İCRA BAŞÇISI - ŞOK İDDİALAR
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 1-08-2018
TƏCAVÜZƏ QARŞI EDAM CƏZASINI QƏBUL ETDİLƏR
Hindistan parlamentinin aşağı palatasında təcavüz elədikdən sonra öldürənlərə və 12 yaşdan kiçik olan uşaqlara təcavüz edənlərə edam cəzası verilməsini nəzərdə tutan qanun layihəsi təsdiq edilib.
Muxalifet4 - 1-08-2018
RƏSMİ AÇIQLAMA: Gürcüstanda prezident seçkiləri bu tarixdə keçiriləcək
Gürcüstanda bu il prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Gürcüstanda bu il seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək. Bu müddət başa çatandan sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək./apa/Muxalifet4 - 1-08-2018
TARİF ŞURASININ QƏRARINA ETİRAZ: “Bu qərar növbəti qiymət artımları üçün əsas yaradacaq”
Xəbər verdiyimiz kimi, Tarif Şurası ictimai nəqliyyatda gediş haqqını artırıb. Şuranın qərarı ilə metro, şəhərdaxili və şəhərlərarası sərnişindaşımada gediş haqları 50 faiz qaldırılıb. Yeni qiymətlər bu gündən qüvvəyə minəcək. Tarif Şurasının qərarını dəyərləndirən iqtisadçı alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, qərar ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq və növbəti qiymət artımları üçün əsas yaradacaq: “Tarif Şurası çoxdan gözlənilən qərara imza atdı.
Muxalifet4 - 1-08-2018
Azərbaycanda bu şəxslər metrodan PULSUZ istifadə edir- SİYAHI
Əksər inkişaf etmiş ölkələrdə metrodan pulsuz istifadə edən vətəndaşlar var.
Məsələn, Moskvada 1, 2 və 3-cü dərəcəli əlillər, Böyük Vətən Müharibəsi veteranları, yetim uşaqlar və digərləri metrodan pulsuz istifadə edirlər.
Bəs Azərbaycanda kimlər metrodan pulsuz istifadə edə bilər?Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycanda da metrodan pulsuz istifadə edən sərnişinlər var:
Muxalifet4 - 1-08-2018
Ermənistanda rus əsgərlərini ölkədən qovmaq kampaniyası başladı
Sosial şəbəkələrin erməni seqmentində ötən gündən etibarən Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarmaq çağırışının yer aldığı Facebook səhifəsi sürətlə tirajlanır. Virtualaz.org Rusiyada mənzillənmiş “EADaily” portalına istinadla xəbər verir ki, çağırışda hərbi bazanın Ermənistanın maraqlarına cavab vermədiyi və ölkə ərazisindən çıxarılmalı olduğu göstərilir.
Muxalifet4 - 1-08-2018