Axtarış
The search found 105844 results in 0.05 seconds.
Search results
Əsgərimiz həlak olub? - RƏSMİ
Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır.
Bunu Müdafiə Nazirıliyinin mətbuat xidmətindən bildiriblər:Muxalifet - 30-11-2019
XİN-dən Paşinyanın fikirlərinə CAVAB
Azərbaycan XİN Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.
Muxalifet.az XİN sözçüsünə ünvanlanmış sualı və onun cavabını təqdim edir:
- Ermənistan baş nazirinin milli təhlükəsizlik strategiyası üzrə iclasda çıxışı zamanı Ermənistanın strateji maraqlarına uyğun olaraq münaqişənin həlli prosesində öz mövqeyini təqdim etməyə nail olması ilə bağlı səsləndirdiyi fikrinə münasibət bildirməyinizi xahiş edirik.
Muxalifet - 30-11-2019
Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
Dünən Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 15:50 radələrində 1993-cü il təvəllüdlü Ağarza Ağayev idarə etdiyi “Khazar SD” markalı 90 PZ 116 nömrəli avtomobillə Qubaya gedərkən qarşısında gedən 1984-cü il təvəllüdlü Elman Rzayevin idarə etdiyi “Mercedes Benz-190” markalı 10 MR 766 nömrəli maşını arxadna vurub. Toqquşma nəticəsində A.Ağayevin maşını idarəetməni itirərək yolun sağına çıxıb və beton maneəyə çırpılıb.
Muxalifet - 30-11-2019
Gürcüstan hakimiyyəti müxalifətlə görüş keçirir
Tbilisidə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının nümayəndələrinin müxalifətlə görüşü keçirilir.
Görüşdə parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının nümayəndələri iştirak edirlər. Toplantıda ölkədə baş verən siyasi proseslər və müxalifətin seçkilərlə bağlı təkkif etdiyi "alman modeli" müzakirə olunur. Görüş Gürcüstanda akreditə olunmuş diplomatik korpusun təşəbbüsü ilə baş tutub.Muxalifet - 30-11-2019
"Rusiya Gürcüstan və Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyır" - Yens Stoltenberq
“Rusiya qonşusu olan Gürcüstan və Ukraynaya qarşı təcavüz etdiyinə görə məsuliyyət daşıyır”,- NATO Baş katibi Yens Stoltenberq bu gün Brüsseldə keçirilmiş mətbuat konfransında çıxışında deyib. Onun sözlərinə görə, Rusiyanın NATO müttəfiqlərinə hücum təhlükəsini görmür, lakin NATO-nun öz müdafiəsini möhkəmləndirməsinə cavab olaraq, Rusiya öz silah arsenalını müasirləşdirməyə davam edir. Muxalifet.az bu barədə "Qruziya online" saytına istinadla bildirir. “Bu gün biz Rusiyanın bizm müttəfiqlərə qarşı birbaşa təhlükəsini görmürük.
Muxalifet3 - 30-11-2019
"Məndən Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək xahiş olunurdu" – Sabiq İran prezidentinin xatirələrindən seçmələr
Sabiq İran prezidenti Haşimi Rəfsəncaninin xatirələrinin yeni bölümünü sizlərə təqdim edirəm. Sadə dillə yazılmış bu gündəlik qeydlər ilk baxışdan dağınıq görünə bilər. Amma bizim üçün nə fərqi, əsas odur ki, tarixin müəyyən kəsimində Azərbaycanla bağlı nə düşünüldüyü, nə danışıldığı haqda məlumat verir. Yəni bu memuarlar, hər iki mənada, Birinci şəxs(lər)in – təhkiyəçinin və xarici dövlət başçılarının rəsmi Bakı ilə əlaqəsinin inikasıdır. 3 iyul 1995. [Prezidentin siyasi məsləhətçisi] mühəndis [Mir Hüseyn] Musəvi gəldi.
Muxalifet - 30-11-2019
Dünya nəfəsini tutdu: ABŞ və İRAN ORDUSU qarşı-qarşıya - FOTO
İranın sualtı gəmilər əleyhinə “Lockheed P-3C Orion” təyyarələri ABŞ donanmasına təhlükəli dərəcədə yaxınlaşıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hadisə Oman körfəzində baş verib.
Təyyarələr ABŞ donanmasına aid döyüş gəmilərinin üzərindən uçub. Amerikalılar anidən ortaya çıxan İran təyyarələrini anbaan izləyib.
Məsələ ilə bağlı hələ ki tərəflərdən açıqlama verilməyib.Muxalifet - 30-11-2019
Paşinyan özünü biabır etdi: “...Günəş olacaq”
Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verib. Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Paşinyan müsahibədən bir hissəni “Facebook” səhifəsində paylaşıb. Ermənistanın Baş nazirinin fikirləri ilə tanış olduqda onun enerji sahəsində dərin biliyə sahib olmadığı aydınlaşır. Məsələn, jurnalist Paşinyana sual verib ki, Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir. Bu sizin bizim ölkəmizlə münasibətləriniz üçün problemdirmi?
Muxalifet - 30-11-2019
Məzahir Pənahov: “60 namizəd qeydə alındıqdan sonra namizədliyini geri götürüb”
"Artıq seçki prosesinin əsas mərhələlərindən biri olan namizədlərin qeydə alınması prosesi başa çatıb”.
Muxalifet.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərdə 1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir: "Bu il keçiriləcək bələdiyyə seçkilərində 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb" .
Muxalifet - 30-11-2019
Sabahdan bu ünvanlarda maşınlarını saxlayanlar CƏRİMƏLƏNƏCƏK
Sabahdan Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun Bakı Metropoliteninin "Koroğlu” stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.Muxalifet - 30-11-2019
Suriyanın Rakka şəhərində kürd terrorçuları əhalini Türkiyəyə qarşı çıxmağa çağırır
“Suriya Demokratik Qüvvələri“ (SDQ) adı altında gizlənən terrorçular Rakka əyalətinin şərqində yerləşən Əl – Karam şəhərində Türkiyənin xeyrinə olan plakatlarla mübarizəyə başlayıblar.
Muxalifet3 - 30-11-2019
Ata Abdullayevin nəşriyyatın binasından çəkiliş etməsi baş direktoru ÖZÜNDƏN ÇIXARDI - VİDEO
Xəbər verdiyimiz kimi, tanınmış blogger Ata Abdullayev bu gün Azərbaycan nəşriyyatının binasına gedərək, oradakı vəziyyəti videogörüntü ilə sosial şəbəkələrdə canlı yayım edib. Canlı yayım zamanı Ata Abdullayev Azərbaycan nəşriyyatının və mətbuatın vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib. Eyni zamanda Ata Abdullayev Azərbaycan nəşriyyatının binasında otağları gəzərək, sosial şəbəkədə paylaşıb. Bu zaman binada heç kəs gözə dəyməyib. Demokrat.az məsələ ilə bağlı “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrənməyə çalışıb.
Muxalifet - 30-11-2019
"Qalatasaray" ulduz futbolçunu gözdən çıxardı
Türkiyə Super Liqasında və Avropada istədiyi oyunu sərgiləyə bilməyən "Qalatasaray", mövsüm fasiləsində yapon ulduzu Yuto Naqatomo ilə yollarını ayırmağı planlaşdırır. Muxalifet.az xəbər verir ki, heyətində 15 legioner olan və xarici oyunçu məhdudiyyəti səbəbiylə mövsüm başında Martin Linnesə lisenziya çıxartmamaq qərarı alan "Qalatasaray", Naqatomonu gözdən çıxarıb. Qeyd edək ki, Naqatomo bu mövsüm iştirak etdiyi 16 rəsmi matçda ürəkaçan oyun nümayiş etdirə bilməyib.
Muxalifet - 30-11-2019
Azərbaycanda 10 gündə azı 40 nəfər niyə həlak oldu... - QORXUNC STATİSTİKA ADİLƏŞİR
Son günlər Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının statistikasında kəskin artım müşahidə olunur. Mətbuatda dərc olunan gündəlik xronikaya əsasən həm paytaxtda, həm də rayonlarda hər gün insan tələfatı ilə nəticələnən bir neçə qəzanın baş verdiyini görürük. Bu artım həm də müəyyən qədər havaların pisləşməsi ilə üst-üstə düşür, məlum məsələdir ki, qeyri-sabit hava şəraiti zamanı sürücülərin təhlükəsizliyə əməl etməməsi qəza riskini daha da artırır.
Muxalifet - 30-11-2019
Ərdoğan TANAP qaz xəttinin açılışını edəcək
Bu gün TANAP xəttinin Avropaya qoşulması Türkiyədə Ədirnədə mərasimlə qeyd olunacaq. Ədirnənin İpsala bölgəsinin Sarıcaalı kəndində Trans Anadolu Təbii Qaz xətti MS4 Ötürmə Stansiyasında həyata keçiriləcək mərasimdə Türkiyə prezidenti R.T. Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcəyi bildirilir. Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir. Bundan başqa Türkiyə Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz ilə aidiyyatı olan ölkələrin enerji nazirləri iştirak edəcək.
Muxalifet3 - 30-11-2019
SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli MƏMUR İŞDƏN ÇIXARILDI
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini işdən çıxarılıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. Sərəncamla 2017-ci ildən bu vəzifədə çalışan Vüsal Şəmsəddin oğlu Sevdimalıyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.
Muxalifet - 30-11-2019
Əli Əsədov və Kəmaləddin Heydərov sürüşmə zonasında - FOTOLAR
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli noyabrın 25-də Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Bibiheybət” məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar hadisə yer
Muxalifet - 30-11-2019
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan TANAP-ın Avropaya bağlanması mərasimində - CANLI
TANAP-ın Avropaya bağlanması mərasimi başlamaq üzrədir. Mərasimə qatılmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Ədirnənin İpsala rayonundadırlar. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayev də mərasimə qatılmaq üçün Ədirnədədir.
Muxalifet - 30-11-2019
“Mafiyalar diqqətçəkicidir, ailə və sədaqət...” – Oktay Kaynarca ilə müsahibə - FOTOLAR / VİDEO
Türkiyənin məşhur aktyoru, “Eşkiya dünyaya hükümdar olmaz” serialının Hızırı Bakıda böyük izdihamla qarşılanıb. Aktyor siması olduğu mağazanın açılışından sonra sevənləri ilə görüşmək istəsə də, izdiham səbəbindən imza gününü yarımçıq tərk edib. Musavat.com-a özəl müsahibə verən aktyor Bakıda sevənlərinin çox olduğundan xəbərdar olduğunu dilə gətirib: “ Saat 5-ə kimə çalışdım, heç yatmadan Bakıya gəldim. Burada sevənlərimin çox olduğunu bilirdim. Bu qədər izdiham olacağını gözləyirdim. Təəccüblənmədim. Hər kəsə təşəkkür edirəm”. Bakıya daxil olduğunuz zaman diqqətinizi çəkən nə oldu?
Muxalifet - 30-11-2019
BAKI-SUMQAYIT YOLUNDA QƏZA - 4 maşın bir-birinə girdi - VİDEO
Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.
Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Sumqayıt istiqamətində hərəkət edən 4 avtomobil toqquşub.
Belə ki, Opel 10 XS 546, Opel 99 DA 277, Piryora 99 TM 458 və SEAT markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində ölən olmasa da, xəsarət alanların olduğu bildirilir.
Muxalifet - 30-11-2019