Axtarış
The search found 105844 results in 0.155 seconds.
Search results
KTMT-nın baş katibinə Ermənistanı tərk etməyə icazə verilib
Ermənistan Xüsusi İstintaq Xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova fəaliyyətini davam etdirmək üçün Moskvaya getməsinə icazə verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib.
“Xaçaturov Ermənistan ərazisinin bir müddətə tərk edə bilər. Ona qarşı tədbir artıq mane deyil”, – o vurğulayıb.Muxalifet - 2-08-2018
ABŞ-ın Türkiyə qərarına Rusiyadan ilk təpki
Rusiya Federal Məclisinin alt qanadı Dumadan ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarına münasibət bildirilib. Duma Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa, ABŞ-ı tənqid edərək, "Öz maraqlarına uyğun gəlməyən hər bir ölkəyə sanksiya tətbiq edirlər" deyib.
Muxalifet3 - 2-08-2018
“Gəlməsən...” - İran polisi azərbaycanlı fəalla mafiya kimi danışdı
Güney Azərbaycandan olan milli-mədəni fəal Məhəmməd Hadi Abbaszadə Xoy şəhər Polis İdarəsinə çağırılıb.
Muxalifet.az xəbər verir ki, o, idarəyə vaxtında gəlməyəcəyi halda həbs ediləcəyi ilə hədələnib.
Fəala göndərilmiş çağırış vərəqəsində “Məhəmməd Hadi Abbaszadə təyin olunan vaxtda idarəyə müraciət etməsə, bunun qarşılığını çox ağır ödəyəcək”, qeydi yer alıb.Muxalifet - 2-08-2018
Ankara ABŞ-ın sanksiya qərarını cavabsız qoymayacaq – XİN
Ankara ABŞ-ın Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etmək qərarını cavabsız qoymayacaq.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Türkiyə hakimiyyəti ABŞ-ın bu qərarını “düşmənçilik addımı” kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib.
Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.Muxalifet - 2-08-2018
“İşgəncə izi yoxdur, ancaq…” –Zaxarova azərbaycanlı jurnalistin qətlindən danışdı
“Mərkəzi Afrika Respublikasında (MAR) yerli həkimlər rusiyalı jurnalistlərin cəsədlərində işgəncə əlamətləri aşkar etməyiblər, ancaq odlu silah yaraları tapılıb”.
Bunu Rusiya Xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
Zaxarova bu barədə Rusiyanın MAR-dakı səfirliyinin məlumatlandırıldığını bildirib.
Mariya Zaxarova qurbanların yaxınlarına lazımi yardımın ediləcəyini bildirib.
Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar cinayət işi açıb.Muxalifet - 2-08-2018
Ötən ay 12 nəfəri ilan sancıb
Son 1 ay ərzində Azərbaycanda qeydə alınan ilan və həşərat sancmalarının sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov musavat.com-a açıqlamasında bildirib ki, iyul ayında 12 nəfər gürzə, 4 nəfər əqrəb, 2 nəfər isə qara qurd sancması ilə Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinə yerləşdirilib.
A.Maqsudov qeyd edib ki, gürzə sancması hadisələri əsasən Azərbaycanın müxtəlif rayonlarında - İsmayıllı, Şirvan, Hacıqabul, Kürdəmirdə, Şəmkir, Bakının Qaradağ, Xəzər rayonlarında, Zirə və Güzdək kəndlərində qeydə alınıb.Muxalifet - 2-08-2018
“Qabiliyyət imtahanında hər abituriyentdən 3 min manat yığılır” – MƏLEYKƏ ABBASZADƏYƏ AÇIQ MƏKTUB
Gəncə şəhər sakini Arzu Qasım oğlu Məmmədov tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadəyə müraciət edən şikayətçi yazır:
“Hörmətli Məleykə xanım!Muxalifet4 - 2-08-2018
Rusiyada şok nəticə: aksiya istəyənlərin sayı...
İqtisadi problemlərə görə kütləvi etiraz aksiyalarında iştirak etməyə hazır olan rusiyalıların sayı əsrin əvvəlindən bu yana ən yüksək həddə çatıb.
Muxalifet.az xəbər verir ki, bu nəticə “Levada Mərkəz” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçılarının 28%-i ölkədə iqtisadi problemlərlə bağlı baş verəcək istənilən aksiyada iştiraka hazır olduğunu söyləyib. Bu göstərici yalnız 1998-ci ilin sentyabrında olan göstəricidən (33%) aşağıdır.Muxalifet - 2-08-2018
Nazirlik əməkdaşı ondan şikayət edən Göyçay sakininə HÜCUM EDİB – “Akif Kərimov mənə təzyiq etməyə başladı, qardaşları üstümə hücum etdilər”
Göyçay rayonu Müskürlü kənd sakini Həsrətov Fərman Hasil oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Müəllif yazır:
“Keçən dəfə mənim şikayət video çıxışımdan sonra Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov mənə təzyiq etməyə başladı, qardaşları üstümə hücum etdilər. Bu adam o qədər azğınlaşıb ki, qanunları belə saya salmır. Hətta Akif Kərimovun Müskürlü kəndində yaşayan qardaşları da özlərini kəndxuda kimi aparırlar.Muxalifet4 - 2-08-2018
Maştağada maskalı basqın: Ev sahibinə işgəncə verildi
Bakıda evə basqın etməkdə təqsirləndirilən Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Muxalifet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Növbəti proses avqustun 6-da davam edəcək.Muxalifet - 2-08-2018
Türkiyə klubu transfer qadağasına görə Azərbaycan millisinin futbolçusuna müraciət edib
Türkiyənin "Manisaspor" klubu UEFA-nın tətbiq etdiyi transfer qadağasının aradan qaldırılması üçün Azərbaycan millisinin futbolçusu Ufuk Budaka müraciət edib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, II liqasında çıxış edən komanda "Boluspor" klubuna transfer olan 28 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb. Budakın alacağı pullardan imtina etməsi halında, problem həllini tapa bilər.
Qeyd edək ki, "Manisaspor" klubu keçmiş futbolçularının məvacibini ödəyə bilmədiyi üçün transfer qadağası ilə üzləşib. Budak 2017-ci ildəMuxalifet - 2-08-2018
İran 100 döyüş gəmisi və təyyarələrlə HƏRƏKƏTƏ KEÇDİ: 48 saat içində... - DÜNYA ŞOKDA
İran qarşıdakı 48 saat içində Basra körfəzində böyük bir hərbi təlim keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.
CNN-nin məlumatına görə, hər il payız fəslində keçirilən təlimlər bu il ABŞ-la başlayan gərginliyə görə önə çəkilib. Təlimlərin əvvəlki illərlə müqayisədə bu dəfə daha geniş olacağı gözlənilir.
İranın keçirdiyi təlimlərin məqsədi isə strateji əhəmiyyətə malik olan körfəzin qısa zaman içində bağlaya biləcəyini nümayiş etdirməkdir.Muxalifet - 2-08-2018
BATE-nin baş məşqçisi: “Qarabağ” ciddi rəqibdir
Özümüzü aldatmamaq üçün Helsinkidə HİK-lə oyuna qədər uzağa boylanmırdıq. Ona görə də potensial rəqibləri detallı şəkildə öyrənməmişdik. Əminəm – “Qarabağ” ciddi rəqibdir.
Bunu Report-a “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki rəqibi Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa deyib.Muxalifet - 2-08-2018
RUS OLİQARXLARININ HAMISINA ŞÜBHƏ İLƏ YANAŞILMALIDIRMI? – Putinin dostlarını düşmənlərindən ayırmağın üsulları - TƏHLİL
Vladislav İnozemtsev
“Project Syndicate”Muxalifet - 2-08-2018
Koçaryan Qarabağı qarışdırdı - Ərazilərin qaytarılması planına görə AYAĞA QALXDILAR
Ermənistanda keçmiş prezident Robert Koçaryanın həbsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qarışıqlığa səbəb olub.
İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən yaradılan qondarma rejim Koçaryanın həbsinin daxili qarşıdurmaya səbəb olacağını hesab edir.
Qarabağda qondarma rejimin “parlamentinin” “deputatı” Vardqes Baqryan bildirib ki, “Koçaryan təkcə Ermənistanın ikinci prezidenti yox, həm də Qarabağın “birinci prezidenti” və “qəhrəmanıdır”.
Lakin İrəvanda qondarma rejimə qarşı çıxanlar var.Muxalifet - 2-08-2018
Albaniya ilə Kosovo arasındakı sərhəd ləğv ediləcək – TARİX AÇIQLANDI
Albaniya 2019-cu il yanvarın 1-dən Kosovo ilə arasındakı sərhədi ləğv edəcək. TASS xəbər verir ki, bunu Albaniyanın diaspor məsələləri üzrə nazir Pandeli Mayko alban diasporunun problemlərindən bəhs edərkən bildirib. “Bizə Albaniya ilə Kosovo arasında sərhədi açmaq lazımdır. Albaniyanın baş naziri Edi Rama bizə bu barədə qərar qəbul etdiyini deyib. Yanvarın 1-dən Albaniya ilə Kosovo arasında sərbəst hərəkət başlayacaq”, -deyə nazir vurğulayıb. Həmin tədbirdə iştirak edən Kosovo liderləri – Haşim Taçi və Ramuş Xaradinay Edi Ramanın qərarını şərh etməyblər.
Muxalifet - 2-08-2018
Azərbaycanlı "vor zakon" Qazaxıstanda tutuldu: Tapança, qumbara...
Gürcüstan və Azərbaycan ərazisində cinayətkar fəaliyyətlə məşğul olan, Azərbaycan vətəndaşı “vor zakon” Qazaxıstanda həbs edilib.
Muxalifet - 2-08-2018
Azərbaycan Rusiyaya ixracı artırmağı planlaşdırır
"Azərbaycan 2018-ci ilin sonunadək Rusiyaya ixracı artırmağı planlaşdırır".
Publika.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.
O bildirib ki, ixracın artırılmasında əsas pay meyvə və tərəvəz (xurma, fındıq, pomidor, kartof), reaktiv kerosin, pambıq, alüminium və digər məhsulların payına düşəcək.
R.Əliyev əlavə edib ki, Rusiyada yaxın zamanlarda Azərbaycanın yeni şərab evlərinin açılması planlaşdırılır:
"Şərab evlərinin Moskva, Sankt-Peterburq, Həştərxan və Yekaterinburqda açılması nəzərdə tutulur".Muxalifet - 2-08-2018
Rusiya İsrail-Suriya sərhədini nəzarətə götürür
Rusiya Qolan təpələrində hərbi polis postları quraşdırılacaq.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəhbəri Sergey Rudski deyib. Onun sözlərinə görə, Suriya-İsrail sərhədində beynəlxalq müşahidəçilərin işi 2012-ci ildə dayandırılıb və indi bu işin yenilənməsi üçün şərait yaranıb.
Qeyd edək ki, İsrail bundan öncə Suriya-İsrail sərhədindən İrana məxsus hərbi birləşmələrin çəkilməsini istəmişdi.Muxalifet - 2-08-2018
Keçmiş arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
Bakıda arvadını öldürməkdə təqsirləndirilən Rəşad İbrahimzadə cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Muxalifet.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə hakim Ənvər Seyidovun icraatına verilib.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 13-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il mayın 1-də Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında qətl törədilib.Muxalifet - 2-08-2018