Axtarış
The search found 105844 results in 0.138 seconds.
Search results
Adnan Oktarın "kediciklərinin" otağı ilk dəfə GÖRÜNTÜLƏNDİ
Özünü din xadimi kimi təqdim edən, əslində isə mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktarın 30 il yaşadığı və təşkilatın qərargahı kimi istifadə edilən villası istintaq əməliyyatlarından sonra ilk dəfə görüntülənib.
Muxalifet.az xəbər verir ki, 70 təhlükəsizlik kamerası olan villada Adnan Oktar və müridlərinin lüks həyatı deşifrə edilib.
Müridlərin istifadəsində olan bütün otaqlarda yüzlərlə vitamin kapsulu və dərman tabletləri tapılıb.Muxalifet4 - 5-08-2018
Diktatorun malikanəsindəki rus muzdluları - Jurnalistlərin qətlində yeni sensasion detallar
Xəbər verildiyi kimi iyulun 31-də Mərkəzi Afrika Respublikasında üç rusyalı jurnalist-azərbaycan əsilli Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko naməlum silahlılar tərəfindən öldürülüblər. Orxan Camalın başçılıq etdiyi həmin çəkiliş qrupu Mərkəzi Afrika Respublikasına "Vaqnerin ordusu" kimi tanınan özəl Rusiya hərbi şirkətinin fəaliyyətini araşdırmaq üçün getmişdi. Onları mühacirətdə olan rusiyalı keçmiş oliqarx və müxalifətçi Mixail Xodorkovskinin "Təhqiqatların idarə edilməsi Mərkəzi" maliyyələşdirirdi.
Muxalifet4 - 5-08-2018
Poqba “Barselona” yolunda: 100 milyonluq təklif
Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın agenti Mino Rayola futbolçunun “Barselona”ya mümkün transferini müzakirə etmək üçün “Mançester Yunayted” rəhbərliyi ilə görüşəcək.
Qol.az-ın yaydığı xəbərə görə, bu keçidə razılıq verilsə, “Barselona” qarşı tərəfə 100 milyon funt (112 milyo avro) təzminat ödəyəcək.
Bundan əvvəl yayılan xəbərə görə, Fransa millisi ilə DÇ-2018-in qalibi Poqba baş məşqçi Joze Mourinyonun xahişini rədd edərək istirahətini yarımçıq buraxmayıb. Bu da onların münasibətinin soyumasına səbəb olub.
Muxalifet4 - 5-08-2018
Prezidentin tərəfdarları ilə əleyhdarları arasında toqquşma
ABŞ-ın hüquq-mühafizə orqanları şənbə günü Oreqon ştatının Portlend şəhərində ölkə prezidenti Donald Trampın yüzlərlə tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmanın qarşısını alıblar.
“Report” xəbər verir ki, bu barədə şəhər polis idarəsi məlumat yayıb.
Bildirilir ki, qarşıdurma zamanı etirazçılar bir-birilərinə daş və butulka da daxil olmaqla müxtəlif əşyalar atıblar. Həmçinin etirazçıların əllərində beysbol taxtası, qatlanan bıçaq, dəyənək, qaz pulverizatoru və səs qumbarası da olub. Saxlanılan və zərərzəkənlərin sayı açıqlanmır.
Muxalifet4 - 5-08-2018
Abdullah Gülün yaxın adamına qarşı FETÖ İTTİHAMI
Türkiyənin sabiq prezidenti Abdullah Gülün ən yaxın adamlarından biri FETÖ ittihamı ilə həbs olunub.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, Ankara prokurorluğunun Qazi universitetində apardığı araşdırma ilə bağlı saxlanılan 19 nəfərin arasında Gülün prezidentliyi dönəmində şəxsi həkimi olmuş Sedat Caner də var.
Sedat Caner prokurorluğun ittihamını rədd etsə də, məhkəmə onun haqqındakı təqdimatı təsdiq edib.Muxalifet4 - 5-08-2018
Türkiyədən dünya siyasətini alt-üst edəcək ÜÇİSTİQAMƏTLİ MÜHARİBƏ PLANI
Yeni hökumətin qurulmasından sonra strategiyasını dəyişən Türkiyə yeni dövrdə Qərbin ən böyük rəqibləri olan Rusiya, Çin və Hindistan ilə iqtisadi və siyasi münasibətlər qurmaqla güc balansını dəyişdirmək niyyətindədir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə yerli valyuta sisteminin oturuşması ilə dolların bölgədə hökmranlığına son vermək istəyir.Muxalifet4 - 5-08-2018
ŞOK İDDİA: Mourinyo "Mançester Yunayted"dən qovulur
“Mançetser Yunayted”in təcrübəli baş məşqçisi Xose Mourinyo haqqında iddia yayılıb.
Muxalifet.az xəbər verir ki, portuqaliyalı baş məşqçi komandaya transferlər edilməməsindən şikayətlənib və klub rəhbərliyi bu şikayətlərdən bezərək Mourinyonu qovmaq niyyətinə düşüb.
Bu durumu fürsətə çevirmək istəyən Portuqaliya Futbol Federasiyası Mourinyonu milli komandanın başına gətirmək istəyir.
“Daily Mirror”da yer alan xəbərə görə, Mourinyo “bi gün Portuqaliya millisini çalışdıracam” deyib.
Muxalifet4 - 5-08-2018
Ərdoğan gənc qızlarla səyahətə çıxacaq - ONLARIN İSTƏYİ İLƏ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenə səmimiyyəti ilə gündəmə gəlib.
Yerli media xəbər verir ki, vətəndaşlarla görüşən prezident onlara hədiyyə paylayıb. Bu əsnada ona gənc qızlar yaxınlaşıb və Ərdoğanla birlikdə səyahət etmək istədiklərini dilə gətiriblər.
Ərdoğan isə şəxsi meneceri Həsən Doğanı yanına çağırıb və qızların istəyi ilə yaxından maraqlanması üçün onu təlimatlandırıb.
Ərdoğanla gənc qızlar arasındakı maraqlı dialoqlar vətəndaşlar tərəfindən görüntülənib.
Muxalifet4 - 5-08-2018
“İranın Avropada dağıdıcı investisiyasının artmasından narahat idik” – İRANIN 300 MİLYONU BATDI
Almaniya Mərkəzi Bankı (AMB) nağd pul köçürmələri ilə bağlı siyasətində dəyişiklik edib. Dəyişikliyin ilk mərhələsi İrana 300 milyon avroya başa gələcək.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, AMB-nin bu addımı Almaniya banklarında İran məxsus 300 milyon avronun köçürülməsində problem yaradacaq.
ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minməzdən əvvəl rəsmi Tehran Almaniya hökumətin müraciət edərək, 300 milyon avronu geri çəkmək istədiyini bildirmişdi.Muxalifet4 - 5-08-2018
SOCAR-ın əməkdaşı intihar etdi - FOTO
Bakıda intihar hadisəsi qeydə alınıb.
“Qaynarinfo”-nun verdiyi xəbərə görə, Bakı şəhər sakini Mikayıl Vəliyev intihar edib. İntiharın səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar gedir.
Qeyd edək ki, Mikayıl Vəliyev SOCAR-da mütəxəsis kimi çalışıb.Muxalifet4 - 5-08-2018
Paşinyan Seyran Ohanyanı həbs etməyə hazırlaşır
Erməni istintaq orqanları "Qarabağ klanı”nın liderlərindən daha biri-sabiq müdafiə naziri Seyran Ohanyan barəsində ittihamlar irəli sürüb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Armtime" xəbər yayıb. Bildirilir ki, S.Ohanyan 1 mart 2008-ci ildə dinc nümayiş iştirakçılarının güllələməsinin təşkilində ittiham edilir. Xatırladaq ki, hazırda qoruma altında saxlanılan Ermənistanın sabiq prezidenti Robert Köçəryan da eyni ittihamla həbs edilib. S.Ohanyan dinc nümayişin güllələnməsi zamanı Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi vəzifəsini tutub.
Muxalifet4 - 5-08-2018
Orxan Camalın qətlinin sensason TƏFƏRRÜATI
Rusiya Mərkəzi Araşdırmalar İdarəsinin baş redaktoru Andrey Konyaxin "Novaya qazeta” nəşrinə Mərkəzi Afrika Respublikasında jurnalistlərin qətli ilə bağlı yeni təfərrüatı açıqlayıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Konyaxin bildirib ki, rusiyalı jurnalistlər MAR-ın paytaxtı Banqi şəhərinə iyulun 28-də gəliblər.
Onların əsas məqsədi bu ölkədə Rusiya hərbi şirkətlərinin fəaliyyəti ilə bağlı məlumatlar toplayıb süjet hazırlamaq olub.Muxalifet4 - 5-08-2018
BU, ANCAQ AZƏRBAYCANDA MÜMKÜNDÜR: Maksimum sürəti 160 km/saat olan maşın 170-lə radara düşüb - VİDEO
Maksimum sürəti 160 kilometr/saat olan yük maşını 170-lə radara düşüb.
Muxalifet.az "Xəzər Xəbər"ə istinadən məlumat verir ki, maraqlı hadisə Şirvan sakini Rahil İmanovun başına gəlib. Onun idarə etdiyi yük maşını iyulun 30-da İmişlidən Beyləqan istiqamətində hərəkətdə olarakən magistral yolun 91-ci kilometrliyində radara düşüb. Rahil İmanova sürət həddi saatda 90 kilometr olan ərazidə nəqliyyat vasitəsinin 170 km/saat sürətlə hərəkət etdiyinə dair protokol gəlib.Muxalifet4 - 5-08-2018
İran etirazlarında atəş açıldı: ölən var
Iranın Tehran, Kərəc, Eştehard, Qum və Şiraz şəhərlərində rejimə qarşı başlanan kütləvi etirazlar davam edir.
Muxalifet.az xəbər verir ki, etirazların növbəti günündə İranın əsas iki molla mərkəzindən biri sayılan Qumda insanların küçələrə axışaraq, ruhanilərin hakimiyyətinə qarşı şüarlar səsləndirməsi diqqət çəkib.Muxalifet3 - 5-08-2018
Ermənistan qonaq “mavi”lərini tanınmaz hala saldı- foto
Ermənistanın Sünik vilayətinin Şurnux kənd sakinləri bir qrup cinsi azlığı vəhşicəsinə döyüb.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Məlumata əsasən, hadisə avqustun 3-də baş verib.
Cinsi azlıqlar kənd sakinin birinin evinə qonaq gəliblər. Bundan xəbər tutan yerli sakinlər həmin evə baş çəkibər.
Sakinlər LQTB fəllarının əşyalarını çölə ataraq onlardan kəndi tərk etməyi tələb ediblər.Muxalifet3 - 5-08-2018
İndoneziyada şiddətli zəlzələ: Sunami, dağıntılar...
İndoneziyanın Lombok adasında 6,8 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, zəlzələnin ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib.
Hadisə nəticəsində dağıntılar, yaralananlar və Sunami təhlükəsi barədə məlumat verilməyib.
Muxalifet3 - 5-08-2018
Orxan Camalın qətlinin sensasiyalı təfərrüatı
Rusiya Mərkəzi Araşdırmalar İdarəsinin baş redaktoru Andrey Konyaxin "Novaya qazeta” nəşrinə Mərkəzi Afrika Respublikasında jurnalistlərin qətli ilə bağlı yeni təfərrüatı açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Konyaxin bildirib ki, rusiyalı jurnalistlər MAR-ın paytaxtı Banqi şəhərinə iyulun 28-də gəliblər.
Onların əsas məqsədi bu ölkədə Rusiya hərbi şirkətlərinin fəaliyyəti ilə bağlı məlumatlar toplayıb süjet hazırlamaq olub.Muxalifet3 - 5-08-2018
SON DƏQİQƏ: NATO sülhməramlılarına hücum edildi - ORTALIQ QARIŞDI
Əfqanıstanda terrorçu-kamikadzenin hücumu nəticəsində ölkə ərazisində sülhməramlı missiyasını yerinə yetirən üç NATO hərbçisi ölüb.
Muxalifet.az bildirir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, hücum hərbçilərin Əfqanıstan ordusunun nümayəndələri ilə birlikdə əraziyə baxış keçirərkən baş verib. Əfqanıstan ordusunun 2 hərbçisi və missiyanın daha 1 üzvü isə yaralanıb.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Muxalifet3 - 5-08-2018
Almaniyaya şok: Özildən sonra o da millidən getdi
Almaniya yığmasının forvardı Mario Qomez milli karyerasını başa vurub.
Muxalifet.az xəbər verir ki, ulduz futbolçu bu haqda sosial şəbəkə hesabında məlumat yayıb.
Qomez gənc futbolçuların önünü açmaq üçün millidən getdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl türk futbolçu Məsud Özil irqçi hücumlara görə Almaniya millsini tərk etmişdi.
Muxalifet3 - 5-08-2018
HƏMAS-la İsrail razılaşır - Bedran
HƏMAS İsraillə razılaşmaya çox yaxındır.
Muxalifet.az xəbər verir ki, bunu təşkilatın liderlərindən olan Hüsam Bedran deyib.
“Qəzzanın mühasirəsini ortadan qaldırmaq üçün böyük fürsət var”, - Bedran bildirib.
Muxalifet3 - 5-08-2018