Axtarış

The search found 105844 results in 0.076 seconds.

Search results

  1. ​BATE "Qarabağ"la oyunun hazırlığına başladı

    Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq BATE oyunun hazırlıqlarına start verib.
    Qol.az-ın yaydığı xəbərə görə, Dudinkadakı bazada keçirilən məşqdə zədəsini sağaldan müdafiəçisi Nemanya Milunoviç də iştirak edib.
    Qeyd edək ki, "Qarabağ"ın BATE ilə ilk oyunu avqustun 7-də Bakıda, cavab qarşılaşması isə avqustun 14-də Borisovda olacaq.
     

    Muxalifet3 - 3-08-2018

  2. ​Yunanıstandakı faciə istefaya səbəb oldu

    Yunanıstanda Dövlət Təhlükəsizliyi və Mülki Müdafiə Nazirliyinin vəkili Nikos Toskas istefa verib.
    Muxalifet.az xəbər verir ki, Toskas istefa səbəbi kimi ötən həftə Yunanıstanda baş verən yağın faciəsini göstərib.
    Yunanıstan hökuməti bildirib ki, baş nazir Toskasın istefasını qəbul edib, xidmətlərindən dolayı ona təşəkkür edib.
    Toskas açıqlamasında bildirib ki, baş verən təbii fəlakət nəticəsində çoxlu insanın həyatını itirməsi vəzifəmə davam etmək istəyimin üzərindən xətt çəkib.

    Muxalifet3 - 3-08-2018

  3. ​Ayılar Ordubadda kəndə hücuma keçdi

    Naxçvan Muxtar Respublikasının Ordubad rayonunda qeyri-adi hadisə baş verib. Ayılar Dırnıs kəndinə hücum çəkib.
    Kənd sakini Nizami İsmayılbəylinin  verdiyi məlumata görə, ayıların hücumu nəticəsində insanlara xətər toxunmayıb:
    "Ayı bal yemək üçün arı pətəklərinə hücum edir. Bir aya yaxındır ki, nə gecəmiz var, nə də gündüzümüz. Artıq 50-dən çox arı pətəyini dağıdıb. Ayını tuta bilmirik. Tutsaq da, öldürməyə ixtiyarımız yoxdur. Əlacımız yalnız patrona qalıb. Müraciət etmişik, bizə patron veriblər, arada atırıq ki, ayı qorxub yaxına gəlməsin”.

    Muxalifet3 - 3-08-2018

  4. ​Azəri Günel bu xəstəlikdən əziyyət çəkir

    Tanınmış müğənni Günel Zeynalovadan xəbər var.
    Muxalifet.az xəbər verir ki, ifaçı miqren xəstəliyindən əziyyət çəkir. Müğənni bu barədə sosial şəbəkədə paylaşım edib.
    O, görüntüyə "Miqren, xeyirdimi?" şərhini əlavə edib.

    Muxalifet3 - 3-08-2018

  5. ​ABŞ-ın bu addımı Türkiyəni qəzəbləndirir - Hicaz

    Türkiyə ilə ABŞ arasındakı yaşanan böhran uzun müddət davam etməsinə baxmayaraq, həmişə qalib gələn türk praqmatizmi olur.
    Muxalifet.az xəbər verir ki, bunu BƏƏ-nin "Əl-Mustaqbal" araşdırma mərkəzinin siyasi eksperti Abdel Lətif Hicaz deyib.

    Muxalifet3 - 3-08-2018

  6. Keşiş Brunson böhranı ilə bağlı “NATO” xəbərdarlığı!

    Almaniya Azad Demokrat Partiyasının (FDP) Federal Məclisdəki qrup başqan vəkili Aleksandr Lambsdorff, Türkiyə və ABŞ-a keşiş Brunson böhranına son qoymaq çağırışı edib. Lambsdorff, müttəfiqlərə NATO-nu zəiflətməmələri ilə bağlı müraciət edib.
     
    Alman vəkil Aleksandr Lambsdorff Amerikalı keşiş Endryu Brunsonın Türkiyədə mühakimə olunması səbəbindən Ankara ilə Vaşinqton arasında baş verən gərginliyin danışıqlar yolu ilə həll edilməsini tələb edib.

    Muxalifet3 - 4-08-2018

  7. Ərəb ekspertdən ABŞ-Türkiyə böhranı ilə bağlı şok açıqlama

    ABŞ-ın strateji tərəfdaşlarından biri olan Birləşmiş Ərəb Əmirliklərində "Al-Mustaqbal" adlı araşdırma mərkəzinin Türkiyə üzrə mütəxəssisi Abdel Lətif Hicaz, ABŞ ilə Türkiyə arasında davam edən və ABŞ-ın son addımı ilə soyuq savaş halına gələn gərginliyin qalibinin hər zaman Türkiyə olduğunu deyib.
     
    QALİB OLAN HƏR ZAMAN TÜRKİYƏ OLUR
     

    Muxalifet3 - 4-08-2018

  8. Tramp administrasiyasının saxta hesabatı ABŞ-I qarışdırdı

    ABŞ prezidenti Donald Tramp rəhbərliyinin, ölkənin yoxsulluq vəziyyəti barədə xalqa yanlış və ya natamam məlumatlar verdiyi ortaya çıxıb.
     
    “Foreign Policy” qəzetində yer alan xəbərə görə, ABŞ rəhbərliyi, may ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Üzrə Ali Komissarlığının yaydığı ölkənin yoxsulluq həddini göstərən hesabata etiraz edərək, ölkənin yoxsulluq səviyyəsi məsələsində səhv və ya natamam məlumatlar bölüşüb.

    Muxalifet3 - 4-08-2018

  9. ​ABŞ Paşinyanı Kremldən qoruya biləcəkmi? – Şərh

    ABŞ Rusiyanın forpostu Ermənistanda Kremlə siyasi baxımdan “ustad dərsi” keçdi.
    Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Ermənistandakı inqilabın arxasında duran, bu inqilaba dəstək verən birmənalı şəkildə ABŞ-dır:

    Muxalifet - 4-08-2018

  10. ​Parlamentin Ruhanidən hesabat tələbi - BÖHRAN İRANI ÇALXALAYIR

    İran parlamenti ölkədə baş verən iqtisadi böhrana görə Prezident Həsən Ruhanidən hesabat tələb edib.
    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, prezident bu məqsədlə parlamentə dəvət edilib.
    Qeyd edək ki, ABŞ Preizdenti Donald Trampın nüvə müqaviləsindən çıxmasından sonra iqtisadi sanksiyalarla üz-üzə qalan İranda milli valyuta rial dollar qarşısında 130 faiz bahalaşıb.

    Muxalifet - 4-08-2018

  11. Rüstəm Məmmədov: “Paşinyan razılıq verəcək...” – Müsahibə

    Teleqraf.com hüquq elmləri professoru, politoloq Rüstəm Məmmədovla müsahibəni təqdim edir:
    - Rüstəm müəllim, Nikol Paşinyanın baş nazir kimi fəaliyyətinin 100 günü yaxınlaşır. Bu müddətdə Ermənistanın apardığı siyasi xətti, bu ölkədə baş verənləri necə qiymətləndirirsiniz?

    Muxalifet - 4-08-2018

  12. ​ŞİMALİ KOREYA TAKTİKASI İRANA QARŞI İŞLƏYƏCƏKMİ? – “Ən yaxşı variant Trampın getməsini gözləməkdir”

    “Şimali Koreyaya qarşı həyata keçirilmiş fənd İranla bağlı məsələdə işə yarayacaqmı? İran prezidenti Həsən Ruhani və ABŞ prezidenti Donald Tramp arasında bu yaxınlarda baş verən qarşılıqlı təhdidlər belə bir sual doğurub: görəsən dünya əvvəllər buna bənzər şey görübmü və ya bütün baş verənlər nəylə qurtaracaq? Şimali Koreya hadisəsində olduğu kimi, Trampın sanksiyaları və Tehrana qarşı kritik təzyiqləri artıraraq ümumi yekunda isə geriyə çəkilərək cüzi razılaşma əldə etmək yoluyla köhnə tikanı söküb çıxarması mümkündürmü?

    Muxalifet - 4-08-2018

  13. Tramp yalançılıqda rekord vurub: 558 GÜNDƏ 4 MİN YALAN

    ABŞ prezidenti Donald Trampın, Ağ Evə çıxdığı 558 gündən bu yana 4229 dəfə yalan xəbər, ya da yalan məlumat yaydığı irəli sürülüb. “The Washington Post” qəzeti, prezident kürsüsündə əyləşməsindən bu yana Trampın çıxışları zamanı söylədiklərini və ya Twitter hesabından bölüşdüyü məlumatları özlərinə aid olan “The Fact Checker”, yəni “təsdiq etmə” üsulu ilə müqayisə edib. Trampın yalan iddialarında son iki ay içərisində 978 artım olduğu müəyyən olunub. Trampın bu prosesdə gündə orta hesabla 16 dəfə əsassız iddiada olduğu müəyyənləşdirilib.

    Muxalifet3 - 4-08-2018

  14. İranda imam XALQA ÇAĞIRIŞ etdi: Səhnəyə çıxın...

    Xalq artan problemlər qarşısında hökumət və parlamentin lazımi tədbirləri görməyəcəyi təqdirdə meydana çıxmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Məşhəd şəhərinin imamı Əhməd İlmulhuda deyib.
    Məşhəd şəhərində cümə namazı zamanı xalqa xitab edən İlmulhuda İran xalqından etirazlar zamanı amerikalı casusların istəyi istiqamətində hərəkət etməmələrini, əksinə, hökumətin xalqın problemlərinə səssiz qalmaması üçün səhnəyə çıxmağı tələb edib.
    İlmulhuda İranın iqtisadi baxımdan çətin günlər keçirdiyini və ölkənin zəif nöqtəsinin iqtisadiyyat olduğunu bildirib.

    Muxalifet - 4-08-2018

  15. İsrailli şagirdlər bunu gözləmirdi: SƏUDİYYƏLİ ŞAGİRDLƏR..

    İsrailin Fələstinlilərə tətbiq etdiyi terrora etiraz edən Səudiyyə Ərəbistanlı tələbələr, Ukraynada keçirilən bir idman müsabiqəsində İsrailli tələbələr əl uzatsalar da, əlləri havada qalıb, Səudiyyəli tələbələr onlarla görüşməyi rədd edib.
     
    Ukraynada gerçəkləşən beynəlxalq idman müsabiqəsində, Səudiyyə Ərəbistanı təmsil edən 2 tələbə, idman salonundan ayrılmazdan əvvəl İsrail komandasınndan 2 tələbə ilə qarşı-qarşıya gəlib.

    Muxalifet3 - 4-08-2018

  16. ​Cəbhədə GƏRGİNLİK

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 68 dəfə pozub.
    Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 4-08-2018

  17. ​Dəhşətli vertolyot qəzası: 18 nəfər həlak oldu

    Rusiyanın Krasnoyarsk vilayətində sərnişin vertolyotu qəzaya uğrayıb.
    MUxalifet.az xəbər verir ki, "Mi-8" tipli sərnişin vertolyotunun qəzaya uğraması nəticəsində 3-ü heyət üzvü olmaqla göyərtədən olan 18 nəfər həlak olub.
    İqarka şəhərindən 2 km aralıda sərt eniş edən vertolyotun göyərtəsindəki sərnişinlərin "Ankor" şirkətinin əməkdaşları olduğu bildirilir.
    İlkin ehtimala görə, qəzaya texniki nasazlıq, yaxud pilotun səhvi səbəb olub.

    Muxalifet - 4-08-2018

  18. ​Yasamalda 36 yaşlı kişi bıçaqlandı

    Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Səxavət Vahidov bıçaqlanıb.
    Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
    Səxavət Vahidovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
    Faktla bağlı cinayət işi başlanıb.

    Muxalifet - 4-08-2018

  19. ​Vaşinqtonla Seul razılaşdı: Sanksiyalar ləğv edilmir

    Sinqapurda ABŞ Dövlət katibi Mayk Pompeo ilə Cənubi Koreya Xarici İşlər naziri Kan Qyon Xva arasında qeyri-rəsmi görüş olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Renxap” agentliyi yayıb. Tərəflər arasında əsas müzakirə mövzusu Şimali Koreyanın denuklearizasiyası və Koreya yarımadasındakı sülh məsələsi olub. Hər iki nazir Şimali Koreyanın real addımlar atmayacağı ana qədər Pxenyana qarşı sanksiyalarını qoruyub saxlayacaqlarını bildiriblər.

    Muxalifet - 4-08-2018

  20. Səudiyyə Ərəbistanında qar yağdı

    Səudiyyə Ərəbistanının Xamis Muşayt şəhərinə qar yağdı, mənzərələr sosial mediada gündəm oldu.
     
    Səudiyyə Ərəbistanının Əsr Bölgəsində yerləşən Xamis Muşayt şəhərində bu gün başlayan leysan yağış daha sonra qara çevrilib. Çöl iqliminin hakim olduğu ölkədə yağan qar, çaşqınlığa yol açıb.
    Vətəndaşlar isə qarla örtülmüş küçələrin görüntülərini sosial mediada bölüşüb.
    Müxalifət.az

    Muxalifet3 - 4-08-2018

Pages