Axtarış
The search found 105844 results in 0.151 seconds.
Search results
Tarixi döyüşün vaxtı bilindi
Rusiyalı boksçu Həbib Nurməhəmmədovla irlandiyalı boksçu Konor Makqreqor arasında döyüş oktyabrın 6-da baş tutacaq.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Son Hədd Mübarizə Çempionatının (UFC) prezidenti Dana Uayt deyib. Onun sözlərinə görə, bu görüş UFC-in əsas döyüşü olacaq.
Qeyd edək ki, Nurməhəmmədov hazırda UFC-nin yüngül çəkidəki çempionu titulunu daşıyır. Makqreqor isə bu titulun keçmiş sahibidir.Muxalifet - 4-08-2018
Türkiyə ABŞ-ı iflic etdi: ”Hörmətsizliyə bu cavab dərs olsun...”
Türkiyə hökuməti ABŞ-ın ədliyyə naziri Ceff Seşns və daxili işlər naziri Rayan Zinkenin hesablarını dondurmaq niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu, Vaşinqtonun Türkiyənin analoji nazirliklərinə başçılıq edən şəxslərə qarşı sanksiya tətbiq etməsinə cavab addımıdır.
Bəyanatı Türkiyə prezienti Rəcəb Tayyib Ərdoğan Ankaradakı çıxışı zamanı səsləndirib.
“Bu gün dostlarıma göstəriş verirəm. Əgər Amerikanın ədliyyə və daxili işlər nazirlərinin Türkiyədə hesabları varsa, onları dondurun”, - dövlət başçısı deyib.Muxalifet3 - 4-08-2018
ABŞ Türkiyədən nə istəyir? – Trampın hədəfi
Türkiyə mallarına əlavə gömrük rüsumlarının tətbiqi əslində ABŞ administrasiyasının son dövrlər digər ölkələrə qarşı atdığı addımların tərkib hissəsidir.
Bu sözləri ABŞ Prezidenti Donald Trampın türk mallarına əlavə rüsumların tətbiq edilməsi ilə bağlı qərarını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Trampın sözügedən qərarının Türkiyə iqtisadiyyatına mənfi təsir edəcəyini deyib:Muxalifet3 - 4-08-2018
Mingəçevirə istirahətə gələn polis suda boğuldu
Mingəçevir şəhərində yerləşən su anbarında boğulma hadisəsi baş verib.
Muxalifet.az-ın məlumatına görə, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Nəsibov Elmar İldırım oğlu çimərlikdə çimərkən boğulub.
FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları batan şəxsin meyitini sahilə çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.
Elmar Nəsibov Samux rayon Polis şöbəsinin əməkdaşıdır. O, Mingəçevirə ailəsi ilə birgə istirahət etmək məqsədilə gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 4-08-2018
İsrail ordusu çərpələngə görə hücuma keçdi
İsrail ordusu Qəzzanın şərqində əllərində çərpələng yandıran bir qrup gəncə hücum təşkil edib.
Muxalifet.az xəbər verir ki, İsrail ordusuna aid hərbi təyyarə Bureyc düşərgəsi yaxınlığındakı əraziyə zərbələr endirib.
Qəzzadakı Səhiyyə Nazirliyi hücum nəticəsində ölü və yaralıların olub-olmaması ilə bağlı hər hansı bir açıqlama verməyib.Muxalifet3 - 4-08-2018
Moskva Xaçaturovla bağlı məlumatı təsdiqlədi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun Rusiya paytaxtına gəldiyi və öz səlahiyyətlərinin icrasına başladığı təsdiq edilib.
Muxalifet.az xəbər verir ki, məlumatı təsdiqləyən KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov Xaçaturovun bu gündən işə başladığını söyləyib.Muxalifet3 - 4-08-2018
Rusiyadan ŞOK TƏHDİD: "Ayı ilə oynamayın, yoxsa Qarabağla birgə dövlətçiliyinizi də itirərsiniz...”
Şimaldan Paşinyan hökumətinə qarşı təhdidlər artır; politoloq Aleksandr Duqin ermənilərə: "Ayı ilə oynamayın, yoxsa Qarabağla birgə dövlətçiliyinizi də itirərsiniz...”
Ermənistan-Rusiya müttəfiqlik münasibətləri Nikol Paşinyanın inqilab dalğasında baş nazir olmasından sonra heç vaxt olmadığı qədər ağır sınaqdan keçməkdədir. Əslində bu sınaq ən çox rəsmi İrəvana aiddir. Çünki ikitərəfli əlaqələrdə köhnə tarazlığı Qərbin xeyrinə pozmağa çalışan məhz N.Paşinyan və onun "Amerikanın uşaqları”ndan təşkil olunmuş hökumətidir.Muxalifet3 - 4-08-2018
Avropaya xəbərdarlıq: alimlər həyəcan təbili çalır
İqlim dəyişikliyi ilə bağlı tədqiqat aparan alimlər İsveçrədə mal-qaranın quraqlıqdan tələf olmasını, İsveçdə meşə yanğınlarını, Avstriyadakı dağların zirvəsində buzların əriməsini, Londonda kondisionerlərin sıradan çıxması hallarını, Qrenlandiyada buz dağının əriməsini qlobal istiləşmənin əlaməti kimi qiymətləndirirlər.
Muxalifet3 - 4-08-2018
Separatçılar Rusiyaya birləşmək istəyir
Əgər osetin xalqı birləşməsə, taleyimiz ruslar və ukraynalıların taleyinə bənzəyəcək.
Muxalifet.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Cənubi Osetiya separatçılarının lideri Anatoli Bibilov deyib.
“Biz Rusiyanın tərkibində olmalıyıq. Buna heç bir şübhəm yoxdur. Ona görə ki, osetin xalqının 1920-ci ildən bu yana müəyyən edilmiş strateji hədəfi bir coğrafi və siyasi məkanda olmaqdır. Əgər bunu etməsək, bizdə ruslar və ukraynalılar kimi olacaq. Onlar hamısı slavyandırlar, amma indi nələrin baş verdiyi göz qabağındadır”, – deyə o bildirib.
Muxalifet3 - 4-08-2018
Çin Əsədlə razılaşdı: Suriyaya ordu yeridilir
Çin Bəşər Əsəd ordusunun Suriyanın İdlib bölgəsində keçirdiyi anti-terror əməliyyatlarına dəstək verəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Çinin Suriyadakı səfiri Xi Xianjin açıqlama verib.
O, Çin ordusunun əməliyyatlarda iştirak etmək üçün hazırlıqlara başladığını da açıqlayıb.
Səfir İdlibdə uyğur cihadçıların olduğunu bildirərək, bu əməliyyatlarda iştirak etməyin Çinin milli maraqlarına uyğun olduğunu diqqətə çatdırıb.Muxalifet3 - 4-08-2018
Efiopiya ordusu Somaliyə daxil oldu: Hökumət binası ələ keçirildi
Efiopiya ordusu dünən gecə saatlarında tanklar və hərbi maşınlarla ölkənin Somali əyalətindəki hökumət binalarını ələ keçirib.
Muxalifet.az xəbər verir ki, əsgərlərin əyalət idarəçiliyini ələ keçirmək istədiyini düşünən Somali əyalətinin rəhbəri Əbdi Məhəmməd Ömərin tərəfdarları etirazlara başlayıb.
Etirazlar nəticəsində əyalət mərkəzində internet və elektrik naqilləri kəsilib, bəzi mülklərə zərər dəyib.
Yerli və federal hökumət arasında olan narazılığın qarşıdurmaya səbəb olduğu bildirilir.
Muxalifet3 - 4-08-2018
Senat Putin-Tramp görüşünə növbəti zərbə vurdu
Rusiya prezidentinin adına hansısa açıq aktivlərin olduğuna inanmıram.
Bu sözləri Rusiyaya qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi qanun layihəsinə Rusiya Prezidenti Vladimir Putin haqqında bəndin daxil edilməsi ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert sanksiyaların bütün hallarda Valdimir Putini olmasa da, onun yaxınlarını əhatə edə biləcəyini istisna etməyib:Muxalifet3 - 4-08-2018
Deputat maaşların artırılmasını TƏKLİF ETDİ
“Əhalinin aztəmnatlı təbəqəsinin güzəranının ağırlaşdığı bir zamanda metro və avtobuslarda gediş haqqının artırılması, həmin nəqliyyat növlərindən daha çox istifadə edənlərin ailə büdcəsinə mənfi təsir göstərəcək”. Muxalifet.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli metro və avtobuslarda gediş haqqının artırılması fonunda maaş artımı gözləntilərinə münasibət bildirərkən deyib.
Muxalifet3 - 4-08-2018
Yunan nazir Türkiyənin tələbini rədd etdi: Qaytarmırıq...
Yunanıstanda saxlanılan və İnterpol xətti ilə axtarılan terrorçu Turqut Qaya Türkiyəyə ekstradisiya edilməyəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Yunanıstan Ədliyyə naziri Starvos Kondonis qərar verib. Nazir Yunanıstan Ali Məhkəməsinin qərarını rədd edərək, 45 yaşlı terrorçunun Türkiyə qaytarılması prosesini dayandırıb.
Qeyd edək ki, Turqut Qaya Yunan Ali Məhkəməsinin bir müddət əvvəl verdiyi qərarı ilə Türkiyə ekstradisiya edilməli idi.
Muxalifet3 - 4-08-2018
Husilər Səudiyyənin hərbi bazasını vurdu
Husilərin Səudiyyə Ərəbistanında yerləşən Kral Xalid aviabazasına pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücum etdiyi iddia edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Məsirə” televiziyası məlumat yayıb.
Hücumla bağlı Səudiyyə Ərəbistanı rəhbərliyi hələlik heç bir açıqlama verməyib.
Muxalifet3 - 4-08-2018
Anar Nağılbazın ölümündən öncəki son müsahibəsi - Sirlərini açıqladı - VİDEO
Bu gün dünyasını dəyişən Azərbaycan repinin tanınmış simalarından biri Anar Nağılbazın təxminən iki ay öncə verdiyi müsahibəni yenidən təqdim edirik:
“Kaş atam mənə elə bir sillə çəkəydi ki…”
Muxalifet.az yenicag.az-a istinadən həmin video müsahibəni təqdim edir
– Söhbətə başlamamışdan qabaq mistikaya inandığını dedin, həyatında nəsə baş verəndən sonra belə qənaətə gəldin, yoxsa?Muxalifet3 - 4-08-2018
Rus casusla bağlı şok iddialar: ABŞ-dakı seçkiyə müdaxilə...
Vaşinqtonda Rusiyaya casusluq etməkdə ittiham edilən Mariya Butina adlı Rusiya vətəndaşının ABŞ-da keçirilən prezident seçkilərindən öncə Donald Trampın seçki kampaniyasını aparan Ceffri Qordon ilə görüşdüyü iddia edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Vaşinqton Post” yayıb.Muxalifet3 - 4-08-2018
Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ötən ayın sonu üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara çaylarında 25-50, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib.Muxalifet3 - 4-08-2018
1500-dәn çox miqrant Aralıq dənizində ölüb — Son 7 ayın qorxunc statistikası
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Aralıq dənizində 7 ayda 1500-dәn çox miqrantın boğularaq öldüyünü açıqlayıb.
Muxalifet.az xəbər verir ki, məlumatda 60 min adamın Aralıq dənizini keçdiyi bildirilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi tranzit yollar üzərindəki dövlətlərə nizamsız miqrasiyanın qarşısının alınması üçün tədbirlər görmələri ilə əlaqədar çağırış edib.
Qeyd edək ki, İspaniyaya dəniz yolu ilə yanvar ayından etibarən 23 min 500-dәn çox miqrant keçib.
Muxalifet3 - 4-08-2018
İranda 4,4 bal gücündə zəlzələ
İranın cənubunda 4,4 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az yerli KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Kerman şəhərindən 126 kilometr cənubda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib. Zəlzələ "UTC" vaxtı ilə saat 09:35-də qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Muxalifet3 - 4-08-2018