Axtarış

The search found 105844 results in 0.222 seconds.

Search results

  1. ​Cocuq Mərcanlıda vəziyyət necədir?

    Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə artıq 50-dən çox ailə köçürülüb.
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.
    K.Həsənov bildirib ki, köçürülmə mərhələlərlə həyata keçirilir və köç üçün ailələr nəqliyyat vasitəsilə də təmin olunub:
    "Köçmə prosesi davam edir və mərhələli şəkildə ailələr bütün evlərə köçürüləcək".

    Muxalifet3 - 1-08-2018

  2. Türkiyəyə qarşı sanksiyanı ABŞ Senatı təsdiq etdi

    ABŞ Senatı, daha öncə komissiyadan keçən, Rusiyadan S-400 raket müdafiə sistemləri alan Türkiyəyə qarşı, F-35 döyüş təyyarələrinin satışına sanksiya tətbiqinə dair qərarı Senatın baş məclisində 87 lehinə, 10 əleyhinə olmaqla, təsdiq edib.
     
    TƏSDİQ ÜÇÜN TRAMPA GÖNDƏRİLƏCƏK
     
    Senatın da qəbul etməsindən sonra, Türkiyəyə F-35 sanksiyalarını da nəzərdə tutan qərarın qüvvəyə minməsi üçün ABŞ prezidenti Donald Trampın təsdiqinə göndəriləcək. Tramp imzaladığı vəziyyətdə, Türkiyəyə F-35 döyüş təyyarələrinin sanksiyası rəsmiləşəcək.

    Muxalifet3 - 2-08-2018

  3. Türkiyənin Böyük Millət Məclisi ABŞ sanksiyasına etiraz etdi

    Türkiyənin Böyük Millət Məclisindəki 4 siyasi partiya qrupu, ABŞ Xəzinə Nazirliyinin sanksiya qərarını birgə bəyanat verərək etiraz edib.
     
    Bəyanatda, ABŞ-a 15 iyul dövlət çevrilişinə cəhd, FETÖ, PKK/YPG terrorçuları ilə Türkiyə əleyhinə əməkdaşlıq və Suriyadakı proseslər xatırladılıb və bütün bunlar ortada ikən Türkiyədəki bir casusluq işinə dair mühakiməni bəhanə edərək Türkiyəni sıxışdırma və Amerika qərarları istiqamətində davranmağa məcbur məqsədi daşıdığına diqqət çəkilib.

    Muxalifet3 - 2-08-2018

  4. ABŞ-dan Türkiyə sanksiyası ilə bağlı yeni açıqlama!

    ABŞ-ın vitse-prezidenti Mayk Pens, sanksiya təhdidi ilə bağlı olaraq, “Sanksiyalar Brunson sərbəst qalana qədər davam edəcək” deyib.
     
    Sanksiya təhdidi ilə bağlı ilk açıqlamanı Ağ Ev sözçüsü Sarah Sanders etmişdi.
    Sanders, ABŞ-lı keşiş-casus Endryu Brunsonın 2016-daki həbs olunmasında rol oynadıqları və bu səbəblə də ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylu haqqında sanksiya qərarı aldıqlarını söyləmişdi.
     
    VİTSE PREZİDENT PENS DƏ DANIŞDI
     

    Muxalifet3 - 2-08-2018

  5. Qalmaqal qərar: İNGİLİS TERRORÇUYA BƏRAƏT VERİLDİ

    İngiltərə məhkəməsi terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə qoşulan keçmiş İngilis hərbçisi Ceyms Mettyuz haqqında bəraət qərarı verib.
     
    Qeyd edək ki, 43 yaşlı Mettyuz, İraq və Suriyaya gedərək "terrorizm təlimi almaqla" ittiham edilirdi. Mettyuz, noyabr ayında Old Bailey Məhkəməsində hakim qarşısına çıxacaqdı. Amma dosyenin prokuroru Tom Little dünən məhkəməyə "dəlil çatışmamazlığı" iddiası ilə Metyuzun məhkum olunmasının mümkün olmadığını deyib. Bundan sonra hakim Endryu Edis, Metyuzun günahsız olduğuna hökm edib.
     

    Muxalifet3 - 2-08-2018

  6. ​ABŞ Rusiyanı sıxışdırır - Cənubi Qafqaz uğrunda savaş

    NATO avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində təlimlər (Noble Partner 2018) keçirəcək. Məqsəd NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir. Təlimdə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək.
    Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib.

    Muxalifet - 2-08-2018

  7. Alman mətbuatından Ərdoğana qarşı çağırış

    Almaniya kansleri Angela Merkelin Türkiyə prezidenti Ərdoğanı ölkəsinə dəvət etməsi, Alman mətbuatında etirazla qarşılanıb. Alman qəzeti “Die Welt”, Ərdoğanın Almaniyada etirazlarla qarşılanması lazım olduğunu yazıb.
     
    Alman “Die Welt” qəzeti, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Almaniya səfəri ilə bağlı olaraq “Vətəndaş cəmiyyəti etiraz aksiyaları keçirməklə Ərdoğana avtokrat liderlərin demokratik bir ölkəyə gəlməsinin təhlükəli olduğunu göstərməlidir” deyə, çağırış edib.
    “Die Welt” yazıda sonra bunları qeyd edib:

    Muxalifet3 - 2-08-2018

  8. Rusiya və İran arasında KRİTİK GÖRÜŞ

    Rusiya və İranın xarici işlər nazirləri bu gün Sinqapurda görüşəcək.
    Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın nümayəndə heyətindəki mənbə bildirib.
    Görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN - Association of Southeast Asian Nations) ölkələrinin xarici işlər nazirlərinin konfransı çərçivəsində keçiriləcək. Tərəflərin İranın nüvə proqramı üzrə saziş ətrafında yaranan son vəziyyəti müzakirə edəcəyi bildirilir.

    Muxalifet - 2-08-2018

  9. ​Ağsu və Şamaxıda meşə yanğını oldu

    Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib.
    FHN-dən Muxalifet.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub.
    Yaxınlıqdakı yüksəkgərginlikli elektrik xətləri və tikililər yanğından mühafizə olunub.

    Muxalifet - 2-08-2018

  10. İŞİD lideri 250 döyüşçüsü ilə təslim oldu!

    Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Derzab rayonunda terror fəaliyyətləri həyata keçirən terror təşkilatı İŞİD-ın şimal lideri Mövləvi Habiburahmanın 250 döyüşçüsü ilə dövlətə təslim olduğu bildirildi.
     
    Bu məlumatı Derzab rayonunun başçısı Məhəmməd İsmayıl, Anadolu Agentliyinə verdiyi açıqlama ilə təsdiq edib və İŞİD-ın şimal lideri Mövləvi Habiburahmanın 250 təşkilat üzvü ilə rəsmilərə təslim olduğunu bildirib.
    Təslim olanlar arasında qadın terrorçuların də olduğunu bildirən İsmayıl, bu rəqəmin daha da artacağını ifadə edib.

    Muxalifet3 - 2-08-2018

  11. Silah çatdırılması dayandırılır - Kremldən Ermənistana ŞOK ZƏRBƏ

    Ölkənin keçmiş rəhbərlərinin Ermənistanın yeni hakimiyyəti tərəfindən təqib edilməsi Moskvanı qəzəbləndirib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda dövlət strukturlarında mənbələr “Kommersant” nəşrinə bildiriblər. Xüsusi halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəmə prosesinə cəlb edilməsi Kremli özündən çıxarıb. Mənbələrin sözlərinə görə, Rusiyada Ermənistanın indiki administrasiyasının hərəkətlərinin hərbi blokun imicinə zərbə hesab edirlər.

    Muxalifet - 2-08-2018

  12. ​Şəmkirdə dəhşətli intihar –57 yaşlı kişi özünü qatarın altına atdı

    Şəmkirdə 57 yaşlı kişi intihar edib. Hadisə səhər saatlarında rayonun Zəyəm kənd ərazisindən keçən dəmiryolu xəttində baş verib. Şəmkir rayon sakini, 1961-ci il təvəllüdlü Tahir Məsim oğlu Həsənov özünü qatarın altına ataraq intihar edib. Faktla bağlı araşdırma aparılır/Report.

    Muxalifet - 2-08-2018

  13. İran Fars körfəzində böyük təlimə hazırlaşır – 48 saat qaldı

    İran İslam İnqilabı Keşikçilər Korpusu genişmiqyaslı təlimə hazırlaşır.
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı CNN televiziyası yayıb. Televiziya təlimin yaxın 48 saat ərzində Fars körfəzi akvatoriyasında keçiriləcəyini bildirib. Təlimdə SEPAH-ın 100 gəmi və kateri, hərbi hava qüvvələri və sahil raket batareyalarının iştirakı nəzərdə tutulub. Rəsmi Tehran təlimə SEPAH-la bərabər ordunu da cəlb etməyi planlaşdırır.

    Muxalifet - 2-08-2018

  14. Türkiyə nə üçün ABŞ-ın hədəfindədir? - TƏHLİL

    Son zamanlarda ABŞ-dan Türkiyəyə qarşı yüksələn təhdid və şantajların arxasında yenə siyasi və iqtisadi planlar vardır. İqtisadi hücumlarını bir anda artıran ABŞ, Türkiyənin Çin-Hindistan-Rusya üçlüyü ilə birgə bazar yaratmasından və milli valyutalarla ticarət aparmaq cəhdlərindən narahatdır. Belə ki, əgər Türkiyə bunu bacararsa, dolların monopoliyası bitəcək və ABŞ iqtisadiyyatdakı dollar üstünlüyünü itirəcək.
     
    NİYƏ DƏ “BRICS” OLMASIN
     

    Muxalifet3 - 2-08-2018

  15. ​Zakir Həsənov cəhbə xəttində - FOTO/VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar.
    Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, çətin iqlim şəraitində və dağlıq ərazidə düşmənlə qarşıdurma xəttindəki bölmələrdə olarkən əməliyyat şəraiti barədə məruzəni dinləyən Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

    Muxalifet - 2-08-2018

  16. ABŞ Kiyevə 250 milyon ayırdı: Rusiya asılılığına son

    ABŞ Senatı Ukraynanın müdafiə qabiliyyətinin artırılması üçün Kiyevə 250 milyon dolların ayrılmasına izn verib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukraynanın ABŞ-dakı səfirliyi yayıb.
    Yeni yardımın Ukraynanın kiberhücumlardan müdafiəsinin gücləndirilməsinə, dövlət orqanlarının kompüter şəbəkələrində təhlükəsizliyin artırılmasına, Rusiya informasiya və kommunikasiya texnologiyalarından asılılığın azaldılmasına xərclənəcəyi vurğulanıb.

    Muxalifet - 2-08-2018

  17. Trampın qorxduğu başına gəlir... - XÜSUSİ PROKUROR ONU DA DİNDİRƏCƏK

    Ədliyyə nazirindən Rusiya araşdırmasını bir an əvvəl bitirməsini istəyən ABŞ prezidentinə xüsusi prokuror Müller konkret addımla cavab verib. Xüsusi prokuror Müller prezident Trampı üzbəüz dindirmək istədiyini açıqlayıb. ABŞ-ı silkələyən bu açıqlamanı “CNN International” son dəqiqə məlumatı olaraq yayımlayıb.
     
    Qeyd edək ki, ABŞ liderinin vəkilləri, daha əvvəl prezident Trampın istintaq suallarına yazılı cavab verəcəyini bəyan etmişdi. Vəkillər, həmçinin istintaqın yalnız seçki dövrünü əhatə etməsini istəyir.

    Muxalifet3 - 2-08-2018

  18. ABŞ səfirliyindən “DOLLAR” TƏHDİDİ

    Rusiya Araşdırmaları İnstitutunun rəhbəri professor Saleh Yılmaz, bu gün ziyarətlərinə gələn ABŞ səfirlik rəsmisinin "Dolların 7 TL olacağını proqnozlaşdırırıq" - dediyini bildirib. Sosial media hesabından görüşmə ilə bağlı mesajlar paylaşan Yılmaz, bu ifadələri qeyd edib:
     

    Muxalifet3 - 2-08-2018

  19. Türk nazirdən ABŞ sanksiyasına sərt cavab

    ABŞ-ın sanksiya qərarına Türkiyənin daxili işlər naziri Süleyman Soylu sərt cavab verib.
     
    ABŞ-da BİR MALIMIZ VAR, ONU DA ALACAĞIQ!
     
    Soylu, ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiya qərarına dair verdiyi açıqlamada "ABŞ-da bir malımız var, FETÖ. Onu da orada qoymayacağıq, alacağıq" deməklə, ABŞ-a meydan oxuyub.
    Müxalifət.az

    Muxalifet3 - 2-08-2018

  20. ​Bütün cütlüklər bəlli oldu - Çempionlar Liqasında

    Avropa qitəsinin ən prestijli futbol turniri olan Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.
    Muxalifet.az xəbər verir ki, pley-off uğrunda mübarizə aparacaq bütün cütlüklər bəlli olub.

    Çempionlar Yolu
    "Seltik" (Şotlandiya) - AEK (Afina, Yunanıstan)
    "Zaltsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya)
    "Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya)
    "Qarabağ" (Azərbaycan) - BATE (Borisov, Belarus)
    "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

    Muxalifet - 2-08-2018

Pages