Axtarış

The search found 105844 results in 0.077 seconds.

Search results

  1. Adnan Oktar sözləri ilə ŞOKA SALDI: "Pulum olmur, anamdan..."

    Türkiyədə din xadimi kimi tanınan və qeyri-qanuni təşkilat yartamaqda ittiham edilən Adnan Oktarın polisə verdiyi ifadə ortaya çıxıb.
    “Adnan hoca” ona qarşı qaldırılan iddiaları təkzib edib.
    Onun 164 səhifəlik ifadəsində “Hər hansı bir şirkətim yoxdur. Sadəcə yazarlıqla məşğulam. Aylıq 3000-3500 TL pul qazanıram. Mənə qarşı qaldırılan ittihamlar yalandır. Heç bir bank hesabım yoxdur. Anam yaşayır. Bəzən ondan xərclik alıram. Biz cinayət təşkilatı deyilik. Yaxşı niyyətli dost qrupu ilə yaşayırıq və mən Mehdi peyğəmbər deyiləm” sözləri diqqət çəkib.

    Muxalifet - 2-08-2018

  2. İsraildən böyük təhdid: İran bu boğazı bağlasa...

    İran Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını bağlamağa çalışsa, qarşısında çox güclü hərbi koalisiya görəcək.
    Muxalifet.az xəbər verir ki, bunu Hayfadakı hərbi bazalardan birində çıxışı zamanı İsrail Baş naziri Benyamin Netanyahu deyib. Onun sözlərinə görə, İrana qarşı yaradılacaq koalisiyanın tərkibində İsrail də olacaq.

    Muxalifet - 2-08-2018

  3. Fəhlənin sexdə yanıb ölməsinə görə 3 nəfər həbs edildi - Rəsmi

    Son dövrlər mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bəzi təsərrüfat idarəetmə orqanlarında insan ölümü ilə nəticələnən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi hallarına yol verilir. Bu qəbildən olan qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində prokurorluq orqanları tərəfindən kəsərli mübarizə tədbirləri həyata keçirilir.

    Muxalifet - 2-08-2018

  4. ​Moskvada kütləvi dava – Azərbaycanlılar xəsarət alıblar

    Moskvada restoranın ziyarətçiləri və işçiləri arasında kütləvi dava olub, nəticədə azərbaycanlılar xəsarət alıblar.
    “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər yaralanıb.
    Bunlar 35 yaşlı dağıstanlı, 30 və 33 yaşlı azərbaycanlılardır. Onlar xəstəxanaya yerləşdiriliblər.
    Kütləvi davada 10 nəfər iştirak edib. Qarşıdurmanın qarşısını hadisə yerinə gələn polisin sayəsində dayandırmaq mümkün olub. Davada iştirak edənləri bir-birindən aralamaq üçün polis əməkdaşı xidməti silahından havaya üç xəbərdarlıq atəşi açıb.

    Muxalifet - 2-08-2018

  5. Hadi Rəcəbli: "Küçə təmizləyən qadınlar 3 saat işləyib 300 manat maaş alır, bu, ən yaxşı iş yeridir" - VİDEO

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin küçə təmizliyi aparan qadınlarla bağlı bu fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb.

    Muxalifet.az demokrat.az-a istinadla xəbər verir ki, deputatın həmin çıxışının videosu sosial şəbəkələrdə paylaşılaraq tənqid olunur.

    Həmin çıxışında komitə sədri Hadi Rəcəbli deyib:

    Muxalifet4 - 2-08-2018

  6. "Avqustda da anomal istilər gözlənilir"

    Avqust ayında da kəskin isti günlərin olması proqnozlaşdırılır.
    Muxalifet.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

    Muxalifet - 2-08-2018

  7. “CHP”-ni gizli bir mərkəz idarə edir” iddiası

    “Star” qəzetinin köşə yazarı Ahmet Kekeç-dən qalmaqal bir ifşaedici yazı
     
    Xalq TV-nin direktoru Şaban Sevinc bu yaxınlarda bir ifşaedici məlumat verdi. Belə dedi: "Tuncay Özkan (CHP-nin önəmli şəxslərindən biridir) mənə CHP-nin gizli bir mərkəz tərəfindən idarə edildiyini və qərarların o gizli mərkəz tərəfindən Kılıçdaroğluna diktə edildiyini söylədi".
    CHP sədrinin müavini Tuncay Özkanın bu ifşaedici məlumata reaksiyası sərt oldu: "Şaban Sevincin etdiyi şərəfsizlikdir. Məhkəməyə verəcəyəm".
    Diqqətinizi bir xüsusa çəkmək istəyirəm.

    Muxalifet3 - 2-08-2018

  8. ​Rus hərbi bazasını çəkmək istəyən türk saxlanıldı – İddia

    Türkiyə vətəndaşı Ermənistan sərhədlərini keçərkən saxlanılıb. Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. İddia edilir ki, o, Rusiyanın hərbi bazasının (102-ci) yerləşdiyi Gümrü şəhərinə keçməyə cəhd edib. Saxlanılan şəxsin üzərindən axtarış zamanı mobil telefonundan Ermənistan – Türkiyə sərhədindəki mühəndislik qurğularının foto və video faylları aşkar edilib. Erməni mənbələr Türkiyə vətəndaşının Gümrüdəki rus hərbi bazası ətrafında müşahidə aparmaq niyyətində olduğunu da iddia edirlər.

    Muxalifet - 2-08-2018

  9. PROKURORLUQ MMC RƏHBƏRLƏRİNİ HƏBS ETDİ – Fəhlənin sexdə ölməsinə görə

    Son dövrlər mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bəzi təsərrüfat idarəetmə orqanlarında insan ölümü ilə nəticələnən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi hallarına yol verilir. Bu qəbildən olan qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində prokurorluq orqanları tərəfindən kəsərli mübarizə tədbirləri həyata keçirilir.

    Muxalifet4 - 2-08-2018

  10. ​Kənd Təsərrüfatı Nazirliyində YENİ TƏYİNATLAR

    Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis müavinləri təyin edilib.
    “Report” xəbər verir ki, bunlar Namiq Məmmədov və Əmir Əmirlidir.
    Adları çəkilən şəxslər yeni vəzifələrində hazırda Dövlət Statistika Komitəsinin aparat rəhbərinin müavini olan Zaur Əliyevi və pensiya yaşına çatmış, lakin Dövlət Xidmətində məsləhətçi kimi işinə davam edən Abbas Qaracayevi əvəz ediblər.

    Muxalifet - 2-08-2018

  11. BU MARKETLƏR ŞƏBƏKƏSİ DƏ ELMİRA AXUNDOVAYA MƏXSUSMUŞ – Səs yazısı

    Düz 5 il əvvəl – 2013-cü il iyulun 31-də Həbib Axundov anasının Şüvəlandakı bağ evində hamıya elan edib ki, siz pulları biznesə yox, piramidaya qoymuşdunuz.Bununla da 5 ildir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Elmira Axundovanın, Həbib Axundovun adı bu qalmaqalın mərkəzi fiqurlarına çevrilib. Ötən müddətdə üzə çıxan səs yazıları, stenoqramlar, sənəd və sübutlar da ortada böyük bir dələduzluq işinin olmasına dəlalət edir.

    Muxalifet4 - 2-08-2018

  12. ​Bakı polisindən əməliyyat: 3 həbs

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
    Muxalifet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə cari il iyul ayının 31-də saat 23 radələrində Xətai rayonunun M.Hadi və Vunq Tau küçələrində Bakı şəhər sakinləri R.Fərzəliyevin “Toyota”, Ş.Nəsibovun və M.İsgəndərovun “Mercedes”, Y.Hüseynovun “Nissan” markalı avtomobillərindən yan güzgülərinin şüşələrinin oğurlandığı barədə müraciətlər daxil olub.

    Muxalifet - 2-08-2018

  13. Putin Paşinyanı belə cəzalandırır... - MOSKVA ERMƏNİSTANA "İSGƏNDƏR"LƏRİN TƏCHİZATINI DAYANDIRIR

    Ermənistanın indiki hakimiyyətinin son hərəkətləri Moskva ilə Yerevanın münasibətlərində ciddi qarşıdurmaya səbəb olub.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Kommersant”ın 2 avqust tarixli sayında dərc edilmiş baş məqalədə deyilir.

    Muxalifet4 - 2-08-2018

  14. ​KƏMALƏDDİN HEYDƏROVUN MEDİA ŞƏBƏKƏSİ ÇÖKDÜRÜLDÜ – “APA Holding”ə daxil olan saytlar bağlandı

    Dünən Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ və Böyük Vətən müharibəsi veteranlarına, həmçinin Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin açarlarının təqdim edilməsi mərasimindən reportajda APA agentliyi prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münasibətləri haqqında sözlərini təhrif edib. Dövlət başçısı “Ermənistanı çökdürəcəyik” ifadəsini işlətməyib. Bu barədə virtualaz.org-a Prezident Administrasiyasından məlumat verilib. Bəzi saytlarda da APA agentliyinin məlumatı olduğu kimi dərc edilib.

    Muxalifet4 - 2-08-2018

  15. İranda xalq ayaqlandı: Rədd olsun axundlar! – Video

    Milli valyutanın (rial) dollar qarşısında öz dəyərini itirməsi ilə iqtisadi durumun ağırlaşması, kəskin qiymət artımı İranda vəziyyəti gərginləşdirib.
    Muxalifet.az xəbər verir ki, yaranmış iqtisadi böhran kütləvi etirazların yaranmasına səbəb olub.

    Muxalifet - 2-08-2018

  16. Əhmədinecatdan Trampa gözlənilməz təklif

    İranın keçmiş prezidenti Mahmud Əhmədinecat, Twitter hesabından apardığı bölgüdə, "Cənab Tramp, İran hökumət rəsmilərinin yaxınlarından “Yaşıl Kart” sahibi olanların adları və ABŞ-dakı bank hesablarının siyahısını açıqlayın" deyə, qeyd edib.
     
    Qeyd edək ki, Əhmedinecat daha əvvəl də Ayətullah Sadıq Laricaninin rəhbərlik etdiyi Məhkəmə Hakimiyyəti rəsmilərinin korrupsiyaya qurşandıqları ilə ittiham etmiş və bundan sonra İran mediasında hökumət rəsmilərinə yaxın bəzi adamların ölkə xaricinə valyuta qaçırdığı iddiaları gündəmə gəlmişdi.

    Muxalifet3 - 2-08-2018

  17. ​DƏHŞƏT: Gənc xanəndə Novruz Hüseynovun meyiti kanaldan tapıldı

    Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun meyiti tapılıb.
    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

    Muxalifet4 - 2-08-2018

  18. Soyuqdəyməyə görə iynə vurdurdu: ŞOKA DÜŞDÜ

    Tovuz rayonunda yerli sakin soyuqdəyməyə görə vurulan iynədən sonra şoka düşüb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, Qovlar şəhər sakini, 45 yaşlı Asif Babakişi oğlu özünə soyuqdəymə üçün iynə vurdurub. Bu zaman anidən vəziyyəti ağırlaşaraq şoka düşüb. Şəxs xəstəxanaya aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
    Yaxınlarının bildirdiyinə görə, iynə ilə vurdurduğu dərmandan əvvəllər də istifadə edib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 2-08-2018

  19. ​Gürcüstanda hərbçilər arasında toqquşma olub, 4 hərbçi yaralanıb

    Gürcüstanın Kocori hərbi hisssində hərbçilər arasında baş vermiş qarşıdurma nəticəsində 4 nəfər yaralanıb.
    “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Hərbi polisin istintaq idarəsi rəisinin müavini polkovnik İrakli Bazeraşvili bildirib.
    Onun sözlərinə görə, hərbçilər arasında mübahisə sonradan davaya çevrilib: “Yaralılar hospitala yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur. Hadisə araşdırılır. Məhkəmə-tibbi ekspertiza təyin edilib”.

    Muxalifet - 2-08-2018

  20. ​Qadın satıcıya əxlaqsız təklif: Qan töküldü - ŞOK təfərrüat

    Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, avqustun 1-də, səhər saat 7 radələrində Bərdə rayon ərazisində 1967-ci il təvəllüdlü Ülfət Həsənov bıçaqlanıb.
    O, kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
    Məlumatla əlaqədar Bərdə rayon polis şöbəsində dərhal əməliyyat qrupu yaradılıb.

    Muxalifet - 2-08-2018

Pages