Axtarış
The search found 105844 results in 0.097 seconds.
Search results
Avropa üzrə daşınmaz əmlak qiymətlərinin ən yüksək artımı Macarıstandadır
2018-ci ilin birinci rübündə Aİ ölkələrində mənzillərin qiyməti keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz və əvvəlki rüblə müqayisədə 0,7 faiz artıb. AVROSTAT-ın (Avropa İttifaqı Statistika İdarəsinin) məlumatına görə, Macarıstanda qiymət artımı bu göstəricilərdən xeyli yüksək olub.
Muxalifet - 2-08-2018
Plan ifşa olundu - QƏTƏRİ İŞĞAL ETMƏYƏ ÇALIŞIBLAR
Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin Qətərə qarşı işğal planı hazırladıqları iddia edilib.
Səudiyyə Ərəbistanı İlə BƏƏ-nin Qətə ilə diplomatik böhranının ilk günlərində Qətərə qarşı hərbi müdaxilə üçün addım atdıqları, lakin işğal planının ABŞ-ın keçmiş xarici işlər naziri Reks Tillerson tərəfindən dayandırıldığı iddia edilir. İddiaya görə hadisə, Tillersonun işdən çıxarılmasında da rol oynayıb.Muxalifet - 2-08-2018
“Keşiş Brunsonu öldürüb, Türkiyənin üzərinə atacaqlar” – KEÇMİŞ FTB CASUSU
Bir zaman Amerikanın daxili kəşfiyyatı kimi tanınan Federal Təhqiqatlar Bürosu (FTB) üçün işləyən Sibel Edmonds, xarici kəşfiyyat (MKİ) içində dərin bir şəbəkənin olduğunu və bu hadisəni ört-basdır etməyə çalışdığına diqqət çəkib:
Muxalifet3 - 2-08-2018
İsraildən Əsədə dəstək: Güclü hakimiyyət...
Suriyada iqtidarın güclənməsi sayəsində Qolan təpələrində sakitlik bərpa ediləcək.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə naziri Aviqdor Liberman deyib.
“Suriya vətəndaş müharibəsindən əvvəlki vəziyyətə dönür. Yəni artıq danışa biləcəyimiz, məsuliyyət daşıyan mərkəzi hakimiyyət var”, - o bildirib.Muxalifet - 2-08-2018
VƏTƏNDAŞ HƏYACAN TƏBİLİ ÇALIR: “22 hektar pampıq sahəmiz susuzluqdan yanır”
Zərdab rayonu Gödəkqobu kənd sakini Zeynalov Ramil İsmayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytıməz vasitəsilə Prezident İlham Əliyevə, Baş nazir cənab Novruz Məmmədova və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadəyə müraciət edən R.Zeynalov pambıq sahəsinin susuzluqdan yandığını deyir:
Muxalifet4 - 2-08-2018
Peşə məktəblərinə sənəd qəbulu başlayır
Avqustun 6-dan 2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbuluna start veriləcək.
Muxalifet.az bildirir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 26-dək "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada həyata keçiriləcək. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.Muxalifet - 2-08-2018
İntihar edən xanəndəni sonuncu dəfə çoban görüb - Yeni təfərrüat
Bərdə rayonunda meyiti aşkar edilən xanəndələrin ölümü ilə bağlı yeni təfərrüat məlum olub.
Muxalifet.az azvision.az-a istinadən verdiyi məlumata görə, iyulun 31-də Miryusif Mirizadə həmkarı Novruz Hüseynovun evində qonaq olub.
Muxalifet4 - 2-08-2018
Ağdamda 4 otaqlı ev yandı
Ağdamda yanğın olub.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, rayonun Alıbəyli kəndində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Muxalifet - 2-08-2018
Sabah Fədayə Laçın və daha 12 nəfərin məhkəməsi başlayır
Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası başlayacaq.
“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək hazırlıq prosesində əvvəlcə təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdiriləcək.Muxalifet - 2-08-2018
ABŞ-dan Rusiya ilə bağlı növbəti həmlə
ABŞ-da bir qrup respublikaçı və demokrat senatorlar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini özündə ehtiva edən qətnamə irəli sürüblər.
Muxalifet.az xəbər verir ki, qətnamədə rusiyalı siyasətçilərə qarşı yeni sanksiyaların tətbiqi, energetika sahəsində investisiyalar və uranium idxalı ilə bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulub.
Muxalifet3 - 2-08-2018
Tramp Kim Çendən yeni məktub aldı
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İndən yeni məktub alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Məktubun məzmunu ilə bağlı məlumat paylaşılmayıb.
Muxalifet3 - 2-08-2018
FHN növbəti təlimdə - Foto
Avqustun 2-də Qazaxıstan Respublikasının Mangistau vilayətində “TENİZ-2018” beynəlxalq kompleks təlimi başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər ki, təlim “Xəzər dənizi akvatoriyasında, o cümlədən Xəzəryanı ölkələrdə təbii və texnogen qəzaların nəticələrinin aradan qaldırılması zamanı Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və İranın xilasetmə qüvvələrinin fəaliyyətinin təşkili” mövzusuna həsr olunub.Muxalifet3 - 2-08-2018
“Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz...” – Hadi Rəcəbli HİDDƏTLƏNDİ - VİDEO
Sosial şəbəkələrdəki bəzi səhifələr Tarif Şurasının metro və avtobuslarda gediş haqqını avqustun 1-dən 50% qaldırması fonunda başlayan müzakirələrlə deputat Hadi Rəcəblini gündəmə gətirib. Bu səhifələrdə deputatın adından fikirlər yayılıb və Hadi Rəcəbliyə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazlar bildirilib. Tarif Şurasının qərarına Hadi Rəcəblinin adından yayılan münasibətdə bildirilib: "Bizim əmək haqqımızı müzakirə etməkdənsə, gedib işləsinlər. 30 qəpik böyük məbləğ deyil. Biz 50 qəpik düşünmüşdük. Yaşam və gəlir səviyyəsini hesabladıq.
Muxalifet3 - 2-08-2018
Ağsu dolaylarında yenidən yanğın başladı
Ağsu dolaylarında yenidən yanğın başlayıb.
Bu barədə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.
Onun sözlərinə görə, gecə yanğın baş vermiş meşəlik ərazidə yenidən alovlanma başlayıb:
"Gecə başlayan yanğın günorta saatlarında söndürülmüşdü. İndi yenidən başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".Muxalifet3 - 2-08-2018
Türkiyə ABŞ-a boyun əyməyəcək - Rus ekspert
Türkiyə basqılara boyun əyən ölkə deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Dmitri Savelyev deyib.
“ABŞ əlaqələrin hörmət təməlində yaradılmasını heç cür qəbul edə bilmir. Türkiyə bu kimi təzyiqləri zərərsizləşdirən, mənasızlaşdıran ölkələrdəndir. ABŞ yaxın zamanda bunu anlamalıdır”, - deyə ekspert bildirib.
Qeyd edək ki, dünən ABŞ adminitrasiyası 2 türkiyəli nazirə sanksiya tətbiq edib.
Muxalifet3 - 2-08-2018
Asiyada zəlzələ - 4,4 bal
Tayvanın Nantou bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Çinin Semysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 21:38-də qeydə alınıb.
Zəlzələ episentri 18 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.
Muxalifet3 - 2-08-2018
"Qarabağ"ın oyunu canlı yayımlanacaq
“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandasına qarşı keçirəcəyi hər iki oyun canlı yayımlanacaq.
Muxalifet.az xəbər verir ki, hər iki görüşü “CBC Sport” təqdim edəcək.
Qeyd edək ki, Bu kollektivlər arasında ilk matç avqustun 7-də Bakıda, cavab qarşılaşması isə ayın 14-də Borisovda olacaq.
Muxalifet3 - 2-08-2018
Əsgərin bu görüntüləri Türkiyəni ağlatdı – VİDEO
Türkiyədə hərbi xidmət çəkən əsgərlərdən birinin yayılan video görüntüsü görənləri təsirləndirib.
Videodan göründüyü kimi Türkiyə Silahlı Qüvvələrinin əsgəri hərbi xidmətə yararsız olduğu ortaya çıxanda hönkür-hönkür ağlayıb.Muxalifet3 - 2-08-2018
Kino ilə bağlı konseptual proqram hazırlandı
Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Muxalifet.az xəbər verir ki, mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda baş tutan film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələri, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarx nümayiş olunub.Muxalifet3 - 2-08-2018
Avropada istilik rekordu qırıla bilər
Pireney yarımadasında havanın temperaturu 50 dərəcəyə qalxa bilər.
Muxalifet.az xəbər verir ki, yarımadanın iki ölkəsi - İspaniya və Portuqaliyada Avropanın istilik rekordu qırıla bilər.
Bildirilir ki, temperatur göstərilən dərəcəyə qalxarsa, 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada qeydə alınmış 48 dərəcəlik rekord təzələnəcək.
Qeyd edək ki, Avropada yüksək temperatura səbəb kimi Afrikadan gələn isti hava kütlələri göstərilir.
Muxalifet3 - 2-08-2018