Axtarış

The search found 105844 results in 0.081 seconds.

Search results

  1. ​Bakıda ruhi xəstə qadın itkin düşdü

    Bakıda ruhi xəstə itkin düşüb.
    Trend-in məlumatına görə, hadisə avqustun 3-də baş verib.
    Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Səfərova Lətifə Adıgözəl qızı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, avqustun 3-də saat 18:15 radələrində Xətai rayonu, H.Mahmudov küçəsi 15 ünvanında onunla birlikdə yaşayan 1960-cı il təvəllüdlü baldızı, ruhi xəstə olan Mustafayeva Ofelya Şahib qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.
    Faktla bağlı Xətai rayon 34-cü polis bölməsində araşdırma aparılır.

    Muxalifet - 4-08-2018

  2. ABŞ-dan Rusiya üçün İnterpol tələbi

     ABŞ Senatı, Rusiya ilə ipləri gərəcək daha bir həmlə edib. Senat, Rusiya üçün İnterpol məhdudlaşdırması tələb edib.
     
    ABŞ senatı, Rusiyanın İnterpol axtarmalarından sui-istifadə etdiyi və bu səbəblə də məhdudiyyət tələb edib.

    Muxalifet3 - 4-08-2018

  3. Rusiya Pentaqona məxfi məktub göndərdi

    Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ-ın Baş Qərargah rəisi Cozef Danforda Suriya ilə bağlı məxfi məktub göndərib.
     
    Bu barədə informasiyanı “Röyter” agentliyi əldə etdiyi məxfi sənədlər əsasında yayıb. Agentlik məktubun Danforda Putinlə Trampın Helsinkidəki görüşündən bir neçə gün sonra – 19 iyulda verildiyini bildirib.

    Muxalifet3 - 4-08-2018

  4. Ana və körpəsi doğuşda ölüb

    Üçüncü hamiləliyini keçirən Lerik rayon sakini Elnarə Sadqovanın avqustun 4-də xəstəxanada vəfat etdiyi bildirilir.
     
    Lənkəran Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Əbülfəz Məmmədov bildirib ki, E.Sadıqova avqustun 3-də axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
    Onun dediyinə görə, qadında doğuş zamanı qanaxma ehtimalı yüskək olub.

    Muxalifet3 - 4-08-2018

  5. Avtomobil bakından artıq yanacaq aparan rüsum ödəyəcək

    Azərbaycan Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında qərar qəbul edib.
     

    Muxalifet3 - 4-08-2018

  6. ​Almaniyadan Türkiyə açıqlaması - “Qarşılıqlı əlaqələrimizin daha da normallaşmasını istəyirik”

    Muxalifet.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Heyko Maas Almaniya ilə Türkiyə arasındakı münasibətlərin daha da normallaşmasını istədiyini bildirib.

    Muxalifet - 4-08-2018

  7. Abdullah Gülün şəxsi həkimi həbs edildi - FETÖ-ya üzvlükdə ittiham olunur

    Türkiyənin keçmiş prezidenti Abdullah Gülün prezident postunda olduğu vaxt şəxsi həkimi olmuş Sədat Canər həbs edilib.
    Muxalifet.az xəbər verir ki, Ankara polisi tərəfindən saxlanılan Canər FETÖ-ya üzvlükdə ittiham edilir.
    S.Canərlə birlikdə daha 19 nəfər nəzarət altına alınıb.

    Muxalifet - 4-08-2018

  8. ​“Bizə bu heç sərf etmir, bahadır” – Telefonlara tətbiq olunan rüsumun səbəbləri (VİDEO)

    Şəxsi istehlak üçün Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumu artırılıb. Təsdiq olunan rüsum məbləğlərinə görə yeni qiymət 30 manatdan 150 manata qədər təşkil edir. İndiyədək telefonların bu məbləğ 5 manat idi. Bəs rüsumun artırılması ölkəyə gətirilən mobil telefonların sayına, satış qiymətinə və yaxud alıcı qabiliyyətinə necə təsir edəcək?

    Muxalifet - 4-08-2018

  9. "Yumurtanın qiyməti payız aylarında ucuzlaşa bilər" - Quşçular Cəmiyyətinin sədri

    “Yumurta və quş ətinin qiymətində yaxın aylarda artım gözlənilmir. Ola bilsin ki, payız aylarında yumurtanın qiyməti ucuzlaşsın”.
    Bunu “Report”a Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.
    A.Vəliyevin sözlərinə görə, yemlərin 70-80%-ni xaricdən alırlar: “Yerli istehsal yem tələbatının 15-20%-ni ödəyir. Yemin qiymətində xaricdə dəyişiklik olmasa, bizim qiymətlərdə də heç bir dəyişiklik gözlənilmir”.

    Muxalifet - 4-08-2018

  10. Çindən ŞOK qərar: Suriyaya ordu yeridir – Əsədlə anlaşma

    Çin Bəşər Əsəd ordusunun Suriyanın İdlib bölgəsində keçirdiyi anti-terror əməliyyatlarına dəstək verəcək.
    Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Çinin Suriyadakı səfiri Xi Xianjin açıqlama verib.
    O, Çin ordusunun əməliyyatlarda iştirak etmək üçün hazırlıqlara başladığını da açıqlayıb.
    Səfir İdlibdə uyğur cihadçıların olduğunu bildirərək, bu əməliyyatlarda iştirak etməyin Çinin milli maraqlarına uyğun olduğunu diqqətə çatdırıb.

    Muxalifet - 4-08-2018

  11. “Paşinyan özünü bədbəxt edəcəkdi” – Rusiyalı politoloqdan ŞOK açıqlama

    Ermənistanın yeni Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu həbs etməklə özünü təsdiq etməyə çalışırdı.
    Muxalifet.az xəbər verir ki, bunu rusiyalı politoloq Ruslan Puxov deyib.
    Puxov erməni baş nazirin özünü Rusiya qarşısında müstəqil dövlətin başçısı kimi göstərməyə cəhd etdiyini bildirib:

    Muxalifet - 4-08-2018

  12. Sızanaqlara diş məcunu sürtsəniz...

    Diş məcunu ilə sızanaqları qurutmaq son zamanlarda geniş yayılmış üsullardan biridir. Ancaq bu təbii üsulu sınaqdan keçirməzdən əvvəl dəri tipini nəzərə almaq olduqca mühüm əhəmiyyət kəsb edir.
    Publika.az bu yazıda oxucuları diş məcununun sızanaqlara təsiri ilə tanış edib.

    Muxalifet - 4-08-2018

  13. ​"Qoca"nın qaçışı ilə bağlı maraqlı detallar - GECƏ QATARDA BAŞ VERƏNLƏRİN BÜTÜN TƏFƏRRÜATLARI

    Bakıda dustaqların qaçması ilə bağlı yeni məqamlar üzə çıxıb.

    Muxalifet - 4-08-2018

  14. Aygün Bayramova: “İpə-sapa yatmırdım” - MÜSAHİBƏ

    Vikipediyaya görə, bu gün Azərbaycan xanəndəsi və opera müğənnisi, alq artisti Aygün Bayramovanın doğum günüdür.  Yəni biz  belə bilirdik.
    Modern.az saytının əməkdaşı Xalq artistinin doğum günü təəssüratlarını öyrənmək üçün onunla əlaqə yaradarkən məlum oldu ki,  xanəndənin doğum günü əslində 13 avqustdadır. Buna baxmayaraq  Aygün xanım suallarımızı cavabsız qoymadı:
    -  Doğum gününüzü təbrik edirik, Aygün xanım.
    - Vikipediyada səhv yazıblar əslində mənim doğum günüm avqustun 13-üdür.

    Muxalifet - 4-08-2018

  15. ​Təbriz ETTELAAT-ın mühasirəsində: Tehrana dəstək qorxusu

    Güney Azərbaycanın Təbriz şəhərində İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) təhlükəsizlik tədbirlərini gücləndirilib.
    ETTELAAT Təbriz və Güney Azərbaycanın digər şəhərlərinin mərkəzi yerlərində kütləvi tədbirlərin keçirilməsini qadağan edib.
    Təhlükəsizlik strukturlarının əməkdaşları Təbrizin “Şah Gölü” parkında əyləncə təşkil etmək istəyən azərbaycanlı gənclərə də mane olub. Polis əməkdaşları mümkün etiraz yığıncağının qarşısını almaq məqsədi ilə parka toplaşan insanları ərazidən uzaqlaşdırıb.

    Muxalifet - 4-08-2018

  16. ​Yeniyetməni çirkin əməllərinə qoşdular – Sevgililərin cinayəti

    Bakının Nərimanov rayonunda mağazada oğurluq olub.
    Muxalifet.az xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 80 manat və geyim əşyaları oğurlanıb.
    16-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri Leyla Məmmədova, Samur Uğurluyev və Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıblar.
    Məlum olub ki, Leyla Məmmədova tanışı Samir Uğurluyevlə birlikdə mağazanı qarət etmək üçün yeniyetmədən istifadə ediblər.

    Muxalifet - 4-08-2018

  17. İCTİMAİ NƏQLİYYATDA GEDİŞ HAQQI NİYƏ ARTIRILDI? – İş adamları müflis olmuşdu…

    Son günlər ölkə ictimaiyyəti arasında, eləcə də mediada, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri heç şübhəsiz, metro və avtobuslarda gediş haqqının dəyərinin 50 faiz, daha dəqiqi 10 qəpik qaldırılmasıdır.

    Muxalifet - 4-08-2018

  18. ​Abşeronda kütləvi dava baş verib

    Abşeron rayonunda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Saray qəsəbəsində baş verib.
    Belə ki, 2000-ci il təvəllüdlü Mustafayev Rahim Şahin oğlu qəsəbə ərazisində fəaliyyət göstərən "Pəhləvanlar" obyektində kütləvi dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırlıb və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır. (Report)

    Muxalifet - 4-08-2018

  19. ABŞ-ın borcu yeni rekord qırdı: 21 trilyon

    ABŞ-ın ümumi dövlət borcu 21,3 trilyon dolları keçib.
    Muxalifet.az xəbər verir ki, CNBC bu borcun 15,6 trilyon dollarlıq hissəsinin hökumətin payına düşdüyünü qeyd edib.
    “Hazırda Donald Trampın qarşısında duran ən böyük iqtisadi məsələ dövlət borcunun artmasının qarşısını almaqdır. Dövlət borcunun artması probleminin fond bazarlarına da təsiri yüksələ bilər”, - məlumatda vurğulanıb.

    Muxalifet - 4-08-2018

  20. ​ABŞ-da Rusiya ilə bağlı qalmaqallı film çəkildi

    Avqustun 31-də ABŞ-da “Fəal tədbirlər” adlı sənədli film ekranlara çıxacaq. Filmdə ABŞ və Rusiya prezidentlərinin çoxillik əlaqələrindən bəhs olunur.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
    Filmdə həmçinin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi faktlarından danışılacaq.
    Filmin rejissoru Cek Braynan bildirib ki, Tramp bir neçə on ildir Putinin əlaltısıdır. O əmindir ki, Putin uzun illərdir kiberhücum, təbliğat və korrupsiyanın köməkliyi ilə gizli siyasi müharibə aparır.

    Muxalifet - 4-08-2018

Pages