Axtarış
The search found 105844 results in 0.121 seconds.
Search results
İcra başçısının fəaliyyətində NÖQSANLAR AŞKARLANDI - Adil Vəliyev də vəzifəsini itirə bilər...
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Muxalifet.az quruma istinadən xəbər verir ki, iclasda Azərbaycan Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinin layihəsinə verilmiş rəy müzakirə olunub. Rəydə Fondun büdcə layihəsi, habelə vəsaitinin 2020-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı) və Fondun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihələri məqbul hesab edilib, onların təsdiq edilməsi barədə müvafiq fərman layihəsinin Fondun Müşahidə Şurasına təqdim edilməsi üçün quruma göndərilməsi tövsiyə olunub.
Muxalifet4 - 29-11-2019
“Sabahdan benzin bahalaşacaqmı” sualına aydınlıq gətirildi
İlham Şaban: “Qərarın yenidən qüvvəyə minməsi heç bir dəyişikliyə səbəb olmayacaq”
Muxalifet - 29-11-2019
Prezident yeni administrasiyasında kimə stavka edir? - TƏYİNATLARIN PƏRDƏARXASI
Prezident administrasiyası strukturunda dəyişiklik dövlət başçısı aparatının funksional və kadr yenilənməsinə səbəb oldu. Yeniliklər demək olar ki, bütün idarəetmə bloklarına- güc, iqtisadi, ideoloji təsir göstərdi. Hüquq- mühafizə orqanlarının və hərbi sahənin işinə nəzarət edən şöbənin yenidən bölünməsi diqqəti çəkir. Belə ki, əvvəlkitək Fuad Ələsgərovun rəhbərliyi ilə prezidentin köməkçisi statusunda hüquq- mühafizə orqanları ilə iş şöbəsi yenidən yaradıldı. Hərbi məsələlər üzrə şöbə də yenidən yaradılıb.
Muxalifet4 - 30-11-2019
PARLAMENTİN BURAXILMASINA DİRƏNİŞ, YOXSA...? - "Hazırda MM buraxıla bilməz"
Muxalifet.az hakim Yeni Azərbaycan Partiyasının dünən Milli Məclisdə təmsil olunan deputatlarını geri çağırması və parlamentin buraxılması ilə bağlı Prezidentə müraciəti ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin axar.az-a müsahibəsini təqdim edir: - Fərhad müəllim, parlamentin buraxılması dünəndən müzakirə olunur. Parlament hansı hallarda buraxıla bilər və bu, qanunvericilikdə necə nəzərdə tutulub? - Parlamenti ancaq Prezident buraxa bilər. Bizim Konstitusiyada parlamentin öz-özünü buraxması nəzərdə tutulmayıb.
Muxalifet4 - 30-11-2019
Tiflisdə etiraz aksiyası davam edir - 6 NƏFƏR SAXLANILDI
Tiflisdə parlament binası və Milli Kitabxana qarşısında davam edən aksiyalarda saxlanılanlar var.
Rosbalt.ru xəbər verir ki, polis aksiya iştirakçılarından 6 nəfəri həbs edib. Onlar “Leyboristlər” partiyasının üzvləridir. Saxlanılanlar "itaətsizlik” və “dələduzluq”da ittiham olunurlar.
Qeyd edək ki, mitinqçilər noyabrın 28-də parlament binasının girişini tutmağa cəhd etmişdilər. Onlar parlamentdə proporsional seçki sisteminə keçilməsini tələb edirlər.
Muxalifet4 - 30-11-2019
Bakıda 14 yaşlı oğlanı silahla hədələyib qarət etdilər
Bakıda azyaşlı qarət edilib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Qasımov Fərid İsa oğlu Nizami rayonu, M.Şərifli küçəsi, 25 ünvanında olarkən 2 nəfər naməlum şəxs onun qarşısını kəsərək bıçaqla hədələyib üzərində olan 2 ədəd "Samsung" markalı telefonu alaraq hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb.
Muxalifet4 - 30-11-2019
"Çakır"a Bakıda ev hədiyyə etdilər? - Oktay Kaynarca: "Azərbaycanın yeri qəlbimizdə həmişə xüsusi olub" / MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca Bakıya gəlib. Bakıda geyim mağazasının açılışında içtirak edən kino ulduzu böyük izdihamla qarşılaşıb. Bundan dolayı aktyor pərəstişkarları ilə təşkil edilmiş görüşü yarımçıq tərk edib. Muxalifet.az xəbər verir ki, publika.az-a özəl müsahibə verən məşhur qarşılaşdığı izdiham və Bakı təəssüratlarını bölüşüb. - Oqtay bəy, xoş gəlmisiniz. Bakıda qarşılaşdığınız izdihamdan sonra özünüzü necə hiss edirsiniz? - Bakıya gəliş səbəbim türk geyim mağazasının açılışı ilə bağlı idi. Azərbaycanda sevildiyimi təxmin edirdim.
Muxalifet4 - 30-11-2019
"Pərvin Abıyeva ilə əvvəl münasibətim olub, amma..." - Videosuna görə işdən çıxarılan gənc danışdı
Xəbər verdiyimiz kimi, Pərvin Abıyeva ilə yayılan görüntülərinə görə polis zabiti işdən çıxarılıb.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Sumqayıt şəhər Polis İdarəsin narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili işləmiş Murad Abdullayev vəzifəsindən azad olunmağına təəssüfləndiyini bildirib:
"Pərvin Abıyeva ilə əvvəl münasibətim olub. Amma ailəli deyilik. Hazırda münasibətimiz yoxdur. İşdən çıxarılmağım doğru qərar idi. Bu hərəkətimə görə çox peşmanam."
Muxalifet4 - 30-11-2019
SON DƏQİQƏ: Dəhşətli hadisə - Bir ailənin beş üzvü öldü
Rusiyanın Krasnoyarsk diyarının Uyar bölgəsində ikinci ağır yol qəzası baş verib.
“Report” “TASS”a istinadən xəbər verir ki, qəza P-255 “Sibir” avtomagistralında qeydə alınıb. Belə ki, “MAN” markalı yük maşını ilə “Toyota” markalı avtomobilin toqquşması nəticəsində beş nəfərdən ibarət ailə ölüb.
Ölənlərin üçü uşaqdır. Hazırda qəza baş ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Faktla bağlı araşdırma aparılır.Muxalifet - 30-11-2019
Anar Ələkbərov haqda maraqlı məlumatlar
Prezident İlham Əliyevin noyabrın 29-da imzaladığı sərəncamla Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib. “Yeni Sabah” Prezidentin yeni köməkçisi Anar Ələkbərovun dosyesini təqdim edir: O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır.
Muxalifet - 30-11-2019
SAAKAŞVİLİ GÜRCÜ POLİSLƏRİ HƏDƏLƏDİ: Bu gündən etibarən...
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkədə baş verən son təlatümlərlə bağlı yeni müraciətini yayınlayıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, eks-prezident “daha çox Bidzina İvanişvilinin iradəsini həyata keçirərək xalqa zorakılıq tətbiq edən” polisləri hədələyib. Mixail Saakaşvili hakim “Gürcü arzusu” partiyasının fəal üzvlərinin onun Kutaisidəki ofisi qarşısında aksiya keçrimələrinə, təşkilatın qapısını qıfıllamaqlarına və tərəfdarlarına hücum çəkmələrinə də hiddətini ifadə edib.
Muxalifet - 30-11-2019
BAKIDA DƏHŞƏTLİ QƏZA: Toya gedən gənclər... - VİDEO
Bu gün Binəqədi rayonunda ağır qəza hadisəsi baş verib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, “Xəzər” (Khazar) markalı avtomobil Bakı şəhərinin Binəqədi rayonunda yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə 1993-cü il təvəllüdlü sürücü Ağarza Eldar oğlu Ağayev və sərnişin Rəşad Həsənov hadisə yerindəcə dünyasını dəyişiblər. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Muxalifet - 30-11-2019
Benzin idxalına gömrük rüsumu bərpa olunur - SƏBƏB
AI-92-ni əsasən 3 ölkədən alırıq
Dekabrın 1-dən etibarən Azərbaycana AI-92 markalı benzinin idxalına tətbiq olunan gömrük güzəştinin müddəti bitir. Həmin tarixdən etibarən idxal olunan benzinə 15 faiz təşkil edən gömrük rüsumunun tətbiqinə başlanacaq.
Xatırladaq ki, bu ilin avqustunda Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.Muxalifet - 30-11-2019
PİŞİK GÜNEL ŞİKAYƏTLƏNDİ: “Nömrəmi...” – VİDEO
ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi ifaçı Günel Ələkbərova olub.
Muxalifet.az xəbər verir ki, sənətçi bayağı ifaçıları lağa qoydu:Muxalifet - 30-11-2019
“XƏSTƏ BAZARI” SAĞALDA BİLMƏYƏN PALATA – MBNP-nin ləğvi hansı zərurətdən irəli gəlirdi?
Adında "palata" sözü olsa da, özü elə doğuluşundan xəstə qurum təsiri bağışlayan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğvi məsələsi artıq çoxdan gündəmdə idi. Aparılan iqtisadi islahatlar və struktur islahatları 2016-cı ildə böyük ümidlərlə yaradılan, lakin sonradan maliyyə-bank sektorunda kimlər üçünsə növbəti "yağlı tikə"yə çevrilən bu qurumun ləğvi zərurətə çevrilirdi. İqtisadi sektorda struktur dəyişiklikləri başlayanda ən çox məhz MBNP-nin ləğv edilərək, səlahiyyətlərinin başqa bir quruma veriləcəyinin proqnozlaşdırılması da təsadüfi deyildi.
Muxalifet - 30-11-2019
Paşinyan yenə Bakıya qarşı danışdı - ağzından “vurdular”
“Məxməri” baş nazirin bu dəfə Bişkekdəki özfəaliyyəti sərt reaksiya doğurdu; Rusiya və Belarusu da şantaj edən Nikola cavablar gecikmədi: “Bəlkə kimə silah satmağı İrəvandan soruşaq?”; “Bu - Moskvaya qarşı təhdiddir...”
Muxalifet - 30-11-2019
Bakıda yeni polislər işə başlayır - VİDEO
Turizmin inkişafı üçün bu sahəyə subsidiyaların verilməsində fayda var. Çünki az bir miqdarda verilən subsidiya ölkə qtisadiyyatına daha çox məbləğdə geri dəönə bilər.
Muxalifet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammiti çərcivəsində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə bu təcrübə dünya ölkələrində də var. Artıq bununla bağlı təkliflərdə hazırlanıb hökumətə təqdim edilib.Muxalifet - 30-11-2019
Bakıda şadlıq sarayı fahişəxana çıxdı – Gizli video
Bakının Binəqədi rayonunda əxlaqsızlıq yuvası fəaliyyət göstərir.
Muxalifet.az xəbər verir ki, bu barədə oxucular BAKU.WS-ə şikayətlərində bildiriblər. Paytaxt sakinlərinin sözlərinə görə, Biləcəri yolunda “Sevgi palace” adlı şadlıq sarayının yanında masaj salonu var.
Bu şadlıq sarayında toy və nişan mərasimləri keçirilir. Ətrafda isə yaşayış məntəqələri var. Əhali dəfələrlə şikayət etsələr də, fahişəxana rəhbərliyilə bacaran olmayıb.
Vaxtı ilə “Dalğa” adlanan bu məkan bir neçə dəfə bağlansa da, sonradan yenidən açılıb.
Muxalifet - 30-11-2019
ABŞ-da erməni müğənnisi həbs olundu
ABŞ-ın Virciniya ştatında erməni müğənni, "Daşnaksutyun" partiyasının üzvü Qarnik Sarkisyan həbs edilib.
Q.Sarkisyan narkotik vastilərinin qanunsuz dövriyyəsində şübhəli bilinir.
Bildirilir ki, müğənni Sarkisyan öz furqonunda narkotik vasitəni Kaliforniyadan Virciniyaya çatdırmağa çalışıb.
Birinci Livan müharibəsindən sonra ABŞ-a köçən Q.Sarkisyan "Daşnaktsutyunun" ayrılmaz bir parçası sayılır, çünki Livandan ABŞ-a qədər bütün mitinqlər onun mahnıları altında keçirilib.
Muxalifet - 30-11-2019
SON DƏQİQƏ: Bakıda iki tələbə ZƏHƏRLƏNDİ
Nizami rayonu NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənib.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.
Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.Muxalifet - 30-11-2019