Axtarış
The search found 105844 results in 0.081 seconds.
Search results
Erməni girovluğunda olan azərbaycanlıların yeni statistikası açıqlandı –İtkin düşmüş hərbçilərin sayı 3168 nəfərdir
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 avqust 2018-ci il tarixinə 3875 nəfərdir.
Dövlət Komissiyasının İşçi qrupundan verilən məlumata görə, rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3168 nəfər, mülki şəxslərin sayı 707 nəfərdir. Ümumilikdə itkinlərin 3610 nəfərini kişilər,265 nəfərini qadınlar təşkil edir.Muxalifet - 3-08-2018
Avtobusda narkotik maddə qəbul edən sürücü həbs edildi
Bakıda daha bir sərnişin avtobusu sürücüsünün iş başında narkotik maddə qəbul etdiyi müəyyənləşdirilib.
"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Muxalifet4 - 3-08-2018
Fədayə Laçının məhkəmə qarşısında İLK İFADƏSİ: 24 yaşlı oğlum var və... - YENİLƏNDİ
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman müğənni Fədayə Laçın çıxış edib.
Özünü təqsirli bilmədiyini deyən müğənni qeyd edib ki, 24 yaşlı oğlu var.
Onun sözlərinə görə, əvvəllər həbsdə olmayıb. Daha sonra təqsirləndirilən Aqil Nəcəfovun vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsinin istəyib.
Digər təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova vəsatət verib. O, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını tələb edib.
Muxalifet4 - 3-08-2018
“Bu işdə başqa bir şəxsin əli var” – XANƏNDƏLƏRİN ÖLÜMÜ İLƏ BAĞLI MÜƏMMA
"Qardaşım Miryusifi məndən çox istəyirdi. Onlar hər dəfə öpüşüb görüşərdilər, qardaş kimi münasibətləri vardı. Novruzun Miryusifi öldürməsi üçün səbəb tapa bilmirəm. Məncə, bu işdə başqa bir şəxsin əli var”
Muxalifet.az-ın xəbərinə görə, bunu AzVision.az-a açıqlamasında Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib. Son günlər ölkənin ən səs-küylü cinayət hadisəsindən danışan A.Hüseynov qardaşının sənət yoldaşı Miryusif Mirizadəni öldürməsinə inanmadığını bildirib.Muxalifet4 - 3-08-2018
"Arsenal"ın hücumçusu PAOK-da
"Arsenal"n futbolçusu Çuba Akpom karyerasını Yunanıstanda davam etdirəcək.
Qol.az-ın xəbərinə görə, 22 yaşlı hücumçu PAOK-a keçib. Saloniki təmsilçisinin rəsmi saytı Akpomla 3 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, London klubunun yetirməsi olan britaniyalı futbolçu indiyədək müxtəlif klublarda icarə əsasında çıxış edib.Muxalifet - 3-08-2018
ABŞ-dan Putinin adamlarına növbəti zərbə - Tramp təsdiq edərsə...
ABŞ-ın Respublikaçılar və Demokratlar partiyasından olan senatorlar Konqresə Rusiyaya qarşı yeni və qatı sanksiyaları ehtiva edən qanun layihəsi təqdim edib.
Muxalifet.az xəbər verir ki, 6 senatorun təklif etdiyi “Amerikanın təhlükəsizliyini Kremlin hücumundan qorumaq layihəsi 2018” adlı qanun layihəsində Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi, Suriyadakı mənfi mövqeyi, Krıma hərbi müdaxilələri və digər fəaliyyətləri səbəbilə yeni sanksiyaların tətbiq edilməsi qeyd edilib.Muxalifet - 3-08-2018
Ermənistanda vəziyyət gərginləşməyə doğru gedir – Deputat
İşğalçı Ermənistanda vəziyyət gərginliyin daha da artmasına doğru gedir.
Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ali qanunverici orqanda 122 saylı Xankəndi seçki dairəsini təmsil edən Flora Qasımova deyib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ klanı”na qarşı addımları bu cinayətkar qruplaşmanın havadarlarını da narahat edir. Onun sözlərinə görə, Robert Köçəryanın həbsi, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən Yuri Xaçaturova cinayət işinin açılması vəziyyəti gərginləşdirir:Muxalifet - 3-08-2018
Baş Prokurorluq vəzifəli şəxsləri axtarışa verdi
MMC-nin vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa veriliblər.
Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısının alınması, vəzifə öhdəliklərinə səhlənkar yanaşan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlərin görülməsi davam etdirilir.Muxalifet - 3-08-2018
Rusiyanın Qarabağ planı Ermənistanı qorxuya saldı - Lavrovdan ŞİFRƏLİ XƏBƏRDARLIQ
Moskvanın baş diplomatı Sergey Lavrovun dili ilə Paşinyan hökumətinə sərt reaksiyasından sonra Ermənistanda Rusiyanın Qarabağ planını işə salacağına dair qorxular yaranıb.
Ermənistan mediası Rusiyanın Ermənistanı cəzalandırmaq üçün Dağlıq Qarabağda İrəvanın məğlubiyyəti ilə başa çatacaq müharibə başlada biləcəyini iddia edir.
Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Rusiya Koçaryanın həbsi və “1 mart” işinə görə Ermənistanı cəzalandıracaq.Muxalifet - 3-08-2018
Xamənei Həsən Ruhaninin tələbinə rədd cavabı verib
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei müxalif liderlər - ölkə parlamentinin keçmiş sədri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvinin ev dustaqlığından azad olunmaları ilə bağlı tələbini rədd edib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani və Milli Təhlükəsizlik Ali Şurası onların azad edilmələri ilə bağlı ayətulah Xaməneiyə müraciət etmişdi.Muxalifet - 3-08-2018
ABŞ vətəndaşı Rusiyadan siyasi sığınacaq istədi
Rusiyalı sərhədçilər Çukot dənizi yaxınlığındakı Lavrentiya kəndində Alyaska sahillərindən qayıqla Rusiyaya gələn ABŞ vətəndaşını saxlayıblar.
Muxalifet.az xəbər verir ki, çağrılmamış qonaq rusiyadan siyasi sığnacaq istəyib.
Sərhədi qeyri-leqal yolla keçən əcnəbi bildirib ki, o, Alyaska sahillərində balıqçılıq və ovçuluqla məşğuldur. Qəfildən ABŞ-dan Çinə keçmək qərarına gəlib, ancaq Rusiyaya keçib.
Situasiyadan xəbərdar olan mənbə isə bildirib ki, amerikalı sonda şəxsiyyətini təsdiq etmək üçün sürücülük vəsiqəsini göstərib və sığınacaq xahişi edib.Muxalifet - 3-08-2018
Məktəbli formaları neçəyə olacaq?
"Bakı Tikiş Evi" (BTE) ASC yeni dərs ili üçün məktəbli formalarının qiymətlərini açıqlayıb.
Bu barədə Unikal.org-a BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, qiymətlər ölçülərə görə dəyişəcək. Əvvəlki illərdən fərqli olaraq bu il, aşağı sinif şagirdlərə jiletlər satılmayacaq:Muxalifet - 3-08-2018
Köçəryanın müdafiəsinə qalxan deputatların sayı 45 nəfərə çatdı
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsdən azad edilməsini istəyən deputatların sayı 45-ə çatıb.
Muxalifet.az bildirir ki, musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan deyib ki, Ermənistan parlamentinin 45 deputatı eks-prezidentin azadlığa buraxılması ilə bağlı müraciəti imzalayıb. Ancaq o qeyd edib ki, apelyasiya şikayətinə nə zaman baxılacağı məlum deyil.Muxalifet - 3-08-2018
ABŞ-dan son dəqiqə “Türkiyə” açıqlaması
Ağ Evin sözçüsü Nayert, Türkiyə və ABŞ-ın xarici işlər nazirlərinin Sinqapurda keçirdiyi görüşə dair yazılı bəyanat verib.
Bəyanatda bunlar qeyd edilib: "Nazir Pompeo, Türkiyə xariciiİşlər naziri Mövlud Çavuşoğlu ilə Sinqapurda 3 avqustda ASEAN-ın Nazirlər Toplantısında görüşüb. Çox sayda məsələ müzakirə edilib və konstruktiv görüş keçirilib. İki ölkə arasındakı problemlərin aradan qaldırılması üçün səy göstərməyə davam ediləcəyi mövzusunda fikir birliyinə gəliblər".
Müxalifət.azMuxalifet3 - 3-08-2018
Türk ordusundan PKK-ya qarşı sarsıdıcı zərbə: 54 ölü
Türkiyə Silahlı Qüvvələri son bir həftədə ölkə daxilində və İraqın şimalında PKK-ya qarşı keçirilən əməliyyatlarla bağlı açıqlama yayıb.
Muxalifet.az xəbər verir ki, 7 gün davam edən əməliyyatlar nəticəsində 54 terrorçu məhv edilib. Onlardan dördü PKK-nın bölgələr üzrə liderləri olub.
Əməliyyatlar zamanı terror təşkilatına məxsus xeyli silah-sursat da tapılıb.Muxalifet - 3-08-2018
Hacıqabulda narkotik alverçiləri saxlanıldı
Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) Narkotiklə mübarizə qrupu əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Muxalifet.az-ın yerli bürosuna verilən məlumata görə, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov həmyerlisi Ceyhun Gözəlova heroin satarkən yaxalanıblar. C.Gözəlovun üzərinə keçirilən baxış zamanı kustar üsulla hazırlanan, ümumi çəkisi 1.530 qram heroin aşkar edilərək götürülüb.Muxalifet - 3-08-2018
Roma Papası ölüm hökmünə qarşı çıxdı
Roma Papası I Fransisk ölüm hökmünə qarşı çıxıb.
Modern.az The New York Times nəşrinə istinadən xəbər verir ki, Papa ölüm hökmünü insan ləyaqətinə “hücum” adlandırıb.
Fransis bu hökmü bütün hallarda “qəbuledilməz” hesab edib və bunun ləğvi üçün kilsənin böyük səylə çalışacağını bildirib.
O bu barədə Roma Katolik Kilsəsinin Katexizminə, doktrina kitabına dəyişiklik edilməsi haqda təlimat verib.Muxalifet - 3-08-2018
Əsgərin başını pulemyotla dağıtdılar - Erməni ordusunda şok cinayət
Mayın 6-da Ermənistanın Mehrab rayonundakı hərbi hissədə baş vermiş cinayətin üstü açılıb. Əsgər Levon Torosyanın qəsdən öldürüldüyü iddiası öz təsdiqini tapıb.
Teleqraf.com xəbər verir ki, cinayət hadisəsinin araşdırılması ilə məşğul olan vəkil Ruben Martirosyan qətli təsdiq edəcək faktlar aşkarladığını bildirib.
Vəkilin sözlərinə görə, əsgər Torosyan hadisənin baş verdiyi günün səhər saatlarında anasıyla telefonla danışarkən güllələnib.
O, müstəntiq K.Abazyanın cinayəti gizlətdiyini və Torosyanın xidmət vaxtı intihar etdiyini bildirb.Muxalifet - 3-08-2018
Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə 11 milyon 352 min manat ayırıb
Prezident İlham Əliyev “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında” sərəncam imzalayıb. “Report”un məlumatına görə, sərəncamda bildirilir ki, son illərdə sel və daşqınların zərərli təsirlərindən qorunmaq üçün genişmiqyaslı və böyükhəcmli mühafizə tədbirləri həyata keçirilmiş, daşqın təhlükəli çayların sahili boyunca mühafizə bəndləri tikilmiş, mövcud bəndlərin hündürlüyü artırılaraq möhkəmləndirilmiş, sel və daşqın sularının maneəsiz ötürülməsi üçün digər zəruri tədbirlər görülmüşdür.
Muxalifet - 3-08-2018
Azərbaycanda 42 əcnəbi saxlanıldı - Səbəb
Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.
DMX-dən bildiriblər ki, Xidmət tərəfindən avqustun 1-də və 2-də qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 42 əcnəbi saxlanılıb. Onlardan 10-u Hindistan, 7-si Türkmənistan, 5-i Gürcüstan, 4-ü Türkiyə, 2-si Birləşmiş Ərəb Əmirliyi, 2-si Pakistan, 2-si İraq, 2-si Tacikistan, 1-i Birləşmiş Krallıq, 1-i Rusiya, 1-i Əfqanıstan, 1-i Ukrayna, 1-i Moldova, 1-i Niderland, 1-i Filippin və 1-i İran vətəndaşıdır.Muxalifet3 - 3-08-2018