Axtarış

The search found 105844 results in 0.077 seconds.

Search results

  1. Fermada çobanlar bıçaq davasına çıxdılar - Bərdədə

    Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidməti Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, avqustun 3-də səhər saat 10 radələrində Bərdə rayon Türkmən kəndi ərazisindən Seymur Bayramov bıçaqlanıb.
    Yaralı kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirildiyi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
    Yaralı əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir.
    Məlumatla əlaqədar Bərdə rayon polis şöbəsində dərhal əməliyyat-axtarış qrupu yaradılıb.

    Muxalifet - 4-08-2018

  2. ABŞ dövlət katibindən “Türkiyə” açıqlaması

    ABŞ-ın Türkiyəyə sanksiya qərarı almasından sonra dünən xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-lı həmkarı Mayk Pompeo Sinqapurda bir araya gəlmişdi. ABŞ-ın dövlət katibi Mayk Pompeo, Çavuşoğlu ilə Sinqapurda keçirdikləri görüşün detallarını açıqlayıb.
     

    Muxalifet3 - 4-08-2018

  3. ​Qida Təhlükəsizliyi Agentliyindən energetik içkilərlə bağlı XƏBƏRDARLIQ

    Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.
    Bu barədə Muxalifet.az-a agentlikdən bildirilib.

    Muxalifet - 4-08-2018

  4. ​Rusiyada qəzaya uğramış "Mi-8" vertolyotunun hər iki "qara qutu"su tapıldı

    Səhər saatlarında Rusiyanın Krasnoyarsk vilayətində qəzaya uğramış "Mi-8" tipli sərnişin vertolyotunun hər iki "qara qutu"su xilasedicilər tərəfindən tapılıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidmətindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
    "Mi-8"in düşdüyü yerdə uçuşun parametrlərini qeydə alan cihaz və danışıqları yazan bort qurğusu tapılıb", - deyə o bildirib.

    Muxalifet - 4-08-2018

  5. ​Bakı-Xudat marşrut avtobusu aşıb – Xəsarət alanlar var

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Xudat marşrut avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri tibbi yardımdan imtina etsə də, sərnişinlərdən 1970-ci il təvəllüdlü İlqar Axundov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

    Muxalifet - 4-08-2018

  6. ​Polis bir gündə 61 nəfəri TUTDU

    Respublikanın daxili işlər orqanları tərəfindən avqustun 3-dən 4-nə dək 108 cinayət faktı qeydə alınıb.
    Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, baş vermiş cinayət hadisələrinin 26-sı “isti izlər”lə açılıb.
    Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
    Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 4-08-2018

  7. Bu iddia müharibəyə səbəb olacaq – BMT-nin məxfi məruzəsi ORTAYA ÇIXDI

    Koreya Xalq Demokratik Respublikası (KXDR) Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarını pozmaqla öz nüvə və raket proqramlarını inkişaf etdirməyə davam edir.
    Muxalifet.az publika.az-a istinadla xəbər verir ki, bu haqda BMT-nin məxfi məruzəsinə istinadən “Röyters” agentliyi bildirib.
    Agentliyin məlumatına görə, məruzə avqustun 3-də KXDR barəsində sanksiyalar üzrə BMT Təhlükəsizlik Şurasının komitəsinə təqdim edilib. Onun hazırlanmasında yarım il ərzində BMT-nin sanksiyalarının icrası üzrə vəziyyəti qiymətləndirən müstəqil ekspertlər iştirak ediblər.

    Muxalifet - 4-08-2018

  8. ABŞ-Türkiyə gərginliyinin 7 əsas səbəbi – TƏHLİL

    Türkiyənin son dövrdə xarici siyasət, müdafiə sənayesi və iqtisadiyyatda atdığı müstəqil addımlar ABŞ-ı narahat edir. Beynəlxalq ticarətdə dollar xaricində başqa pul vahidi istifadə edilməsindən narazı olan ABŞ, Türkiyənin xüsusən Çin, Rusiya və Hindistan üçlüyü ilə birgə bazar qurmasına mane olmaq istəyir.
     
    Eyni zamanda FETÖ ilə mübarizə məsələsində yeni dəlillərin ortaya çıxmasından narahat olan ABŞ rəhbərliyi, FETÖ başçısının qaytarılması məsələsində də küncə sıxışdırılıb. Türkiyəni ABŞ-ın hədəfinə gətirən 7 əsas səbəb var:
     

    Muxalifet3 - 4-08-2018

  9. Kremldən Ermənistana növbəti mesaj: Təəssüf...

    Biz Gürcüstanda keçirilən “Layiqli tərəfdaş” təliminin Qara dənizdə təhlükəsizlik və stabilliyin gücləndirilməsinə xidmət etməsi fikriylə razılaşa bilmərik.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
    “Bu təlimin əsas hədəfi Abxaziya, Cənubi Osetiya və Rusiyaya təzyiqin gücləndirilməsidir. Təəssüflənirik ki, müxtəlif bəhanələrlə bu tədbirə Gürcüstana qonşu olan ölkələr cəlb edilib. Stabillik helikopter və tanklar yox, konstruktiv dialoqdur”, – deyə o bildirib.

    Muxalifet - 4-08-2018

  10. ​Adnan Oktarın “dəlilik kağızları” üzə çıxdı - Cinayətkar qrup başçısı 10 ay dəlixanada yatıb

    Muxalifet.az bildirir ki, həbs olunan Adnan Oktarın əqli durumu müzakirə mövzularından biridir. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Oktarın vəkili “bu, cəzasızlıq səbəbidir. Növbəti mərhələdə bunu dəyərləndirərik” deyib. Oktarın istintaqı zamanı sözügedən bəhanənin dəyərləndiriləcəyi təxmin edilir. Oktarın əqli sağıamlığı illər öncəki məhkəmələrində gündəmə gəlmişdi.

    Muxalifet - 4-08-2018

  11. ​SABİQ DEPUTATIN QIZI “KAMAZ”la QUBA YOLUNDA… – Yol Polisindən şok protokol

    “Bu gün ünvanıma elektron protokollar göndərilib. Baş Dövlət Yol Polisi İdarəsi 99- MP-847 nömrəli başqasının maşınının protokolunu da mənim adıma göndərib! Ona görə də məktubu mənə göndərənlər inciməsinlər, başqasının əvəzinə pul ödəmək həvəsim yoxdur…
    Buna dözmək olar, uzaqbaşı fikirləşərəm ki, “texniki səhv” olub. Bəs, qızımın ünvanına gələn protokola nə ad verək?”

    Muxalifet - 4-08-2018

  12. ​Lənkəranskinin tərəfdarları hakim qarşısında – Prokurordan protest

    Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının barəsində olan hökmdən verilmiş şikayət üzrə məhkəmənin vaxtı açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən prokuror tərəfindən apelyasiya protesti verib.

    Muxalifet - 4-08-2018

  13. ​Səhiyyə Nazirliyində yoxlama: Anbarlarda artıq dərman qalıb...

    Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2016-cı il fevralın 1-dən bu il yanvarın 1-dək olan dövrdə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

    Muxalifet - 4-08-2018

  14. ​"Qəbələ"dən şok qərar - I Divizionda oynamaqdan imtina etdi

    "Qəbələ" futbol klubu əvəzedici komandasının I divizionda iştirak etməsinə razı deyil.
    Milli.Az Azərbaycan radiosuna istinadən xəbər verir ki, klub rəhbərliyi bunu əlavə maliyyə itkisi kimi qiymətləndirib və əvəzedicilərinin I divizionda iştirakından imtina edib. Bununla bağlı AFFA və PFL-ə də məlumat verilib.
    Hazırda AFFA, PFL və "Qəbələ" arasında danışıqlar gedir.

    Muxalifet - 4-08-2018

  15. ​Türkiyədə polis avtomobili partladıldı

    Türkiyənin Hakkari əyalətinin Yüksekova rayonunda zirehli polis avtomobili minaya düşüb, bir polis əməkdaşı şəhid olub, 8 polis yaralanıb.
    Yerli mətbuat yazır ki, məlumatı təhlükəsizlik qurumları yayıb.
    Partlayış polis avtomobilinin keçəcəyi yola terrorçu PKK qruplaşmasının yerləşdirdiyi uzaqdan idarə edilən partlayıcının işə salınması nəticəsində baş verib.
    Bölgədə antiterror əməliyyatı davam edir.

    Muxalifet - 4-08-2018

  16. 2 önəmli PKK-lı qadın yaxalandı

    Terror təşkilatı PKK-nın terror aktlarını təşkil edən, təşkilata yeni terrorçu “kadrlar” qazandıran iki PKK-lı qadın İstanbulda yaxalanaraq saxlanılıb. İstanbulda PKK-nın terror aktlarını təşkil edən S.Ç. ddlı qadın ilə Diyarbəkirdən İstanbula gələrək təşkilata yeni terrorçu kadrlar cəlb edən və maddi-texniki dəstək təmin edən F.Y. adlı qadın yaxalanıb. PKK-nın İstanbuldakı bu 2 əsas şəxsinə yardım və vasitəçilik edən 6 nəfər də saxlanılıb. Müxalifət.az

    Muxalifet3 - 4-08-2018

  17. ​Rusiya ABŞ-a məxfi məktub ünvanladı

    Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov ABŞ hərbi komandanlığına məktub ünvanlanyıb.
    Muxalifet.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məktubda Rusiyadan ABŞ-a Suriyanın bərpası üçün təklif ünvanlanıb.
    Məktubun ünvanlanması üçün tam məxfi kanallardan istifadə edildiyi bildirilir.
    Təklif əsasən, ölkənin bərpası və qaçqınların geri qaytarılması prosesində əməkdaşlığı nəzərdə tutur.
    Məktubun iyulun19-da ABŞ-ın ərazi üzrə əsas generalı, dəniz piyadaları komandanı general Cozef Danforda ünvanlanıb.

    Muxalifet - 4-08-2018

  18. ​Paşinyan Qarabağ klanını məhv edir: Ohanyan da həbs edilir

    Ermənistan Baş nazirinin keçmiş müavini Armen Gevorkyana qarşı ittiham irəli sürülüb.
    Muxalifet.az axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan “İctimai” televiziyasına açıqlamasında Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan deyib. Onun sözlərinə görə, Gevorkyan 1 mart qırğınlarında iştirakda ittiham edilir.
    Gevorkyanla bərabər Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyana qarşı da ittiham irəli sürülüb.
    Qeyd edək ki, Gevorkyan 1 mart qırğınları zamanı Milli Təhlükəsizlik Şurasının rəhbəri olub. O, hazırda “Ardşinbank”a rəhbərlik edir.

    Muxalifet - 4-08-2018

  19. ​Erməni-rus münasibətlərinin “Belaruslaşdırılması” - Azərbaycan qabağa çıxır

    Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun həbsi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda şok effekti yaratdı. Bu, Ermənistan – Rusiya münasibətlərindəki gərginliyin başlanğıcı, yaxud Kremlin yeni ssenarisi üzrə davam etdirilməsinə yönəlik atılmış ilk addımdır.
    Muxalifet.az xəbər verir ki, bu fikirlər Rusiyada fəaliyyət göstərən “EADaily” portalında dərc edilmiş analitik materialda yer alıb.

    Muxalifet - 4-08-2018

  20. Rus hərbi ekspertdən xəbərdarlıq: BU BÖLGƏLƏRDƏ III DÜNYA MÜHARİBƏSİ BAŞLAYA BİLƏR

    Rus VPK qəzetinin xəbərinə görə, Rus Hərbi Raket və Artilleriya Elmlər Akademiyasının vitse-prezidenti Konstantiv Sivkov, 3-ci Dünya Müharibəsinin potensial olaraq başlaya biləcəyi əsas hərbi təhdid və yerləri sadalayıb.
     

    Muxalifet3 - 4-08-2018

Pages