Axtarış
The search found 105844 results in 0.088 seconds.
Search results
Putin ən çox Ərdoğanla danışdı - Araşdırma
“Beynəlxalq Statista” portalı dünya liderlərinin telefon danışığını analiz edib.
Muxalifet.az xəbər verir ki, aparılan araşdırmaya görə, ABŞ Prezidenti Donald Tramp ən çox fransalı həmkarı Emmanuel Makronla telefon söhbəti aparıb.
Belə ki, 19 aylıq dönəmdə Tramp 40-dan çox ölkə lideri ilə 200-ə yaxın telefon danışığı aparıb.
2017-ci ilin yanvarından 2018-ci ilin iyuluna qədər Rusiya lideri Vladimir Putinin isə ən çox türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.
Putin son 18 ayda 28 dəfə Ərdoğanla söhbətləşib.
Muxalifet3 - 2-08-2018
Müxtəlif epizodlar icra olundu - "Snayper xətti"
Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən a bildiriblər ki, avqustun 9-dək davam edəcək müsabiqədə Azərbaycan snayperləri öz ustalıqlarını yerinə yetirirlər.
Muxalifet3 - 2-08-2018
Rahib narahatdır: ABŞ və Türkiyə...
ABŞ-Türkiyə arasında baş verən siyasi gərginliyə görə, rahib Endryu Branson olduqca narahatdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri rahibin vəkili İsmayıl Cem Halavurt deyib.
“Doğrudur, ABŞ hökumətinin onun haqlarını müdafiə etməsinə görə məmnundur. Lakin proseslərin daha da gərginləşməsi onu narahat edir. Tez bir zamanda ABŞ-a qayıtmaq istəyir”, - vəkil bildirib.
Halavurt onu da əlavə edib ki, evdə elektron qandalla saxlanılan rahibin vəziyyəti həbsxanadakından yaxşıdır.
Vəkil, Bransonun həbsxanada psixoloji problemlər yaşadığını da vurğulayıb.
Muxalifet3 - 2-08-2018
Tovuzun 5 kəndi içməli su ilə təchiz edilir
Tovuz rayonunun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərinin içməli su problemini həll etmək üçün yeni layihənin icrasına başlanılıb.
"Azərsu" ASC-dən verilən məlumata görə, bu işlər çərçivəsində 2 ədəd subartezian quyusu qazılacaq.
Buradan götürülən su həcmi 250 kubmetr olan mövcud su anbarına ötürüləcək. Layihə çərçivəsində həmin su anbarı əsaslı təmir olunacaq və suyun kəndlərə təzyiqlə ötürülməsini təmin etmək üçün nasos stansiyası quraşdırılacaq.Muxalifet3 - 2-08-2018
İsmayıllıda 2,5 hektar ərazidə çətənə kolları aşkar edilib — FOTO
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Muxalifet3 - 2-08-2018
Zooparkın ərazisi böyüdüləcək
Bakı Zooloji Parkı təmirə bağlanacaq.
Muxalifet.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında parkın direktoru Azər Hüseynov bildirib. Onun sözlərinə görə, zooparkdakı heyvanların köçürülməsi üçün hazırda işlər həyata keçirilir:
"Zoopark ərazisi iki hektar artırılır. Qaradağ rayonunda heyvanların müvəqqəti saxlanılması üçün yer hazırlanır. Heyvanlar buradan çıxarılan zaman onlara uyuşdurucu iynələr vurulacaq, yatırdılacaq və həmin əraziyə köçürüləcək”.
Azər Hüseynov qeyd edib ki, zooparkın ərazisi təmir olunduqdan sonra heyvanlar yenidən əraziyə qaytarılacaq:Muxalifet3 - 2-08-2018
ABŞ Türkiyəni belə yoxlayır - Rusiyalı ekspert
ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar simvolikdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Vladimir Fitin deyib. O bildirib ki, Vaşinqton Ankaranın siyasi dayanıqlığını yoxlayır:
“ABŞ sanksiyalarla Türkiyənin addımlarının qarşısını ala bilməz. Vaşinqtonun bu münasibəti Türkiyə-Rusiya əlaqələrini daha da möhkəmləndirəcək. Əsas ixtilaf Suriya və kürdlər üzərindədir”.
Muxalifet3 - 2-08-2018
Səudiyyə Yəməni bombaladı: 40 ölü, 70 yaralı
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənin Hodeyda şəhərinə endirdiyi aviazərbələr nəticəsində 40 nəfər ölüb, 70-i isə yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Əl Mayadin” agentliyi məlumat yayıb.
Əməliyyat zamanı hospitallardan birinin də bombalandığı deyilib.
Muxalifet3 - 2-08-2018
MKİ xəbərdarlıq etdi: Rusiya seçkilərə müdaxilə edəcək...
Rusiya qarşıdakı seçkilərə müdaxilə imkanlarını araşdırır.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin bəyanatında deyilib.
Əlavə məlumat verilmir.
Muxalifet3 - 2-08-2018
ABŞ-ın bazasında güllə səsləri: Həyəcan təbili çalındı
ABŞ-ın Ohayo hərbi bazasında silahlı atışma baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Çalınan həyəcan təbili nəticəsində əraziyə hüquq-mühafizə orqanlarının gəldiyi deyilir.
Əlavə məlumat verilmir.
Muxalifet3 - 2-08-2018
Tramp Kim Çenin məktubunu cavabladı - Yeniləndi
Biz Şimali Koreya lideri Kim Çen İnin amerikalı həmkarı Donald Trampa məktubunu cavabladıq.
Bu sözləri Ağ Evin sözçüsü Sara Sanders deyib.
“Biz məktubu Kimin nümayəndəsinə təqdim etdik. Yaxın zamanda məktub çatacaq”, - deyə sözçü bildirib.
Muxalifet3 - 2-08-2018
Naxçıvan əhalisinin sayı artdı
Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2008-ci illə müqayisədə əhalinin sayı 16 faiz artıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, 1 iyul 2018-ci il tarixə muxtar respublikanın əhalisi 454,3 min nəfər olub.
Muxalifet3 - 2-08-2018
Ağ Evdən ABŞ mediasına: Tramp haqqında...
ABŞ mediası prezident Donald Trampla bağlı dezinformasiya yayır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Sara Sanders deyib.
“Prezident narahatdır ki, media orqanlarının 90 faizi onu neqativ xarakterli biri kimi təqdim edir. Xüsusilə İŞİD-in qaçdığı, iqtisadiyyatın artdığı, ABŞ-ı dünyadakı rolunun gücləndiyi bir vaxtda...”, - deyə sözçü bildirib.
Muxalifet3 - 2-08-2018
ABŞ yanlış qərardan dönməlidir - Arınc
Tramp adminitrasiyasının Türkiyə ilə bağlı vermiş olduğu sanksiya qərarı strateji müttəfiqliyimizin təbiətinə ziddir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin keçmiş spikeri Bülənt Arınc deyib.
“Bu qərar qəbuledilməzdir. ABŞ tez bir zamanda yanlış qərardan dönməlidir. Əlaqələrimizin bərpa edilməyəcək səviyyədə pozulması üçün zəmin yaranıb”, - deyə Arınc bildirib.
Qeyd edək ki, dünən ABŞ adminitrasiyası 2 türkiyəli nazirə sanksiya tətbiq edib.
Muxalifet3 - 2-08-2018
Все пути ведут в Вашингтон…
Сегодня ровно 100 дней, после досрочных президентских выборов в Азербайджане, которые состоялись 24 апреля. И следует, наверное, обернувшись назад посмотреть и прикинуть в уме, куда взял путь Азербайджан в новый президентский срок Ильхама Алиева. Хотя в Азербайджане нет такой практики, как в США, где общество, эксперты, журналисты начинают анализировать первые результаты работы своего президента, тем не менее, думаю, что в данном случае, прошедшие 100 дней дают все основания переосмыслить и понять, в какую сторону страна будет развиваться.
Muxalifet4 - 3-08-2018
ŞOK İDDİA: ABŞ xüsusi prokuroru Emin Ağalarovu dindirmək istəyir
Rusiyanın ABŞ-dakı prezident seçkilərinə güman edilən müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller, ABŞ KİV-lərinin iddia etdiyi kimi, kiçik Donald Trampla rusiyalı hüquqşünas Natalya Veselnitskayanın Nyu-Yorkda görüşünün keçirilməsinə kömək etmiş müğənni Emin Ağalarovu dindirmək niyyətindədir.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə NBC telekanalı müğənninin vəkili Skott Balberə istinadən məlumat verib.
Muxalifet4 - 3-08-2018
Molla rejimi küncə sıxışdırılır - ETİRAZLAR TEHRANA ÇATDI
İranın paytaxtı Tehranda bahalaşma əleyhinə etiraz aksiyası keçirilib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, İsfahan, Məşhəd və Şirazdan sonra etirazlar Tehrana çatıb.
Dolların sürətlə bahalaşması, inflyasiya və işsizlik insanları küçələrə çıxmağa məcbur edib. Polis aksiyanı dağıtmaq üçün gücdən istifadə edib. Saxlanılanlar var.
Qeyd edək ki, Məşhəddəki etirazlar zamanı 10-dan çox aksiya iştirakçısı öldürülüb.Muxalifet4 - 3-08-2018
ABŞ-ın Türkiyə təhdidinin şifrəsi: RUSLAR ŞƏRH ETDİ
ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların rəmzi olduğunu deyən Rusiya Strateji Araşdırmalar İnstitutundan Vladimir Fitinə görə Vaşinqton, Ankaranın siyasi dayanıqlığını test edir. Fitin həmçinin, Türkiyə ilə ABŞ arasındakı gerçək problemin YPG-dən qaynaqlandığını ifadə edib.
Muxalifet3 - 3-08-2018
ABŞ-ın çirkli oyunu ifşa oldu - TƏHLİL
İlin son günlərində bitdiyi elan olunan terror təşkilatı İŞİD, dünyanın dörd bir tərəfində terror aktlarını yenidən artırıb. Təşkilat çox fərqli nöqtələrdə müxtəlif aksiyalarla çox sayda insanı qətlə yetirir. Son zamanlarda artan terror hadisələrinə nəzər saldıqda bölgədə İŞİD-ə təkrar rol verildiyi görünür. İlk baxışda yenidən canlanmaq üçün bu terror aksiyaların keçirildiyi düşünülsə də, hücumların pərdə arxasına baxdıqda isə dünya üzrə yayılmağa çalışılan islamofobiya və ABŞ-ın regionda qurmağa çalışdığı yeni nizam ortaya çıxır.
Muxalifet3 - 3-08-2018
Qalmaqallı Türkiyə sanksiyasından sonra ilk təmas – ANKARANIN SEÇƏNƏKLƏRİ
Bu gün 51-ci ASEAN Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Sinqapurda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-lı həmkarı Mayk Pompeo arasında sanksiya qalmaqalından sonra ilk üz-üzə təmas qurulacaq.
Muxalifet3 - 3-08-2018