Axtarış
The search found 105844 results in 0.069 seconds.
Search results
Deputatın adı hallanan 8 milyonluq cinayət işi - SƏS YAZISI VƏ SENSASİON FAKTLAR
5 ildir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Elmira Axundovanın, Həbib Axundovun adı böyük bir dələduzluq işində hallanır. Ötən müddətdə üzə çıxan səs yazıları, stenoqramlar, sənəd və sübutlar da ortada böyük bir dələduzluq işinin olmasını sübuta yetirir.
Muxalifet4 - 3-08-2018
Çavuşoğludan ilk açıqlama: ABŞ-la razılaşdıq
Ölkələrimiz arasında mövcud olan problemlərlə bağlı birlikdə çalışmaq barədə razılığa gəldik.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ölkələr arasında problemlər və fikir ayrılığı ola bilər. Biz Türkiyə olaraq problemləri hər zaman diplomatiya ilə həll etməyə cəhd etdik. Sanksiyalarla heç bir nəticə əldə edilməyəcəyini söyləmişik və bu gün də burada təkrar etdik. Problemlərin hamısını birdən həll etmək olmaz”, - o bildirib.Muxalifet - 3-08-2018
Azərbaycandakı "5-ci kolon"a SARSIDICI ZƏRBƏ - Ruspərəst qüvvələrin media rıçaqları əllərindən alınır
Son bir ay ərzində ölkədə kifayət qədər ciddi, hətta belə demək mümkündürsə sensasion xarakterli hadisələr baş verib. Misal kimi, Mingəçevir İstilik Elektrik Stansiyasında blokların birindəki qəzanı, Gəncədə yaşanan arzuolunmaz olayları, 26-29 iyul tarixində Bakıda keçirilən "Jara-2018" Beynəlxalq Musiqi Festivalına erməni əsilli müğənni Zara Mqoyanın gəlməsini, Tarif Şurasının qərarı ilə nəqliyyat sahəsində qiymətlərin artımını göstərmək olar.
Muxalifet4 - 3-08-2018
Adnan Oktarın əsgərlik hiyləsi - Yeni detallar ÜZƏ ÇIXDI
Türkiyədə özünü din xadimi kimi qələmə verərək mütəşəkkil cinayətkar dəstə qurmaqda ittiham edilən Adnan Oktarın istintaq işində gün keçdikcə dəhşətli və qəribə detallar ortaya çıxır.
Polisə 164 səhifəlik ifadə verən "din xadimi"nin əsgərliyə getmək istəyən şəxslərə mane olduğu və onları avam adlandırdığı bildirilib.Muxalifet - 3-08-2018
Dövlətdən oğurlanan milyonların izi ilə - TAĞI ƏHMƏDOV CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLƏCƏKMİ?
Metroda gediş haqlarının qalxması günün əsas müzakirə mövzusudur. "Bakı Metropoliteni" QSC rəsmi açıqlama verdi ki, metroda 1 sərnişinin daşınmasının maya dəyəri 47 qəpikdir. Əvvəllər, daha doğrusu, Tağı Əhmədovun dövründə bu rəqəmin 1 manatdan yuxarı olduğu deyilirdi.
Muxalifet4 - 3-08-2018
Ağ Evdə diqqət çəkən detal – TÜRKİYƏYƏ SANKSİYA QƏRARI AÇIQLANARKƏN...
2 Türk nazirinə sanksiya qərarı açıqlanarkən Ağ Evdə diqqət çəkən başqa məqamlar da yer alıb.
Belə ki, Türk nazirlər qara siyahıya alınarkən Ağ Evin başqa bir otağında ABŞ prezidenti Donald Trampın “maraqlı” qonaqları vardı.
Tramp ölkə daxilindən gələn keşişləri qəbul edirdi.
Trampın keşişlərlə görüşməsi dua ilə başlayıb.
Siyasi keşişlər, Trampa dua edib.
Ayin tərzi toplantı qaradərili keşişlərin Trampa təriflər yağdırması ilə davam edib.Muxalifet3 - 3-08-2018
Bu qadın azərbaycanlı turistləri aldadıb, 500 min pul “yeyib” — VİDEO
Yay istirahətini xaricdə keçirmək istəyənlər diqqətli olsun. Çünki turizm sektorunda fırıldaqçılar peyda olub.
Muxalifet.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, onlarla şəxs xaricə istirahətə göndərilmək adı ilə aldadılaraq pulları mənimsənilib.
Şikayətçilər iddia edirlər ki, Günel Şıxıyeva adlı vətəndaş insanları aldadaraq onlara ucuz aviabilet və sərfəli turpaket vəd edib. Lakin pulları aldıqdan sonra müxtəlif bəhanələrlə onları aldadıb.
Muxalifet4 - 3-08-2018
HACI İBRAHİMDƏN QARDAŞININ HƏBSİ HAQDA ŞOK AÇIQLAMA: “Mən onun haqqında heç nə bilmək istəmirəm”
““Mən onun haqqında heç nə bilmirəm, bilmək də istəmirəm”.
Muxalifet.az bildirir ki, bunu Modern.az-a açıqlamasında “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) qardaşı Sahib İbrahimovun həbs xəbərinə münasibət bildirərkən deyib.
İ.Nehrəmli qardaşı olmasına baxmayaraq, S.İbrahimovla hər hansı əlaqəsi olmadığını vurğulayıb,
“Belə bir şey varsa, Allah qapısını açsın!”, -deyən Hacı İbrahim Nehrəmli digər sualardan yayınıb.Muxalifet4 - 3-08-2018
Suyun qiyməti artırıldı, Binə sakinləri susuz qaldı
Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri redaksiyamıza müraciət edərək bildiriblər ki, su təminatı ilə bağlı ciddi problemlə üzləşiblər. Sakinlərin dediyinə görə, Binə qəsəbəsinə su xətti çəkilmədiyindən sakinlər daima suyu su maşınlarından alıblar. Alınan su isə Ramana qəsəbəsindən gətirilirmiş. Lakin ötən gün Ramana qəsəbəsində su kəsilib, bir gün sonra isə problem həll olunsa da, bu dəfə gözlənilməz problem ortaya çıxıb. Qəsəbə sakini Amil Həsənovun dedikləri:
Muxalifet4 - 3-08-2018
"Bu bizneslə məşğul olan fərdi sahibkarlar sıradan çıxacaq” - Qubad İBADOĞLU
“Qeydiyyat rüsumlarının birdən-birə 4 dəfədən 30 dəfəyə qədər artırılması müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdırmaqla yanaşı radiasiya riski yüksək çin mobil cihazların idxalını stimullaşdıracaq”.
Muxalifet.az xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı Qubad İbadoğlu bildirib.Muxalifet4 - 3-08-2018
Moskva Pxenyanla bağlı sanksiyanı pozdu
Rusiya keçən ilin sentyabrından bu yana Şimali Koreyanın 10 mindən çox vətəndaşının ölkədə çalışmasına izn verib.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə “Vol Strit Jurnal” qəzeti çıxış edib.
“Rusiyanın rəsmi mənbələrinin məlumatına əsasən, bu il ölkədə cəmi 700 Şimali Koreya vətəndaşına çalışmaq izni verilib. Rusiya bununla BMT-nin qoyduğu sanksiyaları pozur. Hazırda sanksiyaların pozulub-pozulmadığını öyrənmək üçün araşdırma aparılır”, – deyə məqalədə bildirib.Muxalifet - 3-08-2018
Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurası yaradıldı
Bu gün Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir.
Muxalifet4 - 3-08-2018
“Bu cür halların araşdırılması asan deyil” – Enerji qəzasını araşdıran komissiyanın üzvü
İyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza bütün Azərbaycanı zülmətə qərq elədi, dövlətə və əhaliyə böyük ziyan vurdu.
Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə rəsmi məlumatında bildirilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.
Muxalifet4 - 3-08-2018
AZƏRBAYCANDA SENSASİON TƏXRİBAT EHTİMALI... - “Həmin ərazilərin öz-özünə yanması çətin məsələdir”
“Azərbaycanda meşə və çöl ərazilərində yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır”.
Bunu mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə deyib.
O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir: “Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir”.
Muxalifet4 - 3-08-2018
Bakıda təhsil alan erməni general KTMT-ya baş katib gətirilir
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katib vəzifəsinə Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyanın namizədliyini təqdim etmək istəyir.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "168 jam" qəzeti Ermənistan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb. Nəşr hesab edir ki, bu addım sırf Rusiya ilə son vaxtlar gərginləşən münasibətləri yumşaltmağa yönəlib.
Muxalifet4 - 3-08-2018
“Biz axmağıq ki, dəyərli vaxtımızı əsgərlikdə keçirək?” - Adnan Oktar dosyesi
Adnan Oktar qruplaşmasındakı qrup rəhbərlərindən biri istintaqa yeni ifadələr verib. Türkiyə mətbuatı xəbər verir ki, A.Oktar qruplaşmaya daxil olan gənclərə əsgərliyə getməmələri ilə bağlı təlimatlar verib. İstintaq çərçivəsində ifadə verən Ü.K., E.E., Ö.M. və Y.S.E. adlı şahidlər Oktarın əsgərliyə münasibəti ilə bağlı danışıb. Belə ki, A.Oktar əsgərlik yaşı gələn qrup üzvlərini əsgərliyə getməmələri üçün ölkə xaricinə göndərib.
Muxalifet4 - 3-08-2018
Bakıda satıcı qızı qarət etdilər – VİDEO
Bakıda mağazaların birində oğurluq hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrədə məlumat yayılıb. Məlumat yayın şəxs bildirib ki, bir nəfər mağazaya daxil olub və telefonla danışmağa başlayıb. Həmin şəxs diqqəti yayındıraraq mobil telefonu götürüb və aradan çıxıb.
Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Hadisəni törədən şəxsin polis tərəfindən saxlanıldığı bildirilir.
Həmin hadisənin video görüntüsü yayılıb.
Kadrları təqdim edirik:
Muxalifet4 - 3-08-2018
NATO-dan Türkiyə açıqlaması
NATO Müttəfiq Qara Qoşunları Komandanlığı vəzifəsini təhvil alan general-leytenant Con C. Tompson, regionda baş verən müharibələr səbəbilə Türkiyəyə yönəlik təhdidlərə qarşı, "NATO-nun öhdəliyində olan 360 dərəcəlik sahədə şərq-qərb, şimal-cənub olmaqla, bütün təhdidlərə cavab veririk və verəcəyik" deyib.
Muxalifet3 - 3-08-2018
300 manat rüşvət alan məmura cəza kəsildi
Rüşvət alan icra məmuru hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Pərviz Nəbizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru işləmiş Pərviz Nəbizadə şərti cəza alıb.
P.Nəbizadə Nərimanov Rayon İcra Şöbəsində icra məmuru kimi fəaliyyət göstərib.
Muxalifet4 - 3-08-2018
Trampın oğlu ailə üzvlərinin təhdid olunduğunu deyir
ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp ailəsinə ünvanlanan təhdidlər barədə danışıb.
Muxalifet.az “Fox News” telekanalına istinadən xəbər verir ki, prezidentin oğlu təhdidlərlə yanaşı evlərinə göndərilmiş bəyaz toz barədə də bəhs edib.
Onun sözlərinə görə ona və onun ailəsinin bütün üzvlərinə təhdidlər ünvanlanıb.
“Bizim hər birimizin evində bəyaz toz peyda olub” – Erik Tramp bildirib.
Bununla yanaşı o, nə təhdidlərin nədən ibarət olduğunu, nə də kim tərəfindən ünvanlandığını açıqlayıb.Muxalifet - 3-08-2018