Axtarış

The search found 105844 results in 0.075 seconds.

Search results

  1. Paşinyan istədiyi vaxt Putinlə görüşə bilməz – Deputat

    Paşinyan bir rəhbər kimi Rusiya rəhbərliyinin ürəyincə deyil.
    Bu sözləri Muxalifet.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya ehtimal edilən səfəri haqda danışan millət vəkili Rasim Musabəyov deyib.

    Muxalifet - 3-08-2018

  2. Rusiya təyyarəsi faciədən döndü

    Türkiyənin Antalya şəhərindən Moskvaya rus turistləri daşıyan Airbus A330 İfly tipli təyyarə Qaradəniz üzərində başqa bir uçaqla qarşı-qarşıya gəlib.
    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat verilib.
    Rus pilot qarşıdan gələn təyyarənin pilotu ilə əlaqə yaratmaq istəsə də cəhdləri uğursuz olub.
    Pilotla radiosiqnal vasitəsilə əlaqə yaratmaq da mümkün olmayıb.

    Muxalifet - 3-08-2018

  3. İsrailin 2 pilotsuz hava uçağı vuruldu

    Suriyanın paytaxtı Dəməşqdə partlayış səslərinin eşidildiyi və Əsəd rejiminin hava müdafiə sistemlərinin dövrəyə girdiyi bildirilib.
     
    Məsələyə dair açıqlama verən Əsəd rejiminin bir komandiri, paytaxt Dəməşqin qərb hissəsində İsrailə aid 2 kəşfiyyat məqsədli insansız hava vasitəsinin (İHA) vurulduğunu bildirib.
    Başqa bir Əsəd tərəfdarı şəxsin bildirdiyinə görə, Suriya hava müdafiə sistemləri tərəfindən 3 raket və bir İnsansız Hava Vasitəsi (İHA) məhv edilib.
    Müxalifət.az

    Muxalifet3 - 3-08-2018

  4. Hacıqabulda DƏHŞƏTLİ YOL QƏZASI: 1 ölü, 3 yaralı

    Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Məlumata gprə, hadisə Udulu kəndində qeydə alınıb.
    Belə ki, minik avtomobilinin aşması nəticəsində Udulu kənd sakinləri – 1991-ci il təvəllüdlü Elçin Cəfərzadə, 1994-cü il təvəllüdlü Tağıyev Elgün Hüseyn oğlu, 1991-ci il təvəllüdlü Yusifov Vüsal Güloğlan oğlu və daha 1 nəfər xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən V.Yusifov orada ölüb.

    Muxalifet - 3-08-2018

  5. İsrailə “irqçi dövlət” deyilincə, Netanyahu toplantını tərk etdi

    İsrail mediasında yer alan xəbərlərə görə, baş nazir Netanyahu, "Yəhudi milli dövlət qanunu" haqqındakı fikir ayrılıqlarına son qoymaq məqsədilə həll təkliflərini müzakirə və müzakirə etmək üçün İsraildəki Druz liderlərlə bir araya gəlib.
     
    Druz liderlərin İsraili irqçi və ayrı-seçkilik yaradan bir dövlət kimi dəyərləndirməsindən sonra əsəbiləşən Netanyahu iclası yarımçıq qoyaraq zalı tərk edib.
    Qeyd edək ki, son günlərdə “Yəhudi milli dövlət qanunu” səbəbilə 3 Druz mənşəli hərbçi etiraz olaraq İsrail ordusundan istefa edib.

    Muxalifet3 - 3-08-2018

  6. ​Manat və dolların bugünkü MƏZƏNNƏSİ

    Manatın avqustun 3-nə olan məzənnəsi açıqlanıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 03.08.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il avqustun 2-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 3-08-2018

  7. ABŞ-ın gizli Ermənistan projesi – hərbi bazalar çıxarılır, Qarabağ üçün şans

    İrəvan Vaşinqtonla Moskva əleyhinə böyük bazarlıq içində; “məxməri inqilab”ın memarı sayılan Qərb erməni əhali arasında anti-Rusiya təbliğatını gücləndirir – hədəf... 
    Ermənistanın daxili siyasi həyatında 8 may hakimiyyət çevrilişindın sonra Qərb amilinin çəkisi artmaqdadır. Yeni baş nazir Nikol Paşinyan nə qədər Rusiyaya sədaqət andları içsə də, əməldə onun işğalçı ölkədə Moskvanın dayaqlarını zəiflətməyə kurs götürdüyü açıq-aydındır. 

    Muxalifet - 3-08-2018

  8. Çavuşoğlu-Pompeo arasındakı kritik görüş başa çatdı – İLK AÇIQLAMA

    Diplomatik mənbələrdən verilən məlumata görə, Türkiyənin XİN rəhbəri Çavuşoğlu və ABŞ-lı həmkarı Pompeo arasındakı görüş 08.30-da başlayıb. Kritik görüş təxminən 45 dəqiqə çəkib.
     
    Görüşdən sonra ABŞ-lı rəsmilər, iki nazirin problemlərin həllində birgə iş üçün razılaşdıqlarını bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 3-08-2018

  9. ​Acundan “O Səs Türkiyə” ilə bağlı FLAŞ TRANSFER

    Acun Ilıcalı yeni mövsümə iddialı bir transferlə başlamaq niyyətindədir.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beyazıt Öztürk "O Səs Türkiyə" komandasına qoşulub.
    İki gün əvvəl TV8 kanalında "Bomba 1-2 transferimiz var, amma indi açıqlamaq istəmirəm", - deyən Acunun sürprizi bəlli olub. Məlum olub ki, "Bəyaz Show" proqramı ilə tanınan Beyazıt Öztürk "O Səs Türkiyə"də həm aparıcılıq, həm də münsiflik edəcək.

    Muxalifet - 3-08-2018

  10. ​Şəkidə 200 hektar sahə yandı

    Şəkidə 200 ha sahə yanıb.
    FHN-dən Muxalifet.az-a verilən məlumata görə, şəhərin Cəfərabad və Kiçik Dəhnə kəndləri ərazisində 200 ha sahədə quru ot və kol-kos yanıb.
    Yaxınlıqdakı otlaq sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 3-08-2018

  11. ​"Real" xorvatiyalı ulduzuna astronomik qiymət qoydu

    “Real Madrid”in prezidenti Florentino Perez xorvatiyalı ulduz Luka Modriçin qiymətini açıqlayıb.
    MUxalifet.az xəbər verir ki, prezident xorvatiyalı yarımmüdafiəçinin “Real Madrid”dən yalnız 750 milyon avro qarşılığında transfer ola biləcəyini dilə gətirib.
    İtaliya mətbuatının verdiyi xəbərə görə, “İnter” 2018 Dünya Çempionatındakı performansı ilə Xorvatiya millisinin finala getməsində baş rolu oynayan 33 yaşlı futbolçunu transfer siyahısına salıb. Perez buna cavab olaraq Modriçə fantastik qiymət qoyub və onun transferini bu yolla mümkünsüz edib.

    Muxalifet - 3-08-2018

  12. Binəqədinin icra başçısı tapşırıqlar verdi

    Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi RİH-nin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.
    Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, aparatın şöbə müdirləri iştirak edib.
    Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

    Muxalifet - 3-08-2018

  13. Ermənistan atəşkəsi 81 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub.

    Muxalifet - 3-08-2018

  14. ​Ərdoğan onu özünə baş müşavir təyin etdi

    Fahri Kasırqa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri təyin olunub.
    Muxalifet.az bildirir ki, bu barədə oxu.az Türkiyə KİV-inə istinadən xəbər verir.
    Kasırqa bu vəzifəyə ölkə prezidentinin müvafiq sərəncamı ilə gətirilib.
    Qeyd olunur ki, daha öncə Kasırqa Türkiyə prezidenti aparatının baş katibi vəzifəsini icra edib.

    Muxalifet - 3-08-2018

  15. SON DƏQİQƏ: Nazim İbrahimovun qardaşı həbs edildi

    Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib. 
    Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. 
    Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. 

    Muxalifet - 3-08-2018

  16. Evangelistlərə verilən söz, yaxud Türkiyədən alınan intiqam

    İki Türk nazirə sanksiya qərarını açıqlayan xəzinə naziri Stiven Mnuchin, Prezident Ərdoğandan və Türkiyədən intiqam alacağını ətrafına deyən bir evangelistdir.
     
    Evangelistlərə verilən söz
     

    Muxalifet3 - 3-08-2018

  17. ​NATO MÜTTƏFİQLƏRİ ARASINDA QIRILMA ANI:Türkiyə Alyansdan ixrac edilə bilərmi? - TƏHLİL

    Amberin Zaman
    “Əl-Monitor”

    Muxalifet - 3-08-2018

  18. ​Sumqayıtda qaz olmayacaq

    Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.
    “Azəriqaz” İB-dən Muxalifet.az-a verilən məlumata görə, diametri 530 millimetrlik orta təzyiqli qaz kəmərindən qidalanan qaz təchizatı şəbəkəsində təmir bərpa işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
    Görülən zəruri təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

    Muxalifet - 3-08-2018

  19. ​İrəvan KTMT-nin rəhbəri vəzifəsinə onu gətirir

    Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi vəzifəsinə sabiq Müdafiə naziri Vaqarşak Arutyunyanı təklif etmək niyyətindədir.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-ləri yayıb.
    Qeyd edək ki, Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri vəzifəsini tutub. Nazir vəzifəsindən qovulmasına səbəb onun parlament teraktı məsələsi ilə bağlı prezident Robert Köçəryanla apardığı konflikt olub. Belə ki, Arutyunyanın əvvəlcə rütbəsi aşağı endirilib, sonra isə istefaya göndərilib.

    Muxalifet - 3-08-2018

  20. ALLAHIN ƏLİNDƏKİ QIZIL KÖRPÜ - Qeyri-adi mənzərə... - VİDEO

    Vyetnamın Da Nanq şəhərində qeyri-adi dizaynı olan körpü yerli və xarici turistlərin maraq obyektinə çevrilib.
    Muxalifet.az İnosmi.ru saytına istinadən xəbər verir ki, 1400 m yüksəklikdə yerləşən 150 metrlik "Qızıl körpü", iki böyük əllə tutulan qızıl lentə bənzəyir.
    Qeyd edək ki, körpünün dizayneri və inşaatçısı olan “Ta Corporation” şirkəti bu memarlıq abidəsi ilə bölgəyə daha çox turist cəlb etmək istədiklərini bildirib.
    Populyar bir cazibə halına gələn piyada körpüsündən, meşələr və dağların gözəl bir görünüşü var.

    Muxalifet4 - 3-08-2018

Pages