Axtarış
The search found 105844 results in 0.076 seconds.
Search results
Bakı bulvarında qadın özünü dənizə atdı
Bakıda qadın intihara cəhd edib.
Muxalifet.az xəbər verir ki, Sabunçu rayon sakini 36 yaşlı Ç.T. Dənizkənarı Milli Parkda, Saat qülləsinin yaxınlığında özünü dənizə atıb. Qadın polis və Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılıb.
Ç.T. polisə izahatında analığı ilə mübahisədən sonra intihar etməyə qərar verdiyini bildirib.
Muxalifet3 - 3-08-2018
"Bermud üçbucağı"nın sirri tapıldı - Alimlər inanılmaz faktı üzə çixardı
Böyük Britaniya alimləri "Bermud üçbucağı"nın sirrini tapıblar.
Muxalifet.az xəbər verir ki, alimlərin qənaətinə görə, "Bermud üçbucağı"nda gəmilərin yox olmasının səbəbi hündürlüyü 30 metrə qədər çatan "qatil dalğalar" ola bilər.
Belə qənaətə laboratoriya şəraitində sınaq keçirən Sautqempton Universitetinin alimləri gəliblər. Alimlər bildirirlər ki, üç güclü fırtınanın toqquşması nəticəsində yaranan dalğalar hətta böyük gəmini iki yerə parçalaya bilər.Muxalifet3 - 3-08-2018
Türkiyədən Tramp barəsində cinayət işi...
Türkiyəli vəkil Səlim Murad Çakın ABŞ Prezidenti Donald Tramp barəsində cinayət işinin açılmasını istəyib.
Muxalifet.az xəbər verir ki, Çakın FETÖ və PKK adına casusluq etməkdə günahlandırılan keşiş Endryu Bransonun azadlığa buraxılmasını tələb edən Trampın cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib.
Bundan əlavə, vəkil qeyd edib ki, Tramp Türkiyəyə yönəlik alçaldıcı və təhdid dolu sözlər səsləndirib.
"O, vəzifəyə gələndən sonra bir çox ölkənin müstəqilliyini heçə sayaraq, pis niyyətli çıxışlar edib", - vəkil bildirib.
Muxalifet3 - 3-08-2018
İşə qəbul olmaq istəyən müəllimlərin DİQQƏTİNƏ
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.
Təhsil Nazirliyindən bildiriblər ki, vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.
Ümumilikdə bu mərhələdə keçid balını toplayan 20 mindən çox namizəd iştirak etmək hüququ qazanıb.Muxalifet3 - 3-08-2018
Xamenei Ruhaniyə qarşı çıxdı: Azərbaycanlı barədə qərar
İranın Ali dini lideri Əli Xamenei həbsdə olan müxaliflər - Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılma tələbini rədd edib.
Muxalifet.az xəbər verir ki, Xamenei məsələ ilə bağlı açıqlamasında ölkədə daha böyük problemlərin olduğunu və hökumətin problemlərin aradan qaldırılmasında rol oynamalı olduğunu bildirib.Muxalifet3 - 3-08-2018
"540 azn maaş alan əhali üçün 0.30 qəpik bir şey deyil. Əsas imkanlardan yararlana bilməkdir..." - Millət vəkili
Həqiqət müqayisədə üzə çıxır. Müqayisə etdikdə görürük ki, avstriyalı aldığı maaşla azərbaycanlıdan 2 dəfə az metrodan istifadə edə bilir.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.
O qeyd edib ki, Avstriyada metroda bir gedişin qiyməti 2,4 avrodur, yəni 4,8 AZN-dir:Muxalifet3 - 3-08-2018
Rusiya XİN erməniləri təkzib etdi: Lavrov onunla görüşməyəcək
Rusiya XİN rəhbəri Sergey Lavrovla erməni həmkarı Zöhrab Mnatsakanyan arasında Moskvada görüş nəzərdə tutulmur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni mediasında yayılan xəbərlərə münasibət bildirərkən söyləyib.
"Lavrovun iş qarafikində belə bir görüş nəzərdə tutulmayıb", - Zaxarova qeyd edib.
Muxalifet3 - 3-08-2018
ABŞ-ın güclü ölkələri sıradan çıxarmaqda məqsədi nədir?
ABŞ digər ölkələrin iqtisadiyyatına sıx şəkildə təzyiq etmək siyasətini rəhbər tutur.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Ofitserov Belski söyləyib.
"ABŞ hazırda Avropa, Çin və başqa ölkələrə də sanksiyalar tətbiq edir. Qlobal hakimiyyət qurmaq uğrunda mübarizədə beynəlxalq arenadakı digər güclü ölkələrə qarşı sərt təzyiq siyasətindən istifadə edir", - Belski vurğulayıb.
Qeyd edək ki, ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi hazırlayır.
Muxalifet3 - 3-08-2018
Keçmiş merdən İncəyə: Yeni partiya yarat
Sən milli birisən, sənə məsləhətim yeni partiya yarat.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Ankara şəhərinin keçmiş meri Məlih Gökçək son günlər CHP-də sədr seçilməsi gündəmə gələn Məhərrəm İncəyə müraciətində deyib.
"İncə, biz müxəlifətik, ancaq sən milli birisən. Kamal Kılıçdaroğlu kimilərinin təlqinləri ilə siyasət yürütmürsən. Artıq CHP-də sənə həyat yoxdur. Əgər siyasətdən bir az anlayışım varsa, ilk seçkidə də CHP-ni keçəcəksən", - Gökçək bildirib.Muxalifet3 - 3-08-2018
Moskva qayğılıdır: sədaqətsizlik və ya nankorluğun sərhədi
İrəvanda insanlar küçəyə çıxıb etiraz edəndə başlarına nələrin gələ biləcəyini təsəvvür belə edə bilməyiblər. İndi onların əksəriyyəti bu suala cavab axtarırlar. Rəsmi İrəvan isə “məxməri inqilab”ın bəhrələrindən faydalanmaqdadır. İndi N.Paşinyan bir zamanlar ona pislik etmiş adamları cəzalandırmaqla məşğuldur. Əlbəttə, o, bunları demokratiya və insan haqları naminə etdiyini söyləyir. Artıq 2008-ci ildə N.Paşinyanı həbs etdirənlərdən R.Koçaryan həbsə atılıb. Sırada general Y.Xaçaturov vardır. Növbə kimindir? Kim olur-olsun, Moskva narazılığını bildirir.
Muxalifet3 - 3-08-2018
Becərdiyi çətənə kollarını könüllü şəkildə polisə verdi
Xudat şəhər sakini kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolunu könüllü şəkildə Quba Rayon Polis Şöbəsinə (RPŞ) təhvil verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 2-də Xudat şəhər sakini Namik Nəsrullayev Quba RPŞ-nə müraciət edərək, bir ay əvvəl meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edərək becərdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərini könüllü olaraq polisə təqdim edib.Muxalifet3 - 3-08-2018
Ermənilər tərəfindən əsir-girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı son STATİSTİK MƏLUMATLAR
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı avqustun 1-ə olan statistik məlumatları açıqlayıb.
Muxalifet.az xəbər verir ki, komissiyadan Trend-ə verilən məlumata görə, hazırda Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3875 nəfər təşkil edir. Onlardan 3610 nəfəri kişilər, 265 nəfəri isə qadınlardır.Muxalifet3 - 3-08-2018
UEFA-dan Rusiya və Ukrayna ilə bağlı xüsusi qərar
Rusiya və Ukrayna klublarının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, buna səbəb hər iki ölkə komandalarının növbəti mərhələdə üz-üzə gəlməsinin qarşısını almaqdır.
Qurumun İcraiyyə Komitəsinin qərarlarına əsasən PAOK (Yunanıstan) - “Spartak” (Moskva, Rusiya) cütünün qalibi “Benfika” (Portuqaliya) - “Fənərbağça” (Türkiyə), “Slaviya” (Praqa, Çexiya) - “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi isə “Standard” (Lyej, Belçika) - “Ayaks” (Hollandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.Muxalifet3 - 3-08-2018
Orxan Camalın qətli ilə bağlı yayılan xəbərlərə - Rəsmi münasibət
Rusiya əsgərləri Mərkəzi Afrika Respublikasında yalnız təlim vermək məqsədilə xidmət edirlər.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
Bu ölkədə öldürülən 3 jurnalistlə bağlı yayılan xəbərlərdən danışan Zaxarova Rusiya əsgərlərinin MAR-da silahlı münaqişələrdə iştirak etmədiyini, rus əsgərlərin sözügedən ölkədə qanuni fəaliyyət göstərdiyini vurğulayıb:Muxalifet3 - 3-08-2018
SON DƏQİQƏ: Yezidlər Ermənistana qarşı döyüş əmri verdi - FOTO
Yezidlər ABŞ protektoratı altında Ermənistan ərazisində Yezidistan dövlətinin yaradılmasını tələb edirlər. Bunu yezidlərin lideri Sultan Kelaş Vaşinqtonda bəyan edib. O qeyd edib ki, bununla bağlı ABŞ prezidenti Donald Trampa müvafiq məktub göndərib. Muxalifet.az-ın Eurasia News-a istinadən məlumatına görə, yezid şahzadəsi deyib ki, Ermənistandakı yezid əhalisinin maraqlarını nəzərə alaraq, Yezidistan dövlətini yaratmaq lazımdır, hansı ki, ABŞ-ın protektoratı altında ola bilər və hansı ki, Birləşmiş Ştatların milli inzibati ərazisi hesab etmək mümkün olardı.
Muxalifet3 - 3-08-2018
Məhkəmədə məhkumun ağzı bağlandı - 30 dəqiqədə 12 dəfə...
ABŞ-da məhkəmələrdən birində məhkumun ağzı bağlanıb.
Muxalifet.az xəbər verir ki, hakimin xəbərdarlıqlarına baxmayaraq, 30 dəqiqə ərzində 12 dəfə söz verilmədən danışan Frankli Uilyamsın ağzı hakimin qərarı ilə bantlanıb.
Hakim Russo məhkuma vəkillərin danışmasına imkan verməyi tələb edib, ancaq o, buna məhəl qoymayıb. Ona görə də hakim bu qərarı verib.
Qeyd edək ki, sözügedən məhkum qarət, adam qaçırılması və oğurluqda ittiham edilib.
Məhkəmənin qərarı ilə 24 il həbs cəzası alıb.
Muxalifet3 - 3-08-2018
ABŞ Rusiya bankına sanksiya tətbiq etdi - Maraqlı səbəb
ABŞ Rusiyanın "Aqrosoyuz" bankına sanksiya tətbiq edib.
Muxalifet.az xəbər verir ki, rus bankına ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında olan Şimali Koreya vətəndaşı "Foreign Trade Bank"ının Moskva nümayəndəsi Xan Yanq Suya xidmət göstərdiyi üçün sanksiya tətbiq edilib.
Muxalifet3 - 3-08-2018
Güləşçimiz Avropa çempionatında medal qazandı
İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.
Muxalifet.az xəbər verir ki, çempionatın dördüncü günündə gənc qızlardan ibarət yığmamızın iki üzvü mübarizə aparıb. Güləşçilərimiz günü bir gümüş medalla başa vurublar.Muxalifet3 - 3-08-2018
Çində dəhşətli daşqınlar: 5,5 min sakin təxliyə edildi
Çinin Sintszyan-Uyğur muxtar rayonunda daşqınlar nəticəsində 20 insan həlak olub, 8 nəfər itkin düşüb.
Muxalifet.az xəbər verir ki, 5,5 min yerli sakin təhlükəsiz ərazilərə təxliyə edilib.
Fövqəladə vəziyyətlə əlaqədar yerli hakimiyyət orqanları zəruri tədbirlər görürlər.
Muxalifet3 - 3-08-2018
ABŞ-la gərginlik Türkiyəyə turları ucuzlaşdırdı
ABŞ ilə Türkiyə arasında yaşanan böhran qardaş ölkədə tətil qiymətlərinə də təsir göstərib.
Muxalifet.az xəbər verir ki, türk lirəsinin 30 faizdən çox dəyər itirməsi Türkiyəyə təyyarə biletlərində 4 faiz, tətil turlarında isə 3 faiz ucuzlaşmaya səbəb olub.
"BCS Broker" təşkilatının baş investisiya məsləhətçisi Sergey Skoroboqatov ABŞ-ın sanksiyalarının Türkiyədə vəziyyəti daha da ağırlaşdıracağını qeyd edib:
"2015-ci ilin əvvəlindən bu yana türk lirəsi 130 faizdən çox dəyər itirdi və bu gedişat vəziyyəti daha da dərinləşdirəcək".
Muxalifet3 - 3-08-2018