Axtarış

The search found 105844 results in 0.186 seconds.

Search results

  1. ​“Utanmazlar neft çıxan ölkədə nəqliyyatda gediş haqqını artırırlar..." - Rəşid Mahmudov

    “Bunlar birbaşa prezidentə qarşı çıxanlardır”
    "Tarif Şurasındakılar utanmırlar, neft çıxan ölkədə nəqliyyatda gediş haqqını artırırlar..."
    Tarif Şurasının metro və marşrut avtobuslarında qiymətləri qaldırması artıq iki gündür ki, cəmiyyətdə şıdırğı müzkirələrə səbəb olub. Millət vəkilləri, ölkə ziyalıları və sadə vətəndaşlar qiymət artımını qınayıblar. 
    Məsələylə bağlı açıqlama verən Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov da qiymət artımını sərt qınayıb:

    Muxalifet3 - 1-08-2018

  2. ​Qonşu ölkədə prezident seçkiləri nə vaxt keçiriləcək? - Dəqiq tarix

    Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.
    Bununla da seçkilərə rəsmən start verilib.
    Məlumat üçün qeyd edək ki, bu il Gürcüstanda seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək və 6 ildən sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək.
     

    Muxalifet3 - 1-08-2018

  3. ​Jurnalistlərimizin öldürülməsinin onlarla əlaqəsi yoxdur - Zaxarova

    Mərkəzi Afrika Respublikasında rusiyalı jurnalistlərin öldürülməsi bu ölkədəki rus pedaqoqlar haqqında aparılan araşdırmalarla əlaqəsinin olması barədə yayılan məlumatlar absurddur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
    "CAR-dakı xüsusi hərbi şirkətlərlə bağlı aparılan istintaq işlərini eşidirəm və oxuyuram. Ancaq rusiyalı jurnalistlərin öldürülməsinin onlarla heç bir əlaqəsi yoxdur", - Zaxarova söyləyib.
    Qeyd edək ki, CAR-da 2 rus jurnalist öldürülüb.
     

    Muxalifet3 - 1-08-2018

  4. ​Lavrovla Pompeo görüşməyəcək - Səbəb

    Rusiya XİN rəhbəri Sergey Lavrovla ABŞ Dövlət katibi Mayk Pomeo arasındakı görüş Sinqapurda baş tutmaya bilər.
    Rusiya nümayəndə heyətindən verilən məlumatda görüşün nazirlərin proqramlarının uyğun gəlməməsi səbəbindən Sinqapurda baş tutmayacağı bildirilib.
    Görüş üçün fərqli variantların nəzərdən keçirildiyi bildirilib.
     

    Muxalifet3 - 1-08-2018

  5. ​"Qarabağ" hansı heyətlə oynayacaq?

    Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin saat 21:00-da başlayacaq cavab matçında qarşılaşacaq “Qarabağ” – “Kukesi” görüşü üçün start heyətlər açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnosent Emeqara, Miçel, Dani Kintana, Rəşad Sadıqov, Abdella Zubir, Bədavi Hüseynov, Donald Gerye yer alıblar.

    Muxalifet3 - 1-08-2018

  6. ​Ərdoğan dəfndə son nöqtəni qoydu: Edamı təsdiqləyəcəm

    Edam qərarı parlamentdən keçən kimi, təsdiqləyəcəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda bu gün PKK-nın xain hücumu nəticəsində şəhid olan türkiyəli hərbçinin yoldaşı və uşağının dəfn mərasimində bildirib.
    "Separatçı terror təşkilatının nələrə qadir olduğunu elə bu uşaq və qadının şəhid edilməsi ilə gördük. Biz bunların yuvalarına girdik, girməyə davam edirik. Onlar qaçır, biz qaçırıq. Terrorla mübarizəmiz son terrorçu qalana qədər davam edəcək", - Ərdoğan deyib.
     

    Muxalifet3 - 1-08-2018

  7. ​BTC vasitəsilə nə qədər xam neft ixrac edilib?

    Cari ilin ilk 6 ayında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 17 milyon tondan çox (125 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 158 tankerə yüklənib.
    “BP Azerbaijan” şirkətindən  verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2018-ci ilin birinci yarısının sonunadək BTC ilə ümumilikdə 399 milyon tondan çox (təxminən 2,99 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 3 min 916 tankerə yüklənərək dünya bazarına göndərilib.

    Muxalifet3 - 1-08-2018

  8. ​Efirdə şok sözlər: “Açıq-saçıq geyinənlər başı bağlılardan min dəfə namusludur” - VİDEO

    Space TV-də yayımlanan "El bizim, sirr bizim” verilişində şair Nəzmiyyə Hicran birmənalı qarşılanmayacaq sözlərə yol verib.
    Muxalifet.az xəbər verir ki, proqrama dəvət alan qonaq açıq-saçıq geyimi əxlaqla əlaqələndirmədiyini söyləyib.
    O, belə görkəmdə olan qadınların başı bağlı xanımlardan üstün tutub.
    "O qədər açıq-saçıq geyinənlər var ki, min dəfə başını-gözünü bağlayanlardan ağıllı, əxlaqlı, namuslu və səviyyəlidir. Mən başını bağlayan qadınlardan qorxuram. Özümdən asılı deyil, xoşlamıram belə geyinən insanları” – şair bildirib.

    Muxalifet3 - 1-08-2018

  9. ​Bu ölkə Suriya ilə gömrük məntəqəsini yenidən açır

    2011-cildən yaşanan böhran səbəbi ilə bağlanan İordaniya-Suriya sərhədindəki Nəsib Sərhəd Qapısı yenidən fəaliyyətə başlamağa hazırdır.
    Muxalifet.az xəbər verir ki, bunu Suriya Nəqliyyat naziri Əli Hamud bildirib.
    Bu barədə danışan Hamud gömrük məntəqəsinin hazır olduğunu bildirsə də, hələlik hökumətlər arasında bu istiqamətdə iş getdiyini qeyd edib.
    Qeyd edək ki, böhran öncəsi sözügedən gömrük məntəqəsindən milyardlarla dollar dəyərində ticarət aparılırdı. Sərhəd qapısının bağlanması Suriya və qonşu ölkə iqtisadiyyatına ciddi zərbə vurub.
     

    Muxalifet3 - 1-08-2018

  10. ​ABŞ mümkün sanksiyalar üçün türkiyəli məmurların siyahısını hazırlayır

    Birləşmiş Ştatlar sanksiyalar tətbiq edilə biləcək türkiyəli hüquqi və fiziki şəxslərin siyahısını hazırlayır.
    Muxalifet.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu siyahılar Türkiyə hökuməti tərəfindən ABŞ vətəndaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi səbəbi ilə Donald Tramp administrasiyasının belə bir addıma ehtiyac duyacağı təqdirdə lazım olacaq. 
    Türkiyəyə qarşı hazırlanan sanksiyalar məhdudiyyət xarakteri daşıyacaq. Oxşar tədbirlər Rusiya təşkilatları, şirkətləri və iş adamlarına qarşı tətbiq olunub.
     

    Muxalifet3 - 1-08-2018

  11. ​Dağlıq Qarabağda hərbi qiyama çağırış edildi

    Ermənistan müdafiə nazirinin keçmiş müavini, Qarabağ separatçılarının liderinin müşaviri Artur Aqabekyan Erməni Milli Hərəkatının nümayəndəsi Zoya Tadevosyanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların Azərbaycana qaytarılmalı olduğu barədə bəyanatına cavab olaraq əsgərləri küçələrə çıxmağa çağırıb.

    Muxalifet3 - 1-08-2018

  12. ​Bu, bir soyqırımdır, bu... - Baxçalı

    Satqınlara güzəştə yox, körpə qatillərinə tolerantlıq yox.
    Muxalifet.az  xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Tvitter hesabında bildirib.
    "Bu, bir soyqırımdır. Bu, bir insanlıq cinayətidir", - Baxçalı sosial şəbəkə hesabında yazıb.
    Qeyd edək ki, bu gün PKK hücumu nəticəsində türkiyəli hərbçi həyat yoldaşı və 11 aylıq körpəsini itirib.
     

    Muxalifet3 - 1-08-2018

  13. ​Qəbələdə konsert davam edir: tanınmışlar bir səhnədə - Foto

    X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında yerli və xarici ölkələrdən dəvət olunmuş tanınmış musiqiçilərin iştirakı ilə növbəti konsert proqramı təqdim edilib.
    Muxalifet.az xəbər verir ki, konsertdə S.Raxmaninovun “Fortepiano və violonçel üçün sonata”, E.Qranadosun “Qoyeskas” operasından intermezzo, R.Şumanın “Adajio” və “Alleqro”, İ.Bramsın “Fortepiano və viola üçün Sonata” əsərləri səsləndirilib.

    Muxalifet3 - 1-08-2018

  14. ​Türkiyənin S-400 alması bizim üçün fəlakət olacaq - ABŞ

    Türkiyənin Rusiyadan S-400 havadan müdafiə raket sistemlərini almasını fəlakət olaraq görürük.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın dövlət katibinin köməkçisi kimi görmək istədiyi Klark Kooper bildirib.
    "S-400-lərin qəbulu bizim üçün fəlakət olacaq. Ancaq bu o demək deyil ki, biz Ankaranın ABŞ vətəndaşlarını nəzarət altına almasına göz yumacağıq. Bu, ikitərəfli münasibətləri davam etdirməyimizi çətinləşdirir", - Kooper söyləyib.
     

    Muxalifet3 - 1-08-2018

  15. ​ABŞ Türkiyəyə qarşı sanksiya hazırlığına başlayır

    ABŞ Türkiyənin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaya hazırlaşır.
    Muxalifet.az xəbər verir ki, sanksiyaya səbəb kimi ABŞ vətəndaşları və bu ölkənin diplomatik missiyasının əməkdaşlarına qarşı cinayət təqibi göstərilib.
    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha öncə Türkiyəyə sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
     

    Muxalifet3 - 1-08-2018

  16. ​Gömrükdə sıxlıq yaranması ilə bağlı rəsmi AÇIQLAMA

    Dövlət Gömrük Komitəsi avqustun 1-də bir sıra kütləvi informasiya vasitələrində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə yayılan məlumatlara münasibət bildirib.

    Muxalifet3 - 1-08-2018

  17. ​İŞİD pusqu qurdu: 1 general, 2 zabit və 10 əsgər öldü

    İŞİD Suriyanın paytaxtı Dəməşqdə yerləşən Dumeyr hərbi bazasının yaxınlığında rejim əsgərlərinə pusqu qurub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Suriyanın təhlükəsizlik qüvvələrindən bir mənbə məlumat verib.
    Qeyd edilir ki, pusqu nəticəsində Dumeyr regionunun təhlükəsizliyindən məsul olan general-mayor Nedim Əsəd və 2 zabitlə yanaşı, 10 əsgər həyatını itirib, 5 əsgər isə yaralanıb.
     

    Muxalifet3 - 1-08-2018

  18. ​Qurban Qurbanov "Qarabağ"ın qələbəsini şərh etdi

    Azarkeşlərə təşəkkür edirəm. Həqiqətən möhtəşəm idilər. Çox vacib qələbə qazandıq.
    Muxalifet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kukesi"yə (3-0) qalib gəldikləri oyun barədə danışarkən CBC Sport-a bildirib.
    Qurban Qurbanov ilk qola qədər futbolçularda həyəcan olduğunu, ancaq ilk qoldan sonra daha rahat oynamağa başladıqlarını vurğulayıb: "Necə hazırlaşmışdıqsa, maksimum şəkildə tapşırıqları yerinə yetirdilər".

    Muxalifet3 - 1-08-2018

  19. ​ABŞ-dan şok: Türk nazirlərə sanksiya tətbiq edildi - YENİLƏNDİ

    ABŞ Türkiyənin Ədliyyə və Daxili İşlər nazirlərinə sanksiya tətbiq edib.
    Muxalifet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Sara Sanders məlumat verib.
    Sanksiyalara səbəb kimi amerikalı rahib Endryu Bransonun həbsi göstərilib.
    Belə ki, sözügedən nazirlərin ABŞ-la əlaqələri məhdudlaşdırılır. Onların bir sıra ölkələrə, o cümlədən ABŞ-a girişi qadağan edilir. Həmçinin nazirlərin ABŞ-da hər hansı mülkləri varsa, onlar da hökumət tərəfindən müsadirə edilir.
     

    Muxalifet3 - 1-08-2018

  20. ​Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma

    Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, avqustun 1-də qızılın qiyməti iyulun 31-i ilə müqayisədə 2,3035 manat azalaraq 1 troy unsiyası üçün 2075,751 manat təşkil edib.
    Gümüş 0,0308 manat ucuzlaşaraq 1 unsiya üçün 26,2988 manata bərabər olub.
    Platinin qiyməti 9,367 manat artaraq 1421,1745, palladiumun qiyməti isə 3,2895 manat artaraq 1586,202 manat təşkil edib.
     

    Muxalifet3 - 1-08-2018

Pages