Axtarış
The search found 105844 results in 0.105 seconds.
Search results
“APA HOLDİNQ”də NƏ BAŞ VERİR? – Vüsalə Mahirqızından açıqlama
Azərbaycanda böyük mətbuat orqanlarından olan “APA Holding” MMC-yə daxil olan saytların fəaliyyəti 3 gündür ki, dayandırılıb.
Muxalifet.az xəbər verir ki, saytların işləməməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif versiyalar səsləndirilsə də, şirkətdən heç bir rəsmi açıqlama verilmirdi. Holdinqin rəhbəri Vüsalə Mahirqızı bu gün saytların fəaliyyətini dayandırması ilə bağlı öz feysbuk profilində qısa açıqlama verib.Muxalifet - 3-08-2018
“Türkiyəyə qarşı təhdidlərə cavab verəcəyik”
Muxalifet.az xəbər verir ki, NATO Müttəfiqlərinin Quru Komandanlığı vəzifəsinə təyin edilən general Con Tomson bölgədə baş verən müharibələr səbəbindən Türkiyəyə təhdidlərlə bağlı bunları deyib: “NATO-nun ixtiyarında olan 360 dərəcəlik sahədə şərq-qərb, şimal-cənub olmaqla bütün təhdidlərə cavab verməkdəyik və verəcəyik”.
Muxalifet - 3-08-2018
“Boşanan qadın KİŞİNİ LÜT qoymağa çalışır” – İlginc şərh
Azərbaycanda boşanma nisbətləri xeyli çoxalıb, ən çox müraciət edənlər boşanma məsələsinə görə olur. Bunun səbəbləri çoxdur.
Muxalifet.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Fərhad Mehdiyev deyib.
O qeyd edib ki, gender münasibətlərinə görə mövcud qanunvericilik bir çox halda qadınların xeyrinədir:Muxalifet - 3-08-2018
Bakıda villada fəhlə ölümü – Üçüncü mərtəbədən yıxıldı
Bakıda villanın tikintisində fəhlə işləyən şəxs ehtiyatsızlıqdan yıxılaraq ölüb. “Report” xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində qeydə alınıb. Məlumata görə, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Telman Eyyub oğlu üçmərtəbəli villanın üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Yaralı 1 satlı Kliniki Tibbi Mərkəzə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 3-08-2018
Nusretin restoranını bağladılar - FOTO
Türkiyənin dünyaca məşhur aşpazı Nusretin restoranı bağlanıb.
Onun İstanbuldakı restoranı polislər tərəfindən möhürlənib.
Buna səbəb isə sözügedən məkanda siqaret çəkilməsi olub. Məşhur aşpaz qapalı məkanlarda siqaret çəkməyin qadağa olduğunu bilsə də, o, öz restoranında bu qaydaya əməl etməyib.
Bundan öncə isə Nusret restoranın reklamı olan lövhəni Türkiyənin tarixi binalarının birinin divarına asdığı üçün cərimələnmişdi.Muxalifet - 3-08-2018
Qusarda yol qəzası olub, 1 nəfər ölüb, 3-ü yaralanıb
Qusar rayonunda yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, hadisə avqustun 2-də rayonun Xuray kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 3-08-2018
Paşinyandan Xaçaturovla bağlı – Geri addım
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov hələlik Ermənistandadır. Ancaq düşünürəm ki, o, yaxın günlərdə vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə onun vəkuili Miqran Poqosyan bildirib.
Qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidməti Y.Xaçaturova qarşı ölkənin konstitusiya quruluşunu dəyişdirməklə bağlı ittiham irəli sürüb. Məhkəmə onun girov müqabilində azadlığa buraxılmasına dair qərar qəbul edib.Muxalifet - 3-08-2018
Əfqanıstanda terror aktı – 20 ölü
Əfqanıstanın şərqində məscidlərin birində dini ayin zamanı partlayış baş verib.
Muxalifet.az “Ariana” kanalına istinadən xəbər verir ki, baş vermiş terror aktı nəticəsində ən azı 20 nəfər həyatını itirib.
Faciə Paktiya vilayətinin Hardez şəhərindəki baş verib.
Məscidə iki kamikadze terrorçunun hücum çəkdiyi bildirilir.
Hadisədə daha 40 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd edilir.
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.Muxalifet - 3-08-2018
Ben Ladenin anası ilk dəfə danışdı: Onun beynini yudular
Əl Qaidə terror təşkilatının keçmiş rəhbəri Üsamə Ben Ladenin anası Aliyə Qanem ilk dəfə Britaniya KİV-lərinə açıqlama verib.
Müsahibəsi zamanı Qanem Üsamə Ben Ladenin uşaqlıqda çox yaxşı insan olduğunu bildirib:
“Mənim həyatım çox çətin keçib. Ona görə ki, oğlum hər zaman məndən kənarda olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi”.
Onun sözlərinə görə, Üsaməni üç yaşından ikinci həyat yoldaşı olan Məhəmməd Attas böyüdüb:Muxalifet - 3-08-2018
Trampdan SƏRT SÖZLƏR: İyrənc və yalançılar
ABŞ prezidenti Donald Tramp jurnalistləri özünə siyasi rəqib gördüyünü açıqlayıb.prezident bu fikirləri Pensilvaniya ştatının Nyutoun şəhərində çıxışı zamanı deyib.
Prezident onu tənqid edən mediaya qarşı sərt ifadələr səsləndirib.Muxalifet - 3-08-2018
Lerikdə meşə yanır
Lerikdə meşəlik ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a bildirilib ki, Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib. Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.Muxalifet - 3-08-2018
Avropada keşiş böhranı: XALQ ONU ÖLDÜRMƏK İSTƏYİR
Belçikanın “De Morgen” qəzetinə açıqlama verən keşiş Fernand Mareçal, bir qrup könüllünün kilsədə şəhərdə yerləşən köçkünlərə yemək verildiyini, soyuq qış aylarında isə sığınacaq təmin olunduğunu bildirib.
Yardımlarından dolayı gələn təpkilərin bəzən "çığırından çıxdığına" işarə edən keşiş Mareçal, "Miqrantlara yardım etməyə başlayandan bu yana ölüm təhdidləri alıram. İnsanlar bəzən birbaşa üzümə bu təhdidi edir, bəzən də adsız təhdid məktubları, ya da telefon zəngləri gəlir" deyib.Muxalifet3 - 3-08-2018
Rusiya Ermənistana ayırdığı 100 milyon dollar krediti ləğv edir? – Nazir müavini medianın yazdığına cavab verdi
“Kommersant” qəzetinin Rusiyadan Ermənistana 100 milyon dollarlıq kreditin sual altında olmasıyla bağlı yazdığı “korrekt deyil””.
Muxalifet.az xəbər verir ki, bunu bu gün – avqustun 3-də Dilicanda Rusiya müdafiə nazirinin müavini, general polkovnik Aleksandr Fomin “Azadlıq” radiosunun erməni xidmətinin sualına cavabında deyib.
“Bu, korrekt informasiya deyil, bunu təsdiqləmirəm”, – rusiyalı general bildirib. Kreditlə bağlı hansı informasiyaya malik olmasına dair suala cavabında Fomin deyib ki, “hər şey işləyir”.Muxalifet - 3-08-2018
"Lotu Quli"nin adından istifadə edən vəkil saxlanıldı
Ukraynanın Odessa vilayətində vəkil saxlanılıb.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, vəkil müştərisini azərbaycanlı "qanuni oğru", "Lotu Quli" ləqəbli Nadir Səlifovun adı ilə qorxuadaraq, ondan 40 min dollar alıb.
Bu barədə Odessa vilayəti üzrə baş polis idarəsinin rəisi Dmitri Qolovin məlumat verib. Vəkil pulu alarkən saxlanılıb.
Vəkilin kriminal aləmin üzvləri ilə əlaqəsinin olub-olmadığı barədə məlumat verilmir.Muxalifet - 3-08-2018
“Saytların fəaliyyətini şirkətin özü dayandırıb” – VÜSALƏ MAHİRQIZI
APA-nın rəhbəri avqustun 1-dən şirkətə daxil olan saytların girişinə məhdudiyyət yaranmasına münasibət bildirib
«APA Holdinq» MMC-nin rəhbəri Vüsalə Mahirqızı avqustun 1-dən şirkətə daxil olan saytların girişinə məhdudiyyət yaranmasına münasibət bildirib.
V.Mahirqızı Facebook səhifəsində yazıb ki, hazırda saytların fəaliyyətini şirkətin özü dayandırıb:
«Müəyyən problemlər yarandığına görə «APA Holdinq»ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək».Muxalifet4 - 3-08-2018
"Nazirlər Kabinetinin telefonların qeydiyyat rüsumları haqqında qərarı biabırçılıqdır" - OSMAN GÜNDÜZ
Yeni telefonlar üçün rüsumlar 4 dəfədən 30 dəfəyə qədər artıb
Muxalifet - 3-08-2018
Rus casus qadın qalmaqalı: 10 İL SƏFİRLİKDƏ ÇALIŞIBMIŞ
İngilis “Guardian” qəzeti, Rusiya vətəndaşı bir qadının ABŞ gizli xidməti tərəfindən Amerika səfirliyində işə götürüldüyünü, amma Xarici İşlər Nazirliyi tərəfindən aparılan adi bir təhlükəsizlik yoxlaması zamanı ifşa olduğunu iddia edib.
Qəzetin xəbərinə görə, təhlükəsizlik yoxlamasında səfirlik əməkdaşı qadının, Rus daxili kəşfiyyat xidməti FTX-nın əməkdaşları ilə mütəmadi olaraq icazəsiz danışıqlar apardığı ortaya çıxıb.Muxalifet3 - 3-08-2018
Əli Həsənovun nəvəsinin azadlığa buraxılmasına ETIRAZLAR ARTIR
“Əli Həsənovun nəvəsi 2 yox, hətta 12 nəfəri öldürsəydi belə, azalıqda olmalıydı, çünki...” Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin azadlığa buraxılması sosial şəbəklərdə etirazla qarşılanıb. O cümlədən tanımış hüquqşünslar, iqtisadçılar da məsələyə kəskin münasibət bildiriblər. Hüquqşünas Aslan İsmayılov yazır: “Həqiqətən it yiyəsini tanımadığından ölkədə tam dərəbəylikdir, kim nə istəyir, onu edir, təki pulun olsun.
Muxalifet - 3-08-2018
Gömrük Komitəsindən bir ilk – Cəmi 15 dəqiqəyə…
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda "vahid pəncərə" sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirir.Muxalifet.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov komitə tərəfindən jurnalistlərin Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postuna təşkil edilən mediaturda deyib.Muxalifet - 3-08-2018
Türkiyə polisi külli miqdarda heroin ələ keçirdi
Türkiyənin təhlükəsizlik qüvvələri Van vilayətinin Tuşba rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçirib.
Yerli mətbuat yazır ki, əməliyyat nəticəsində evdə gizlədilən 384.594 kiloqram heroin aşkar olunub. Ələ keçirən narkotik vasitə 502 paketdə qablaşdırılmış şəkildə tutulub.
Faktla bağlı bir nəfər həbs olunub. Araşdırma aparılır.Muxalifet - 3-08-2018