Axtarış
The search found 105844 results in 0.082 seconds.
Search results
ABŞ-dan Şimali Koreyaya böyük jest: 2 gün sonra...
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Şimali Koreyaya humanitar yardımların çatdırılmasını sadələşdirəcək addımlar atacaq.
Muxalifet.az xəbər verir ki, ABŞ tərəfindən hazırlanan və BMT-nin Şimali Koreya üzrə sanksiya komitəsinə göndərilən sənəddə sözügedən ölkəyə humanitar yardım göndərmək istəyən təşkilat və hökumətlərin qarşılaşdığı çətinlikləri asanlaşdırmağa yönələn yeni prinsiplər müəyyən olunacaq.
Diplomatik mənbələr bildirib ki, sənəd bazar ertəsi günü qəbul edilə bilər.
Muxalifet3 - 4-08-2018
Tramp məşhur idmançını axmaq adlandırdı
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Milli Basketbol Assosiasiyasının (NBA) ulduzu Lebron Ceymsə dolayı yolla "axmaq" deyib.
Muxalifet.az xəbər verir ki, Ceymsin CNN-nin aparıcısı Don Lemonla olan reportajına münasibət bildirən Tvitter hesabında "Don Lemon televiziyalardakı ən axmaq adamla reportaj hazırladı. Lebronu ağıllı göstərdi ki, bunu da eləmək heç də asan deyil", - sözlərini yazıb.
Tramp tvitin sonunda məşhur basketbolçu Maykıl Cordanı nəzərdə tutaraq, "Maykı sevirəm”,- deyə bildirib.Muxalifet3 - 4-08-2018
"Qarabağ" BATE qarşısına hansı heyətlə çıxacaq?
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə qarşılaşacaq “Qarabağ” sifariş ərizəsini UEFA-ya təqdim edib.
Muxalifet.az-ın yaydığı xəbərə görə, Ağdam klubunun iştirak ərizəsində 25 futbolçunun adı yer alıb:
Qapıçılar: Hannes Halldorsson, Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov
Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Abbas Hüseynov, Yakub Jezniçak, Bədavi HüseynovMuxalifet3 - 4-08-2018
Skripalla bağlı bütün dəlillər məhv edildi - Səfir
Rusiyalı agent Sergey Skripal və qızına qarşı sui-qəsdlə bağlı bütün dəlillər demək olar ki, məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın İngiltərədəki səfiri Aleksandr Yakovenko söyləyib.
Qeyd edək ki, rusiyalı keçmiş zabit Sergey Skripal və qızı 2018-ci ilin mart ayında İngiltərənin Solsberi şəhərində “Noviçok” maddəsi ilə zəhərlənib.
Muxalifet3 - 4-08-2018
SON DƏQİQƏ: Türkiyə İrana divar, Ermənistana isə kamera nəzarət HƏDDİ QOYDU - FOTO
Türkiyənin İranla sərhəd xəttində tikilən divarın inşası başa çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat yayan Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin ümumi sərhəd xəttinin 144 kilometrlik hissəsində beton divar ucaldıldığını və tikanlı mənftillərlə hörüldüyünü bildirib.
Sərhəd xəttinin 340 kilometrlik sahəsində isə yeni işıqlandırma sistemləri quraşdırılıb. Gürcüstan və Ermənistanla sərhəd xəttində isə müşahidə kamera sistemi və təhlükəsizlik sensorlarının qurulmasına başlanılıb.Muxalifet3 - 5-08-2018
İstanbulda terror törədən PKK-çılar həbs olundu
İstanbulda terrorla mübarizə əməliyyatları çərçivəsində nəzarət altına alınan 8 şübhəlidən 4-ü həbs edilib.
Muxalifet.az xəbər verir ki, Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyatlarda həbs edilənlər arasında PKK-nın adından İstanbulda terror əməlləri törədən Seyhan Ç., logistik və kadrlara görə məsuliyyət daşıyan Fərda Y. da olub. Şübhəli bilinən digər 4 nəfər isə şərti azadlığa buraxılıb.
Əməliyyatlar zamanı təşkilatın sənədləri və rəqəmsal materiallar ələ keçirilib.Muxalifet - 5-08-2018
Xırdalanda 1 nəfər mənzildə ölü tapıldı
Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə ölü tapılıb.
Muxalifet.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıblar. Vətəndaş mənzildən ölü olaraq tapılıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.Muxalifet - 5-08-2018
Albaniyada NATO-nun ilk təyyarə bazası tikiləcək
Albaniyanın mərkəzi hissəsində NATO-nun təyyarə bazası tikiləcək.
Bu haqda ölkənin baş naziri Edi Rama feysbuk səhifəsində yazıb.
Alban hökumətinin başçısı bildirib ki, baza Kuçova (1950-ci ildən 1990-cı ilə qədər şəhər Stalin adlanırdı) şəhərində köhnə hərbi aerodromun yerində tikiləcək. Baş nazir dəqiqləşdirib ki, layihənin icrası bir il ərzində başlanmalıdır.
Qeyd edək ki, Albaniya 2009-cu ilin aprelindən Şimali Atlantika İttifaqının üzvüdür. Baza NATO-nun Balkanlarda ilk təyyarə bazası olacaq.Muxalifet - 5-08-2018
ABŞ “yeni silahı”nı Türkiyəyə çevirdi: “Tramp xaosu” genişlənir
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo Sinqapurda görüşüb. Mövlud Çavuşoğlu görüşdən sonra jurnalistlərə açıqlamasında ABŞ və Türkiyənin mövcud problemlərlə bağlı birlikdə çalışmaq barədə razılığa gəldiyini bildirib. ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert də görüşdə bir çox məsələnin müzakirə edildiyini və konstruktiv söhbətin baş tutduğunu qeyd edib.Görüşün nəticələri ilə bağlı Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayılın Axar.az-a müsahibəsini təqdim edirik:Muxalifet - 5-08-2018
Poroşenkonun administrasiyası Putinin agentləri ilə doldurulub - İDDİA
Ukrayna paytaxtında dövlət strukturları Rusiya agenturası ilə doldurulub.
Muxalifet.az Luqanews.ru saytına istinadən xəbər verir ki, bu haqda feysbuk səhifəsində Ali Radanın deputatı Sergey Leşenko yazıb.
“Putinin agentlərini axtarmaq lazım deyildir, onlar hər yerdə qaynaşırlar. Prezident Pyotr Poroşenkonun administrasiyası Putinin agentləri ilə qaynayır”, - deputat iddia edib.
Maraqlıdır ki, Leşenko məhz prezident partiyası – “Pyotr Poroşenkonun Bloku”nın siyahısı üzrə parlamentə düşüb və bu partiyanın fraksiyasında indiyə qədər qalmaqda davam edir.Muxalifet - 5-08-2018
Rusiya səmasında meteorit – ANBAAN GÖRÜNTÜLƏR
Rusiyanın Surqut şəhərinin sakinləri səmada meteoritə oxşar uçan obyekti çəkiblər.
Muxalifet.az xəbər verir ki, şahidlər onu videoya çəkərək “VKontakte” sosial şəbəkəsində yerləşdiriblər.
Muxalifet4 - 5-08-2018
Prezidentə sui-qəsd edildi - DRONLARLA HÜCUM - Video
Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsd olunub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, hadisə Milli Boliviar Qvardiyasının yaranmasına həsr olunmuş parad zamanı baş verib.
Maduronun çıxışı zamanı "C4" partlayıcı maddəsi yerləşdirilmiş dronlar hücum edib. Prezident xəsarət almayıb, lakin paradın bir neçə iştirakçısı xəsarət alıb. Prezident təhlükəsiz yerə təxliyə edilib.
Venesuelanın baş prokuroru Tarek Uilyam Saab prezidentə edilən uğursuz sui-qəsdlə bağlı cinayət işinin açıldığını deyib.
Muxalifet4 - 5-08-2018
TÜRKİYƏDƏN PREZİDENTƏ SUİ-QƏSDLƏ BAĞLI OPERATİV AÇIQLAMA – “Hər zaman Venesuelanın yanında olacağıq”
Türkiyə Xarici İşlər Nazirliyi Venesuela Prezidenti Nikolas Maduroya edilən sui-qəsdlə bağlı bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, bəynatda Türkiyənin hər zaman Venesuelanın yanında olacağı bildirilib:
“Türkiyə bu çətin zamanda dost və qardaş Venesuela xalqı, Maduro, ailəsi və bütün hökumət rəsmilərinin yanındadır. Venesuelada sabitlik və təhlükəsizliyin olması ən böyük istəyimizdir”.
Muxalifet4 - 5-08-2018
Bəşər Əsədin kimyəvi silah mütəxəssisi öldürüldü
Ötən gecə Suriyanın Masiyaf şəhərində tanınmış suriyalı alim Azez Asbar partlayış nəticəsində həlak olub.
Suriya KİV-lərinin verdiyi məlumata görə, partlayıcı qurğu Asbar evindən çıxarkən işə düşüb. Alimin İsrailin xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürüldüyü təxmin edilir.Muxalifet4 - 5-08-2018
Azərbaycanlı həkimin bu əməli DÜNYANIN DİQQƏTİNDƏ - O, mümkünsüzü bacardı...
Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulanı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb.
Muxalifet.az xəbər verir ki, oftalmoloq cərrah Mehriban Əlizadə türk həkimlərinin yaratdığı Könüllülər Dərnəyinin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi “Bir milyon katarakt əməliyyatı” çərçivəsində həkim qrupu tərkibində Nigerə səfər edib.
Uzman həkim Mehriban Əlizadə əsasən Aguie adlanan regionda sağlıq xidmətləri göstərib, göz problemləri olan şəxsləri müayinə edib.
Muxalifet4 - 5-08-2018
ABŞ-ın Türkiyədən tələb etdiyi rahibin ƏSL KİMLİYİ – Sensasion faktlar...
Türkiyə ilə ABŞ arasında diplomatik böhrana və Türkiyənin iki nazirinin maliyyə sanksiyasına məruz qalmasına səbəb olan amerikalı rahib Endryu Kreyq Branson haqqında şok iddia yayılıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, özünü din xadimi kimi təqdim edən Bransonun daha öncə ABŞ Xüsusi Qüvvələri və Pentaqonda işlədiyi üzə çıxıb.
Muxalifet4 - 5-08-2018
Tanınmış reper dəfn olundu - FOTOLAR
Ötən gün vəfat edən tanınmış azərbaycanlı reper Anar Nağılbaz dəfn edilib.
Muxalifet.az "qafqazinfo"ya istinadən xəbər verir ki, məclis Masazır qəsəbəsində baş tutur.
Mərhumun yas mərasiminə az sayda insan qatılıb.
A.Nağılbaz Masazır qəbiristanlığında torpağa tapşırılıb.
Muxalifet4 - 5-08-2018
BMT-dən ŞOK AÇIQLAMA: “Şimali Koreya nüvə və raket proqramına son verməyib…”
Birləşmiş Millətlər Təşkilatı Şimali Koreya haqqında təəccüb doğruan yeni sənəd yayımlayıb. Muxalifet.az xəbər verir ki, Təhlükəsizlik Şurasına təqdi edilən sənəddə ABŞ ilə son dövrlərdə müzakirə masasına oturmaq qərarı alaraq “dünyaya qapıları açmaq” siyasəti yeridən Şimali Koreyanın nüvə və raket proqramına son vermədiyi bildirilib. Həmçinin, Pxençan hökumətinin Yaxın Şərq və Avropada bir çox bölgəyə silah göndərdiyi qeyd edilib. Şimali Koreyanın Suriayada Bəşər Əsəd rejimi ilə hərbi əməkdaşlığı və silah alış-verişi hal-hazırda da davam edir.
Muxalifet4 - 5-08-2018
Bakıda bacı ilə qardaş dənizdə boğuldu - FOTO
Bakıda dənizdə çimən bacı və qardaş boğulub.
Muxalifet.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800 metr aralı, nəzarətsiz ərazi) baş verib.
1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.Muxalifet4 - 5-08-2018
3 min il azadlıqdan məhkum edilmiş terrorçu həbsdən çıxdı
ETA terror təşkilatının məşhur üzvlərindən olan Santi Potros 31 ildən sonra azadlığa buraxılıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Potros bu gün Topas həbsxanasını tərk edib. Onun həbsdən çıxması İspaniya dövlət televiziyası tərəfindən canlı yayımlanıb.
Qeyd edək ki, Santi Potros 40-dan çox terror aktının törədilməsində ittiham olunurdu.
1987-ci ildə Fransada saxlanılan Potros məhkəmə tərəfindən 3 min azadlıqdan məhrum edilmişdi.Muxalifet4 - 5-08-2018